AIB Azərbaycanda Quş Qripinin Qarşısının Alınmasına Yardım Edir
Bakı, Azərbaycan (10 mart 2006) – Asiya İnkişaf Bankı (AİB) bu gün Kənd Təsərrüfatı Nazirliyinə 50, 000 ABŞ dolları məbləğində, Azərbaycanda quş qripi təhlükəsinin qarşısının alınması məqsədilə qoruyucu avadanlıq və təchizatları təhvil vermişdir.
Dövlət Baytarlıq Xidmətinə verilən təchizat rayon mərkəzləri arasında paylanacaq və qarşısıalınma və nəzarətetmə fəaliyyətlərinə cəlb edilmiş işçilərin qorunmasına yardım edecək.. Yardıma 5,000 qoruyucu geyim, N-95 respiratorlar, əlcəklər və 500 ədəd qoruyucu gözlüklər daxildir. Quş qripi ilə mübarizə aparmaq üçün Hökumətin fəaliyyət planına və strategiyasına birbaşa yardım kimi nəzərdə tutulan qrant yardımın birinci mərhələsidir, xüsusi fövqəladə hallar nəzərə alınaraq daha uzunmüddətli yardım zəruriyyəti kimi əlavə qrant yardımı göstəriləcəkdir.
“AİB hökumətin quş qripinə qarşı aparılan tədbirlərin və insanlara və iqtisadiyyata dəyilə bilən zərbənin azaldılmasına yönələn işlərdə dəstək olacaq” Metyu Vestfol, AİB-in Azərbaycan üzrə ölkə direktoru dedi. “Bu təchizat ön sırada çalışan və quş qripinə qarsı mübarizə aparan baytar xidmətinin işçiləri üçün nəzərdə tutulub hansı ki, onların sağlamlığının qorunmasını təmin edəcək”.
Qlobal, regional və ölkə təşəbbüsləri ilə birgə işləyərək AİB üzv ölkələrdə quş qripi pandemiyası ilə bağlı H5N1-ə rast gəlinməsi ehtimalının aşağı salınması məqsədilə hərtərəfli strategiya işləyib hazırlayır.
Quş qripinin nəzarət edilməsi və pandemik insan qripinin qarşısının alınmasına dair qlobal strategiya, mənbədə infeksiyaya nəzarət edilməsi və quş qripinin yayıldığı yerlərin effektiv şəkildə nəzarətə alınması ilə başlanmalıdır hansı ki, ictimaiyyətin məlumatlandırılması, sistematik və vaxtında yoxlamaların və müşahidələrin aparılması, dövlət qurumları tərəfindən xəstəliyin yayıldığı halda tecili hesabat verilməsi, və informasiyanın şəffaf axını ilə yanaşı aparılmalıdır. Virus növünün müəyyən olunmasında virus nümunələrin açıqlanması cox vacibdir, bu həmçinin insanlar üçün vaksinin hazırlanmasına köməklik edə bilər.
Azərbaycanda quş qripi kiçik miqyaslı quşçuluq fermerlərinə nəzərəçarpacaq iqtisadi ziyan vurur və bir çox yoxsul və yoxsulluğa yaxın vəziyyətdə yaşayan ev təsərrüfatı ilə məşğul olan insanların yaşayış mənbələrinə təhlükə yaradır və insan həyatına təhlükə yaradıb. Müvafiq pandemik insan qripi insan sağlamlığına və region boyu yoxsulluğun azaldılmasına böyük şəkildə mənfi təsir göstərəcək.
AİB-nin Azərbaycanda həyata keçirdiyi layihə və proqramlar haqda məlumat almaq üçün http://www.adb.org/azrm saytına baxa bilərsiniz.
****
Manilada yerləşən AİB özünü yoxsul təbəqələrin vəziyyətini davamiyyətli iqtisadi artım, sosial inkişaf və yaxşı idarəçilik vasitəsilə yaxşılaşdırmaqla Asiya və Sakit Okean – bunlardan 46-sı regiondandır. 2004-cü ildə o, müvafiq olaraq ümumi məbləği 5.3 milyard və 196.6 milyon ABŞ dolları olan kredit və texniki yardımı təsdiq etmişdir.
Dostları ilə paylaş: |