1
7 aprel 2014-cü il tarixli
AZƏRBAYCANDA SƏMTİ MÜƏYYƏN ETMƏ
İDMANI ÜZRƏ BEYNƏLXALQ YARIŞIN –
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
HEYDƏR ƏLİYEV ADINA KUBOK YARIŞININ
KEÇİRİLMƏSİ HAQQINDA
BÜLLETEN №1
2
AZƏRBAYCAN 30, 31 MAY – 01 İYUN 2014-CÜ İL
Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman
Federasiyası Sizi 30, 31may – 01 iyun 2014-cü il tarixində Nabran
yaşayış məntəqisinin Yalama qəsəbəsində (Bakıdan 180 km şimala
tərəf) keçiriləcək Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyev adına səmti müəyyən etmə idman növü üzrə Beynəlxalq
Kubok Yarışında iştirak etməyə dəvət edir.
1.YARIŞIN TƏŞKİLATÇILARI, HAKİMLƏR KOLLEGİYASI
(ƏLAQƏ MƏLUMATLARI)
Yarış Azərbaycan Respublikası Səmti Müəyyən
Etmə İdman Federasiyası və Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi tərəfindən, Vergilər Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası
Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərdət Xidməti,
Azərbaycan
Respublikası
Xaçmaz
rayon
İcra
Hakimiyyətinin dəstəyi ilə keçirilir
Yarışın Baş hakimi - Xəyyam Məmmədov (tel.: (+99450) 3012060;e-mail:
azeorienteering@mail.ru);
Baş hakimin elektron qeydolunma sistemin tətbiqi və kompüter təminatı üzrə
müavinləri – Tatyana Bakulina(e- mail: t.baculina@gmail.com) (Moldova), Zaur Seyidov
(tel.:(+99455) 6657520; e- mail: seyidov_zaur@mail.ru);
Baş hakimin logistika, yarış mərkəzinin həyat fəaliyyəti və iştirakçıların yerşəlməsi
məsələləri üzrə müavini– Tərlan Ramazanov(tel.:(+99450) 6230436);
Yarışın Baş katibi – Ülkər Həmdullayeva (tel.: (+99450) 5598439, e-mail:
translator_89@mail.ru)
Məsafə xidmətiplanlaşdırma, quraşdırma və nəzarət məsələləri) – Mixail Puqaç
(Ukrayna); Aleksandr Trempoltsev (Rusiya); Etibar Məmmədov (Azərbaycan).
AR Səmti Müəyyən Etmə İdman Federasiyasının mətbuat katibi – Yana Maşkova
(tel.:(+99450) 2500393, e-mail: hanaviatu@gmail.com)
Yarışda iştirak məsələləri üzrə əlaqə məlumatları:
Xəyyam Məmmədov(tel.: (+99450) 3012060; e-mail:
azeorienteering@mail.ru
)
Zaur Seyidov(tel.:(+99455) 6657520; e- mail:
seyidov_zaur@mail.ru
);
Ülkər Həmdullayeva(tel.: (+99450) 5598439 e- mail:
translator_89@mail.ru
).
AR SMEİF-in saytı və e-mail:
www.smef.az
;
azeorienteering@mail.ru
3
2.YARIŞIN PROQRAMI
30 may (cümə) 2014-cüil
10.00 - 21.00 – iştirakçıların yarış mərkəzinə gəlişi, yerləşdirilməsi
və qeydiyyatı;
19.00 - Mandat komissiyasının iclası, komanda nümayəndələrinə
idmançıların nömrələrinin, çiplərinin verilməsi.
31 may (şənbə) 2014-cü il
10.00 – yarışın açılışı (Səlimoba kəndinin şimal-şərq bölgəsi);
11.00 - uzun məsafə üzrə yarış iştirakçılarının startı;
18.30 - komanda nümayəndələrinin iclası;
19.00 - yarış mərkəzində istirahət saatı (diskoteka).
1 iyun (bazar günü) 2014-cü il
10.30 - orta məsafə üzrə yarış iştirakçılarının startı (Səlimoba kəndinin şimal-şərq bölgəsi);
14.30 - qaliblərin mükafatlandırma mərasimi. Yarışın təntənəli bağlanışı.
3.YARIŞIN KEÇİRİLMƏ YERİ
Xaçmaz
rayonu,
Yalama
k.
-
Yalama
qəsəbəsindən Xəzər dənizinin kənarında yerləşən,
"Xəzər” turist bazası istiqaməti üzrə hərəkət zolağından
sağda yerləşən meşə massivi.
Cari il 30 may tarixində yarış iştirakçılarının
gəldiyi gün Türkiyə, Moldova, Ukrayna və Rusiyadan
təşrif buyurmuş mütəxəssislər tərəfindən səmti müəyyən
etmə üzrə nəzəri
və
praktik
seminar məşğələlər təşkil olunacaqdır. Bu məşğələlərin
dəqiq keçirilmə vaxtı və yeri barədə məlumatı almaq
üçün yarışın Baş hakiminə müraciət etmək olar.
4
4.YARIŞIN İŞTIRAKÇILARI VƏ KEÇİRİLMƏ ŞƏRTLƏRİ
Yarış Açıq yarışdır. Nəticələrin yekunlaşdırılması
komanda və fərdi hesablar üzrə həyata keçirilir.
Yarışda Azərbaycanın Nazirlik, idarə, təşkilat, güc
strukturları, klub və Federasiyaların, şirkətlərin idman
cəmiyyətlərinin, ali təhsil müəssisələrinin, eləcə də AR
akkreditasiya olunmuş diplomatik korpusların komanda və
nümayəndələri iştirak edə bilər. Komanda 8 (səkkiz) nəfərdən: 6 (altı) idmançı (4 (dörd) kişi və
2 (iki) qadın); 1 (bir) komanda nümayəndəsi, 1 (bir) məşqçidən ibarət olmalıdır.
Qaçış iştirakçılarının startı 1-2 dəqiqə ara verərək (əlavə olaraq müəyyən ediləcəkdir)
ayrı-ayrı həyata keçirilir.
Yarış səmti müəyyən etmə idmanı üzrə verilmiş istiqamətdə keçirilir. Komanda hesabı
komanda üzvlərinin: 3 kişi və 1 qadının göstərdiyi ən yaxşı nəticələrin yekunu üzrə müəyyən
edilir.Fərdi hesabda istirakçıların tutduğu yer verilmiş ardıcıllıqla məsafənin bütün nəzarət
məntəqələrini keçmək üçün sərf edilmiş ən qısa vaxt üzrə müəyyən edilir.
Nəzarət məntəqələrində qeyd olunma elektron sistem üzrə həyata keçiriləcəkdir. Elektron
çip nömrə ilə birgə startdan öncə idmançılara təqdim ediləcəkdir. Üzərində məsafələr qeyd
olunmuş xəritə yalnız startdan sonra təqdim ediləcəkdir. Bütün iştirakçılar hər nəzarət
məntəqəsində dəqiqliklə, xəritədə qeyd olunmuş ardıcıllıqla öz çipini qeyd etməlidir.
Məsafədə səpələnmə:
Məsafənin müəyyən nəzarət məntəqələrində yarış iştirakçısı tərəfindən NM şəxsən olaraq
keçdiyiniyoxlamaq üçün hakim- nəzarətçilərin olması nəzərdə tutulmuşdur.
Məsafəni keçərkən iştirakçılara nömrəni çıxarmaq, digər şəxslərə onu ötürmək və ya
nömrəni gözdən yayındırmaq qadağandır. İştirakçının nömrəsi məsafəni keçdiyi müddət ərzində
aydın görsənməlidir. Yarışda iştirak etməyən şəxslərin, eləcə də üzərində qaçış iştirakçısının döş
nömrəsi olmayan şəxslərin məsafədə olması yolverilməzdir. Beləliklə, hakimlərin olduğu nəzarət
məntəqəsində iştirakçı onun üzərində olan nömrənin hakim tərəfindən yoxlanılması üçün imkan
yaratmalıdırlar.
Yarış iştirakçılarına qadağandır:
-
Cari il 30 aprel tarixindən sonra yarışın planşdırıldığı ərazi və məsafə ilə öncədən tanış
olmaq;
-
Yarış zamanı hakimlər kollegiyası tərəfindən təqdim olunmuş xəritədən başqa digər
xəritə materialı, eləcə də kompasdan başqa digər naviqasiya avadanlığından yararlanmaq;
-
Mobil rabitə vasitələri və (və ya) digər radioqəbuledici və ötürücü avadanlıqlarla
məsafəyə çıxmaq;
5
-
Məsafəyə mobil telefonla çıxış və onların yerləşdiyi yeri itirdikdə təcili hallarda istifadəsi
yalnız yarışın “OPEN” (yeni başlayan) və “JUNİOR” (uşaqlar) qrupunda çıxış edən idmançılara
icazə verilir;
-
Məsafənin yerləşdiyi əraziyə start vaxtından tez çıxmaq;
-
Hər-hansı texniki daşınma vasitəsindən yararlanmaq;
-
Yarışın digər iştirakçıları əvəzinə elektron qeydolunma çip və vərəqələri qeyd etmək;
-
NM qurğusu və avadanlığını dəyişmək;
-
Yarış zamanı hər-hansı siqnallarla (zədə və iştirakçının azdığı zaman verilən siqnallardan
başqa) özünə diqqəti cəlb etmək:
-
Hakimlər kollegiyasının işinə müdaxilə etmək;
-
Tibbi yardımdan başqa (zərurət yarandıqda) digər yardım istifadə etmək.
Qeyri- idman davarnışları müşahidə olunarsa və yuxarıda qeyd olunan qaydaların
pozulduğu zaman yarışın Baş hakiminin qərarı ilə idmançının nəticələri ləğv edilə bilər, idmançı
xəbərdarlıq ala və ya yarışdan kənarlaşdırıla bilər.
İstisna hallarda Hakimlər kollegiyasının qərarı ilə iştirakçı və rəsmi şəxslərin qeyri-idman
davranışına görə bütün komanda yarışdan kənarlaşdırıla bilər.
Bir qrup şəxslərin (müəyəyn nazirlik, ATM, idarələri, şirkət, klub və sairlərini təmsil
edən idmançıların, məşqçilərin, köməkçilərin) öz komandasının və (və ya) onun ayrı üzvlərinin
nəricələrinin haqsız şəkildə yaxşılaşdırılmasına istiqamətləndirilmiş vahid hərəkətlər sisteminin
təşkili faktları müəyyən edilərsə, həmin komanda yarışdan kənarlaşdırılır və onun bütün
iştirakçılarının göstərdiyi nəticələri ləğv edilir.
Bu cür qeyri- idman davranışı faktı haqqında yarışın təşkilatçısı - AR SMEİF həmin
komandanın təmsil etdiyi təşkilatın rəhbərliyini, eləcə də Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyini yazılı şəkildə məlumatlandırır. Həmin məlumat AR SMEF-in saytında da dərc
ediləcəkdir.
5. YARIŞDA İŞTİRAK ETMƏK ÜÇÜN KOMANDA VƏ
FƏRDİ İDMANÇILAR TƏRƏFİNDƏN SİFARİŞLƏRİNTƏQDİM ETMƏ QAYDALARI
Yarışda iştirak etmək üçün icazə sifariş
əsasında həyata keçirilir.
Heydər Əliyev adına Kubok Yarışının
keçirilməsi haqqında Əsasnamədə qeyd olunduğu
kimi, yarışda iştirak etmək üçün sifariş, həkim
icazəsi ilə birgə, göndərən təşkilatın möhürü ilə
təsdiq edilərək 23 may 2014-cü il tarixindən gec
olmayaraq AR SMEİF-ə (yarışın Baş hakiminə)
təqdim edilməlidir.
