A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə22/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
48 
 
MENECERİN FƏALİYYƏTİNİN ƏXLAQİ TƏRƏFLƏRİ
Elmi idarəetmə məktəbinin banilərindən olan Henri Fayol 
(1841-1925) demişdir: ”İctimai və şüurlu idarəetmə” əvvəlcədən 
görmək, təşkil etmək, planlama, koordinasiya etmək və nəzarət 
etmək deməkdir. Başqa bir menecer Li Jakoka bu haqda söylə- 
mişdir: “İdarəetmə insanları bir istiqamət uğrunda kökləməkdir.” 
Etika təkcə fəlsəfi elm deyil, həmçinin idarəetmə üçün əsas 
resurslardan biridir. İdarəetməyə insanlararası münasibətləri tən- 
zimləyən normalar, qaydalar toplusu kimi baxmaq olar. 
İdarəetmə etikası: 
- Təşkilatda insanlararası idarə mədəniyyətidir. Həmçinin 
insanlara hörmət etmək, onların qayğılarına qalmaq yolu ilə təş- 
kilati məqsədlərə çatmaqdır. Həmçinin bura texnoloji bilik, proq- 
ramlar, layihələr, etik kodekslər, normalar, elanlar, standartlar, 
ekspert rəyləri, etik şərhlər aiddir. 
İdarəetmə etikasının prinsipləri, menecerlərdən ümumbə- 
şəri normalara riayət etməyi, mədəniyyət ənənələrini qoruyub 
saxlamağa yardımçı olur. İdarəetmə etikası menecerlər və tabe 
olanlar arasında düzgünlük, vicdanlılıq, hörmət kimi prinsiplə- 
rin formalaşmasında çox mühüm rol oynayır. Təbii ki, təşkilat 
daxilində müsbət mühitin yaranmasında menecerlərin üzərinə 
byük iş düşür. Belə ki, menecer bəzi əxlaqi keyfiyyətlərə malik 
olmalıdır ki, bunlar aşağıdakılardır: 
- “Mən duyğusu yerinə “Biz”duyğusu. Yəni idarəçi öz və- 
zifəsindən və səlahiyyətlərindən irəli gələn üstünlüklərdən ya- 
rarlanaraq özünü digərlərindən üstün tutmamalıdır. Bu o de- 
məkdir ki, müəssisəni menecer təkbaşına heç bir məqsədə çat- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
49 
 
dıra bilməz. Çünki müəssisəni məqsədə çatdıran onun çalışan- 
larıdır. Bunun üçün menecer öz çalışanları ilə maraqlanmalıdır; 
- Diqqət göstərmə - əsasən menecer qərarları təkbaşına ver- 
məməlidir. Müəssisənin taleyi ilə bağlı qərarlarda menecer alt 
təbəqədən tutmuş üst təbəqəyə qədər hər bir işçinin fikrini öy- 
rənməli və dəyərləndirilməlidir; 
- Menecer həmçinin öz işçilərinin arasındakı münaqişələri, 
anlaşılmazlıqları həll etməli və pozitiv işgüzar mühit yaratma- 
lıdır. Digər bir tərəfdən menecer işçilərin sosial problemləri ilə 
maraqlanmalı, işçilər üçün önəmli günlərdə (məs. ad günü, toy 
və.s.) ona əhəmiyyət verməli, daim yanında olmalıdır; 
- Menecer mükafatlandırmağı bacarmalıdır. Müəyyən 
dövrdə (aylıq və ya illik) yüksək perfomans göstərmiş şəxsi və 
ya işçini mükafatlandırmaqla ona müəssisə tərəfindən böyük 
önəm verilməsi hissi aşılamalıdır; 
- Menecer işçiləri bir məqsəd uğrunda birləşdirməyi bacar- 
malı, lazım olduqda onları ruhlandıraraq, məqsədə daha effek- 
tiv çatmağa kömək etməlidir. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin