77 IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri



Yüklə 37,48 Kb.
səhifə12/12
tarix09.10.2023
ölçüsü37,48 Kb.
#153410
1   ...   4   5   6   7   8   9   10   11   12
78-61

63)Ağqoyunlular dövləti.
Cahan şahın hökümranlığının sonuna yaхın Ağqoyunlu əmrləri qüvvətlənməyə başladı.Uzun Həsən dövründə (1453-1478) köçəri Ağqoyunlular Qaraqoyunlulara qarşı müvəffəqiyyətlə mübarizə aparırdılar. Uzun Həsən 1467-cı ildə Muş yaxınlığında döyüşdə Cahan şahı əzdi. Qaraqoyunlu dövləti süquta uğradı. 1467-ci il noyabrın 11-də Muş döyüşündəQaraqoyunlular məğlub edildi və Cahanşah öldürüldü. Bağdada qədər ərazi Ağqoyunluların əlinə keçdi. 1467-ci ildə Təbrizdə Qaraqoyunlulara qarşı yeni üsyan başlandı. Üsyana Siyavuş başçılıq edirdi. Üsyanı Qara İsgəndərin qızları Arayiş bəyim və Şahsaray bəyim yatırdılar. Qaraqoyunlu əmirləri Maku qalasında həbsdə saxlanan Cahanşahın oğlu Həsənəlini azad edib hökmdar seçdilər (1467-1468). Cahanşahın varisləri Həsənəli və Hüseynəli arasında gedən hakimiyyət uğrunda mübarizədə Hüseynəli öldürüldü. Həsənəli isə qüvvələrini Ağqoyunlulara qarşı mübarizəyə başladı.1468-ci ildə Uzun Həsən Azərbaycanın cənubunu və Qarabağı müqavimətsiz tutdu, Həsənəlini sıxışdırmağa başladı. Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlulara birləşdilər, Qaraqoyunlu dövləti dağıldı. Ağqoyunlu dövləti yarandı, paytaxtı Təbriz oldu. Cahanşahın ölümünü eşidən Teymuri hökmdarı Əbu Səid Ağqoyunlulara qarşı müharibəyə hazırlaşdı.Uzun Həsən Şirvanşah Fərrux Yasar (1462-1501) və Səfəvi sülaləsindən olan Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi.Əbu Səid 1468-1469-cu ilin qışında sülh təklif etdi, lakin Uzun Həsən rədd etdi və Teymurilər düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Ağqoyunlu dövləti Kürdən Cənubda olan Azərbaycan vilayətlərini, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri əhatə edirdi.Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə məktub göndərərək, 1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini bildirdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildiyinə görə, onları Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Uzun Həsəni Anadolunun şərqində qarşılamaq qərarına gəlmişdi. Fəratın sol sahilində Ağqoyunlular, sağ sahilində isə Osmanlı qoşunu duşərgə saldı. 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi . Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmet məğlub oldu. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi. 1477-ci ildə Uzün Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Uzun Həsəndən sonra onun oğlu Yaqub Mirzə (1478-1490) taxta çıxdı. O, Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək dostluq əlaqələrini daha da möhkəmləndirdi. Yaqub Mirzənin qəfil ölümündən sonra oğlu Baysunqur (1490-1492) taxta çıxdı. Az sonra Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı. 1491-ci ilin yayında Van yaxınlığındakı döyüşdə Sufi Xəlil məğlub oldu. Bicanoğlu hakimiyyəti ələ aldı, lakin Baysunqura toxunmayıb, Ağqoyunlu dövlətini onun adından idarə etməyə başladı. Bərdə yaxınlığında Baysunqurun qoşunu Rüstəm MirzəninPaytaxtı Təbriz olan yeni bir dövlət Ağqoyunlular dövləti yarandı.Bu dövlət Azərbaycan vilayətləri ilə Diyarbəkiri, Gürcüstanı, İraqı,Gilandan, Marağadan, Xorasanı, İranın bir çox vilayətlərini azаd etdi. Uzun Həsən hökümdarlığı dövründə Ağqoyunlu dövləti xeyli möhkəmləndi. O,1477-cı ildə Gürcüstandan yürüşündə 500 əsir tutub öz yaxın adamlarına payladı. Ağqoyunlu dövləti Avropanın Asiyanın bir sıra dövlətləri ilə əlaqə saxladı. Rusiya,Venetsiya,Macarıstan,Roma,Avstriya və başqa dövlətlərin elçiləri saraya gətirdi.
Yüklə 37,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin