Milli və transmilli maraqlar arasında əlaqələrə danışıqlar və ümumi maraqlar axtarışı daxildir. Lakin maraqlar fərqli olarsa, onlar arasında konflikt də ola bilər. Burada əsas faktor qarşılıqlı asılılıqdır. Beləliklə, bir sıra xarici maraqlar dövlət dəstəyindən asılıdır, həmçinin dövlət institutları da müxtəlif kənar vasitələrdən asılıdırlar.
Qloballaşma və TMK-lar kombinasiyasındakı ölkələrin bu kombinasiyanın vahid ölçüləri kimi, xüsusən də Azərbaycanın qazandığı payı üstün tutub, TMK-ların müasir beynəlxalq münasibətlərin vacib aktoru kimi oynadığı rolunu təhlil etməyə çalışmışam, əlbəttə ki bu təhlil zamanı mütəxəssislərin verdiyi inkişaf proqnozlarını da nəzərə almışam. Qloballaşma və Transmilliləşmə bir növ TMK-lar üçün “springboard” rolunu oynayır, məhz bunun üzərində möhkəm dayanaraq dövlətlərlə fəaliyyət və əməkdaşlıq istiqamətlərini seçir, bu əməkdaşlığın dövlətlərə verdiyi təkcə mənfi tərəfləri ilə deyil, eləcə də müsbət tərəfləri ilə özünün mütləqilik statusunu və daima mövcudluq perspektivlərini əlində saxlayır.
Bizim yaşadığımız dövr çox mürəkkəb bir dövrdür. Bu dövr üçün dəyişikliklərin daimiliyi ən xarakterik hala çevrilmişdir. Əvvəllər ağlımıza belə gətirə bilmədiyimiz hallar indiki dövrümüzün acı reallığına çevrilmişdir. Daxili və xarici siyasət arasındakı sərhəd getdikcə zəifləyir. Son on il ərzində dünyanın yeni istehsal gücləri görünməmiş bir dəyişikliklərə məruz qalması hazırda yaradılmış olan qlobal dünya cəmiyyəti dünyanı əvvəlki əsrlərdə baş vermiş elmi nailiyyətlər, kəşflər, yeniliklər, ixtiralar və ixtiraların dəyişdirildiyindən də, daha radikal və tez olaraq dəyişdirməkdədir. Bu dəyişikliklərin malik olduğu sürət və miqyas bəşəriyyəti ətraf aləmdə düzgün istiqamətlənməyə və yaşanan dəyişikliklərin kordinatlarını müəyyən etməyə sövq edir. Biz bu fikri daha dəqiq ifadə etsək, belə alınacaqdır: dəyişməkdə olan bu dünyanın izaha ehtiyacı vardır. Bu izahlardan birincisini P.Kennedi (tarixçi-alim) vermişdir. “Böyük dövlətlərin qalxımı və tənəzzülü” adlanan əsərində P.Kennedi göstərirdi ki, bütün dövlətlər əvvəlcə qalxım dövrlərini yaşayırlar, sonra isə sabitlik dövrü gəlir. Sonra isə bu dövlətlər qaçılmaz gərginlik yaşayırlar və nəhayət süquta uğrayırlar. Həmçinin P.Kennedi bu əsərdə göstərir ki, “soyuq müharibənin” triumfatorları da bu cür aqibətlə üzləşəcəklər. Bu aqibət qaçılmazdır. Çünki bunu tarixin məntiqi tələb edir.
Qlobal qarşıdurma qurtardıqdan sonra, dünyada baş verən bu dəyişikliklərin ikinci dəfə izahını Harvard universitetinin professoru S.Hantinqton vermişdir. O, dünyaya bir neçə sivilizasiyanın qarşıdurması prizmasından baxmış və mədəni qüvvələrin öz xüsusi dünyalarını (nəhəng sivil cəmiyyətləri) yaratdığını qeyd etmişdir. Dövlət loyallığının etikası mədəni eyniliyin daha geniş pafosu ilə əvəz olunur, sivilizasiya əsas tarixi amil kimi milləti əvəz edir. Hantinqtona görə, yeni qlobal iqtisadi siyasi sistemin yaradılması qeyri-mümkündür.
Dostları ilə paylaş: |