6
Yarış iştirakçılarının qeydiyyatı zamanı, komanda nümayəndəsi tərəfindən AR SMEİF-ə
aşağıdakı sənədlər təqdim edilir:
-
Komanda üzvlərinin yarışa çatdırılmasına görə, eləcə də komandanın yarışda iştirakı ilə
bağlı bütün məsələlərin həllinə görə cavabdeh olan komanda nümayəndəsinin təyin olunması
haqqında, müəssisənin möhürü ilə təsdiq edilmiş əmrin surəti;
-
İştirak üçün sifariş (Əlavə № 1);
-
Fərdi hesabda iştirak edən idmançılar yarışda iştirakı barədə məlumatı AR SMEİF-ə
(hakimlər kollegiyasına) müstəqil şəkildə (elektron poçtla, SMS-lə və s.) təqdim edir.
6. MÜKAFATLANDIRMA
Ümumi komanda hesabında 1-ci yeri tutmuş komanda
üzvləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
adına Kubokla, Gənclər və İdman Nazirliyinin Birinci dərəcəli
medal və diplomu ilə, həmçinin qiymətli hədiyyələrlə təltif edilir.
Ümumi komanda hesabında 2-3 yerləri tutmuş komandalar
Gənclər və İdman Nazirliyinin müvafiq olaraq İkinci və Üçuncü
dərəcəli medal və diplomları ilə təltif edilir.
Hər qrup üzrə fərdi yarışda 1-3 yerləri tutmuş iştirakçılar
(kişilər/qadınlar) Gənclər və İdman Nazirliyinin müvafiq medal və
diplomları ilə təltif olunur. Yarış qalibləri həmçinin qiymətli
hədiyyələrlə mükafatlanır.
OPEN məsafəsində qaçış qalibləri (yeni başlayan kişi və qadınlar) federasiyanın xatirə
diplomları və qiymətli hədiyyələrlə təltif olunur.
Yarışın ən kiçik və ən yaşlı iştirakçısı üçün də ayrı hədiyyələr nəzərdə tutulmuşdur.
7. MƏSAFƏNİN ÖLÇÜSÜ VƏ DƏRƏCƏSİ
31 may 2014-cü il, yarışın 1-ci günü – uzun məsafə:
K-21 qrupu (kişilər) - 10 - 11 km – 18-24NM
Q-21 qrupu (qadınlar) - 6.5 - 7.5km – 14-18 NM
OPEN (yeni başlayan) qrupu, kişilər - 4,5km qədər – 8-10 NM
OPEN (yeni başlayan) qrupu,qadınlar - 3,5km qədər – 8-10 NM
«JUNIOR » (uşaqlar) qrupu - 1.5 - 2 km qədər – 6 NM
Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 3,5 saatdır.
1 iyun 2014-cü il, yarışın 2-ci günü – orta məsafə:
K-21 qrupu (kişilər) - 6.5 km qədər –15 NM
Q-21 qrupu (qadınlar) - 4,5 km qədər –12 NM
OPEN (yeni başlayan) qrupu, kişilər - 2,5 km –8 NM
OPEN (yeni başlayan) qrupu, qadınlar- 2 km qədər– 6-8 NM
JUNIOR » (uşaqlar) qrupu - 1 km qədər - 3-4 NM
Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 2 saatdır.
7
Qaçışın nəzarət vaxtından kənara çıxmış iştirakçılar məsafə üzrə hərəkəti dayandırmalı və
start yerinə geri dönməlidir. Geri döndükdə bu barədə hakimlər kollegiyası və öz komanda
nümayəndəsini məlumatlandırmalıdır.
Azərbaycanın İdman ustalığına namizəd adlı məsafələrin dərəcəsi:
Səmti müəyyən etmə üzrə İU, İUN və digər idman dərəcələrinə dair normativlərin yerinə
yetirilməsi yarışın hər gün üzrə, ayrıca K-21 və Q-21 qruplarında iştirakçıların tərkibi və konkret
idmançı tərəfindən məsafəni keçərkən göstərilmiş vaxt nəticəsindən asılı olacaqdır.
8.YARIŞIN XƏRİTƏLƏRİ
Yarışın birinci günündə məsafə iki xəritə üzərindən keçəcəkdir:
«Səlimoba» Miqyas (m) = 1:10 000 (1 sm =
100 metr), h (bölmə boyu) = 2,5 metr. Xəritə 2014-
cü ilin fevral ayında Mixayil Puqaç (Ukrayna)
tərəfindən çəkilmişdir.
«Xəzər» Turist bazası.Miqyas (m) = 1:10
000 (1 sm = 100 metr), h (bölmə boyu) = 2,5 metr.
Xəritə 2011-ci ilin oktyabr ayında Mixayil Puqaç
(Ukrayna) tərəfindən çəkilmişdir. 2014-cü ilin
fevral ayında M.Puqaç (Ukrayna) tərəfindən
korrektə edilmişdir.
Xəritədə
qeyd
olunan
ərazi məhdudiyyətli,
mikrorelyefli düzənlik xüsusiyyətinə malikdir:
-
Şimal-şərqdə - “XƏZƏR” turist bazası və onun arxasında Xəzər dənizi sahili;
-
Şimal-qərbdə - məhdudiyyət yoxdur;
-
Cənub-şərqdə - Yalama k. Dəniz sahilinə qədər asfalt yol.
-
İki xəritənin poliqonunu meşədən keçən aydın torpaq yolu ayırır.
İkinci günün məsafəsi:
“Səlimoba” xəritəsi üzrə keçiriləcəkdir.
Miqyas (m) = 1:10 000; (1 sm = 100 metr), h
(bölmə boyu) = 2,5 metr.
Xəritə 2014-ci ilin fevral ayında Mixail Puqaç (Ukrayna)
tərəfindən çəkilmişdir.
Ümumiyyətlə, meşə yaşıl ağaclardan, bəzi yerləri
çətin keçilən, xırda sahələri ilə dolu, bağlı ərazilərindən
ibarətdir.Kiçik çuxurlar, təpələr, quru xəndəklər və böyük
8
olmayan vadilərdən ibarət relyefi, meşə yolları və cığırları yüksək inkişaf etmiş, bir sıraəmmalar
və kötüklərə də rast gəlinir.
Ərazi bəzi yerlərdə eninə görə keçilməz olan şaxələnmiş çaylar sistemi ilə xarakterizə
olunur. Lakin çaylar üzərində əlaltı materiallardan hazırlanmış keçid yerləri vardır (əsasən
yıxılmış ağaclar, bəzən düzəldilmiş körpücüklərə rast gəlinir).
İştirakçılar üçün məsləhət görülən geyim - qapalı ( böyürtkən kolları və digər tikanlı
kolluqları nəzərə alaraq, hansılardan ki, qorunmaq lazımdır) . Şipli ayaqqabıya icazə verilir.
9.YERLƏŞDİRMƏ
Yarışın mərkəzi “Xəzər” turist
bazasında yerləşir. Yarış iştirakçılarının
yerləşdirilməsi də həmin ərazidə nəzərdə
tutulmuşdur (Əlaqə: Yaşar müəllim, telefon:
(+99455) 5510711).
Yerləşdirmə üzrə təklif olunan digər
variantlar:
“Ulduz” turist bazası (Əlaqə: Atakişi
müəllim, telefon: (+99455) 6698395);
Yarışın keçirildiyi yer üzrə yerləşən
difər turist baza və otellərdə yerləşmək üçün “Improtex” şirkətinə müraciətlər edilə bilər (Baş
direktor Aleksandr Quliyev (+99412) 5981598).
“Atlant” oteli (tel.: (+99412) 4415848; (+99412) 5632404; mob.: (+99450) 3764747;
(+99450) 7506624), icraçı direktor Azər müəllim).
Qidalanma yarış iştirakçıları tərəfindən müstəqil olaraq və ya turbazalar tərəfindən
sifarişlə hazırlanır.
Səmti Müəyyən Etmə İdman Federasiyası səmti müəyyən etmə idmanı üzrə Beynəlxalq
yarışda iştirak etmək istəyən hər kəsi bu yarış qatılmağa dəvət edir.
Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!
AR Səmti Müəyyən Etmə
Federasiya Şurası
Document Outline - h.458rzlwlzppi
- h.56bmcbw3lcg
- h.3nhon11q4ub6
Dostları ilə paylaş: |