8. Mirzə Cəlil Məmmədquluzadə. “Molla Nəsrəddin” jurnalı. Ədəbiyyat



Yüklə 23,26 Kb.
səhifə2/3
tarix30.12.2021
ölçüsü23,26 Kb.
#49194
növüMühazirə
1   2   3
muhazire 18

Cəlil Məmmədqu­luzadə

Azərbaycan xalqının gələ­cək həyatının böyük sınaq illəri idi. Xalqı mədəni in­kişafa və milli istiqlala han­sı yollarla aparmaq sua­lı bütün vətənpərvər xa­dim­lərin qarşısında bir ta­rixi vəzifə olaraq dayan­maqda idi. Bu dövrdə Azər­baycan siyasi-ictimai fikri xarici istilalar və təbliğatlar nəticəsində öz milli mənliyini itirmək təh­lükəsi ilə üz-üzə dayanmışdı. Xalqı milli kökə qaytar­maq, onu fanatizm bəlasından xilas etmək, nəhayət, müasir dünyanın sivil nailiyyətləri ilə zənginləşdirmək bir milli ideal kimi qarşıda dururdu.

Məhz bu idealların nəticəsi olaraq XX əsrin əvvəllərində Azərbaycan siyasi-ictimai fikrində böyük bir mübarizə cəbhəsi fəaliyyət göstərməyə başlamışdı. Bu milli mücadilədə iştirak edənlər arasında böyük realist yazıçı, böyük dramaturq, ən başlıcası XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai fikrini ideya-estetik cəhətdən yeni inkişaf yoluna çıxaran məşhur mollanəsrəddinçilər satirik publisistika məktəbinin ba­nisi Cəlil Məmmədqu­luzadənin müstəsna rolu vardır.

Böyük Azərbaycan yazıçısı, nasir, dramaturq C.Məmmədquluzadə 1869-cu ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1873-1878-ci illərdə molla mək­təbində oxumuş, 1879-cu ildə Naxçıvanda üçsi­nifli şəhər məktəbinə daxil olmuşdur. 1882-1887-ci illərdə Qori müəllimlər seminariyasında təhsil al­mışdır.

Seminariyanı bitirdikdən sonra İrəvan quber­ni­yasında, o cümlədən Nehrəm kənd məktəbində müəl­limlik etmişdir. Nehrəm məktəbində çalışdığı illərdə (1891-1897) Naxçıvan teatrında tamaşalarda rejissor­luq və aktyorluq etmiş, «Kişmiş oyunu» pyesini tamamlamışdır. 1894-cü ildə Nehrəmdə «Danabaş kən­dinin əhvalatları» povestini bitirmişdir. 1895-ci ildə M.F.Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah» əsərinin ilk tamaşasında müsyö Jordan rolunu oynamışdır.

1897-ci ildə öz ərizəsi ilə Nehrəm məktəbinin müdiri vəzifəsindən azad edilmiş və İrəvan qəza polisi idarəsinə tərcüməçi təyin olunmuşdur. 1903-cü ildə məşhur «Poçt qutusu» hekayəsini bitirmiş və Tiflisə gedərək «Şərqi-Rus» qəzetinin redaksiyasında çalış­ma­ğa başlamışdır. Öz təşəbbüsü ilə Tiflisdə müsəlman pansionu və məktəb açmışdır. 1906-cı ildən «Molla Nəsrəddin» satirik jurnalını nəşr etdirməyə başlamış­dır. Bu dövrdə «Usta Zeynal» hekayəsi ayrıca kitab şəklində buraxılmışdır. Bu ildə yazıçı Həmidə xanım Cavanşirlə evlənmiş və «Ölülər» əsəri üzərində işlə­məyə başlamışdır. Komediya 1909-cu ildə tamamlan­mışdır.

Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrullah, onun köməkçisi Şeyx Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli İsgəndər, “ölü dirilər­mi?” şübhəsində çaş-baş qalmış Hacı Həsən ağa ”Ölü­lər” pyesinin bədii personajlardır. Məmmədquluzadə əsərdə camaatın cahilliyini, avamlığını və elmsizliyini tənqid edir. Pyesde Kefli İsgəndər fırıldaqçı Şeyx Nəs­rullaha qarşı qoyulur. Kefli İsgəndər Şeyx Nəsrul­lahın ”ölü diriltmə” yalanına inanmır,onu ifşa edir. Ancaq camaat həmişə içki içən,həmişə doğruları söy­ləyən İsgəndərə inanmayaraq ona dəli adı verir.Cəlil Məmmədquluzadə Şeyx Nəsrullah obrazı vasitəsilə İslam dinindən öz çirkin məqsədləri üçün istifadə edən fırıldaqçı insanları tənqid etmiş, Kefli İsgəndər obrazı ilə camaatı cahillikdən oyatmaq üçün şüarlarını oxucuya çatdırmışdır.

1914-cü ildə «Molla Nəsrəddin» jurnalının nəş­ri müvəqqəti dayandırıldıqdan sonra 1916-cı ildə jur­nal yenidən buraxılmağa başlamış və elə həmin il Bakıda «Ölülər»in ilk tamaşası qoyulmuşdur. 1920-cı ildə Şuşada «Anamın kitabı» və «Kamança» pyes­lə­rini qələmə almışdır. 1920-ci ilin sentyabr ayından 1921-ci ilin may ayınadək Cənubi Azərbaycanın Təb­riz şəhərində yaşamışdır. Azərbaycanda sovet haki­miyyəti qurulduqdan sonra Bakıya qayıtmış və Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışmış, Yeni Əlifba Komitəsinin üzvü kimi fəaliyyət göstərmiş, müx­təlif əsərləri kitabça şəklində buraxdırmış, pyes­ləri Bakı, Naxçıvan, Tiflis və s. şəhərlərin səhnələrin­də tamaşaya qoyulmuşdur.

1931-ci ildə 25 illik yubileyi qeyd olunan «Mol­la Nəsrəddin»in 1930-cu il-də 33, yubiley ilində isə cəmi 1 nömrəsi buraxılmışdır.

C.Məmmədquluzadə o dövrdə yaşamış və fəa­liy­yət göstərmiş şair və yazıçılar, pedaqoq və jurna­list­lərlə sıx əməkdaşlıq etmiş, ömrünün sonu­na­dək yorulmadan xalqına xidmət göstərmişdir.




Yüklə 23,26 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin