www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
39
İŞGÜZAR ETİKA
Bildiyimiz kimi etika insanın davranış normalarının toplu-
sudur. Bu tərifdən şıxış edərək işgüzar etikanı insanların müxtəlif
fəaliyyət sferalarındakı davranış prinsipləri kimi tərif edə bilərik.
İşgüzar etika – işgüzar özünüidarəetmənin qayda və prin-
sipləridir. İşgüzar etika müəyyən edilmiş məqsədə çatmaq üçün
idarəçi və istənilən iş insanının tabe olduğu ideallar sistemidir.
İşgüzar etika maddi və mənəvi prinsiplər üzərində qurul-
muşdur hansı ki, dövlət və beynəlxalq normalar tərəfindən
dəstəklənir. İdarəçilər uğur əldə etmək üçün ilk növbədə danı-
şıqlar aparmağı, vahid komanda ilə hərəkət etməyi, özünə tabe
olanları idarə etməyi və konfliktsiz işləməyi bacarmalıdır. Hər
idarəçi ən azından işgüzar etikanın əsaslarını bilməlidir. İşgü-
zar etikanın əsasını peşə etikası təşkil edir hansı ki, işçilər, tə-
rəfdaşlar, müştərilər, rəqiblər arasındakı münasibətləri tənzim-
ləyir. İşgüzar etika biznesin fəaliyyət sferasından asılı olma-
yaraq biznes qanunları çərçivəsində həyata keşirilir. Fəaliyyət
növündən asılı olmayaraq işgüzar etikanın normaları və qayda-
ları milli, etik ənənələrə uyğun şəkildə qurulmalıdır. İşgüzar
etika insanın özünün ruhi xarakterindən, mənliyindən, təhsilin-
dən, insanları idarəetmə qabiliyyətindən və cəmiyyətdəki ye-
rindən asılıdır. Düzgünlük, təkəbbürlülük, mehribanlıq, ədalət-
lilik, nəzakət bunların hamısı işgüzar etikaya daxil olan keyfiy-
yətlər sırasındadır. İşgüzar etikanı müxtəlif ölkələrin biznesmen-
lərinin ayrılmaz hissəsi hesab etmək olar. İşgüzar etika əsasən
müəyyənləşdirilmiş normalardır hansı ki, iş stilini təyin edir,
şirkətlərarası münasibəti tənzimləyir, biznesmenlərə fəaliyyətin-
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
40
də yön verir. İşgüzar etika ölkələrin tarixən yaranan ənənə-
lərinə görə formalaşır. Bu səbəblə digər ölkələrlə əlaqə quran
idarəçilər ilk növbədə həmin ölkənin qayda qanunlarına
uyğunlaşmalıdır.
Ənənəvi işgüzar etikanı mikroetik və makroetika sahələ-
rinə ayırırlar. Mikroetika əsasən cəmiyyətin makrosubyektləri
arasındakı sosial-iqtisadi və mənəvi münasibətlərini öyrənir.
Məsələn, təşkilatlar, dövlət və cəmiyyət bir bütün kimi və s.
Makroetika isə əsasən təşkilat daxili münasibətləri öyrənir və
tənzimləyir. Üfüqi səviyyədə müxtəlif təşkilatlar arasında eyni
xarakterə malik subyektlər arasında mənəvi əlaqələr mövcudur.
Mənəvi münasibətlər sistemində mütəxəssislər makrosubyekt-
lər arasında iki səviyyəni müəyyənləşdirmişlər: üfüqi və şaquli
münasibətlər. Şaquli səviyyədə isə müxtəlif xarakterli obyekt-
lər arsındakı münasibətlər öyrənilir. Bu səviyyəyə təşkilat-döv-
lət, təşkilat-cəmiyyət arasındakı münasibətləri misal göstərə bi-
lərik. İnsanların əksəriyyəti etik qərarları mikrosəviyyədə qəbul
edirlər. Məsələn insanın öz davranışına cavabdehlik daşıması
kimi. Hər bir insan digərlərinə təsir edə biləcək qərarlar ala bi-
lər: Məs.öz yaxınlarının rifahına olan münasibətlər və ya həm-
karına olan münasibət. Ancaq müəyyən müddət sonra insanlar
makrosəviyyədə qərarlar verməyə başlayır: məs. dövlət siyasə-
tinin formalaçmasında iştirak etmək kimi.
