77 IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri



Yüklə 37,48 Kb.
səhifə1/12
tarix09.10.2023
ölçüsü37,48 Kb.
#153410
  1   2   3   4   5   6   7   8   9   ...   12
78-61


77)IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri.
IX əsrdə Xilafətə tabe olan ölkələrdə azadlıq müharibələrinin genişlənməsi, feodallaşma prosesinin inkişafı mərkəzi hakimiyyətə tabe olmaq istəməyən qüvvələrin artırmasına və daxili çəkişmələrin qüvvətlənməsinə səbə olduğundan xilafət getdikcə zəiflədi. Babəkin üsyanı yatırıldıqdan sonra IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin istiqlaliyyətinə nail olurdular.Orta əsrlərdə IX-XIIəsrlərdə Azərbaycan xilafət hakimiyyətindən azad olub müstəqil feodal dövlətləri - Şirvanşahlar, Şəddadilər, Sacilər, Salarilər, Rəvvadilər, sonralar isə Atabəylər, Qaraqoyunlular və Ağqoyunlular meydana gəldi.
Şirvanşahlar (861-1538) -Şirvanşahlar dövlətinin yaradıcısı Keysəm İbn Xalid I rəsmi Məlik Yəsid İbn Məzyədin nəvəsi idi.
Sacilər dövləti -IX əsrdə xilafətə qarşı mübarizədə yaranan feodal dövlətlərindən biri də Sacilər dövləti olmuşdur.Paytaxtı Ərdəbil şəhəri olmuşdur.Əsası sülalənin başçısı Əbu Sac Divdad tərəfindən qoyulmuş və onun varisləri Məhəmməd və Yusif tərəfindən inkişaf etdirilmişdir(889-942).
Səlarilər dövləti -Dövlətin yaradıcısı Mərzuban ibn Məhəmməd Gilan vilayətinin Səlarilər tayfasına mənsub idi. O, cəsur şəxsiyyət və görkəmli dövlət xadimi idi. 942-ci ildə o, Sacilər hakimi Deysəmi məğlub edərək hakimiyyəti ələ keçirdi. Dövlətin paytaxtı Ərdəbil idi (942-981).
Salarilər dövlətində orduda xidmət etmiş Məhəmməd bu sülaləyə qarşı çıxdı və 951-ci ildə Dəbili ələ keçirib müstəqil əmirlik yaratdı. O, 971-ci ildə varisi Əli Ləşkəri Arazdan şimaldakı feodal mülklərini də özünə tabe etdi. Paytaxtı Gəncə olan müstəqil Şəddadilər dövlətinin əsasını qoydu. Az sonra Bərdə, Şəmkir torpaqlarını da ələ keçirdi.
Rəvvadilər dövləti — 981-1065 ci illərdə cənubi Azərbaycan ərazisində əsası Əbülhica tərəfindən qoyulmuş, paytaxtı əvvəlcə Ərdəbil, sonra isə Təbriz olmuş dövlət. Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə Salarilər dövlətinin sonuncu hökmdarı İbrahim ibn Mərzbanı (962–981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.

Yüklə 37,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin