75)Atabəylər dövləti. 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət. Sülalənin əsasının qoyulması qıpçaq əsilli Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edirdi.Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə Sultan Arslanşahın ölümündən sonra onun 7 yaşlı oğlu III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki hakimiyyəti öz əlinə aldı.[13] Atabəy Cahan Pəhləvan tərəfindən mərkəzi hakimiyyətə qarşı üsyanlar yatırılmış və qonşuluqdakı hakim sülalələr ilə dostluq münasibətləri yaradılmışdı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi. Adı çəkilən atabəyin dövründə Eldənizlərin paytaxtı Naxçıvandan Həmədana köçürülmüşdü.
74)Sacilər dövləti. IX əsrdə xilafətə qarşı mübarizədə yaranan feodal dövlətlərindən biri də Sacilər dövləti olmuşdur.Paytaxtı Ərdəbil şəhəri olmuşdur.Əsası sülalənin başçısı Əbu Sac Divdad tərəfindən qoyulmuş və onun varisləri Məhəmməd və Yusif tərəfindən inkişaf etdirilmişdir(889-942).Yusifin 912-ci ildə Xilafət xəzinəsinə xərac verməkdən qəti imtina etməsi(120 min dinar) müharibəyə səbəb oldu.918- ci ildə döyüşlərin birində Yusifin 7 minlik ordusu xilafətin 20 minlik ordusuna qalib gəldi.927-ci ildə xilafətə qarşı çıxan Kufə yaxınlığında qərimətlərlə döyüşdə məğlub oldu və öldürüldü. Yusif 24 il bu dövləti idarə etdi. Yüsifin ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. Onun sərkərdəsi Deysəmin dövründə Azərbaycan yenidən müharibə meydanına çevrildi. 942-ci ildə Sacilər sülaləsinin hakimiyyətini Səlarilər əvəz etdi.