Bu gün işgüzar etika hər bir qurumun idarə olunması mə-
dəniyyətinin səviyyəsini müəyyənləşdirən mühüm amildir. İş-
güzar etikanın kodeksi əsasən işçilərin davranış qaydaları məc-
muəsi şəklində öz ifadəsini tapır. Bu gün işgüzar etika kodeksi
demokratik ölkələrdəki şirkətlərin ən mühüm daxili sənədidir.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
41
İşgüzar etika həmçinin inkişaf etmiş ölkələrdə hökumət və qey-
ri hökmət qurumlarında işçilərin davranışını nizamlayan vacib
sənəddir. Qeyd etmək lazımdır ki, işgüzar etika hər bir konkret
qurum üçün fərdi planda tərtib olunur. İşgüzar etika müvafiq
olaraq insanların biznesdə davranışını öyrədir. Peşəkar etika
işgüzar etikanın tərkib hissəsidir və müəyyən peşələr üçün
davranış normalarının təyinidir. Ən çox işlənilən və məlum
olan həkimlər və vəkillərin peşəkar etik prinsipləridir. İşgüzar
etikanın normaları fəaliyyət növündən asılı olaraq bir-birindən
köklü surətdə fərqlənir. Bu və ya digər şirkətətin etik prinsip-
lərini müəyyənləşdirən sənədləri adlandırmaq üçün bir çox
islahatlar mövcuddur. Adətən daha qısa sənədlər missiya, bə-
yannamə, ümumi prinsiplər haqqında maddələr, daha geniş
sənədlər isə işgüzar etika kodeks adlanır. Yazılmış kodekslərin
əksəriyyətinin məqsədi hər bir əməkdaşın şirkətin etik prinsip-
lərini dəqiq dərk etməsidir. Hər bir şirkətin nizamnaməsinin
məqsədi nəinki əməkdaşların etik prinsiplərə uyğun rəftar
etməsinə istiqamətlənib, bir qayda olaraq hər bir kodeksdə şir-
kətin əsas məqsədi və dəyərləri əks olunur. Onlar müvəffəqiy-
yətin əsası hesab olunur. Onlar istehlakçılar, ictimaiyyət, kiv,
nəzarət orqanları, hökumət müəssisələri və ümumiyyətlə şirkə-
tin uğurunun asılı olduğu qurumların hamısında etimad döğur-
malıdır. Kodeksin hazırlanması biznes etikası sahəsində səriş-
təli olan adamlara həvalə edilə bilər. Onu hazırlayarkən aşağı-
dakıları icra etmək zəruridir. Sıravi işçidən tutmuş rəhbərliyə
qədər şirkətin bütün əməkdaşlarına ünvanlanan və yeni kodek-
sə dair bütün rəy və arzuları əks etdirən uyğun suallar toplusu-
nu hazırlamaq, yeni kodeksin layihəsini bütün işçilərlə bir neçə
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
42
dəfə müzakirə etmək və onların qeydləri əsasında ən dolğun
variantı hazırlamaq. Kodekslərin tərtibi:
- istehlakçıları yüksək keyfiyyətli məhsul və xidmətlərlə
təmin edtmək;
- Əməkdaşların əmək təhlükəsizliyi və sağlam mühit üçün
şəraitin vaxtında təmin olunması, hər kəsə ədalətli münasibət,
insanın şəxsiyyət və ləyaqətinə hörmətlə yanaşmaq ;
- Rəqiblərlə şərəfsiz rəqabətdən şəkinmək və bazarların
inhisarlaşmasına yol verməmək öhdəliyi.
Şəkil 4
XX əsrin sonlarına doğru Qərb ölkələrində işgüzar dairə-
lərin, ayrı-ayrı təşkilatların fəaliyyətində sosial məsuliyyət hissi
ön plana çıxır. Buna səbəb etik dəyərlərə münasibətin zəiflə-
məsi idi. Ona görədə bu problemin aradan qaldırılması zərurəti
yaranır. Biznes etikası və işgüzar etika anlayışı aktuallaşır. İş-
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
43
güzar etika biznes fəaliyyətinə aiddir və hər bir təşkilat öz işini
daha da qabağa aparmaq, cəmiyyətdə nüfuz qazanmaq üçün
özünün proqramlarını, metod və yanaşmalarını müəyyənləş-
dirməyə çalışır. İşçilərin etik davranış səviyyəsinin yüksəldil-
məsi üşün dünyanın aparıcı şirkətlərinin qəbul etdikləri daha
geniş yayılmış yanaşmalar var. Etik normaların hazırlanması,
təşkilatın və müəssisənin etik normalarının ümumi dəyərləri və
qaydalarına dair sistemlər müəyyənləşdirilir. məs.rüşvət, hədiy-
yələrin verilməsi və qəbul edilməsi, tutduğun mövqedən sui-
istifadə, fırıldaq, maraqların toqquşması zəminində münaqişə-
lər, qanunun pozulması, şirkətin sirlərinin açılması, komerrsiya
sirri, informasiyanın qərəzli məqsədlər üçün istifadə edilməsi,
siyasi təşkilatlara qeyri-qanuni maliyyə ayrılması və. s. məsələ-
lər diqqət mərkəzində saxlanılır. Bu addımları atan insanlara
qarşı cəza tədbirləri nəzərdə tutulur. Bir qayda olaraq etik
normativlər “Etik davranış kodeksi” formasında tərtib olunur.
Dostları ilə paylaş: |