Nə-zakət özünü müxtəlif formada göstərə bilər. Nəzakətin bir
çox səmimiyyət çalarları var. Düzgünlük, incəlik, hörmət və s.
Düzgünlük- bir qədər vurğulanmış, rəsmi, quru, kübarlıq,
bacarıq, hər hansı bir vəziyyətdə o cümlədən münaqişələrin
həllində özünü aparmaq. Ünsiyyət zamanı həm özünün həm də
tərəfdaşının ləyaqətini qorumaq;
Hörmət- adətən böyüklərə nəzakət, hörmət, valideynlərə
hörmət hər hansı bir yazılı və yazılmamış qaydaya daxil olmuş-
dur. Xalqın ənənələri yaşdılara hörmət etmək, valideynləri sev-
mək, qadına hörmət etmək deməkdir;
Dəqiqlik- əxlaq normasıdır. Onun ictimai həyatda, biznes-
də pozulması müqavilələrin yerinə yetirilməməsinə, mühüm
vəzifələrin pozulmasına gətirib çıxarır. İş dünyasında gecikən
birinə güvənməmək lazımdır. Vaxtınızı dəyərləndirin. Dəqiqlik
padşahların xeyirxahlığı və bütün yaxşı insanların vəzifəsidir.
Bunu ilk dəfəFransız kralı 18-ci Lyudovik demişdir;
Təvəzökarlıq - yüksək etik mədəniyyətin təzahürüdür. Özünü
qiymətləndirmələrdə məhdudiyyət, digər insanların zövqlərinə
hörmətlə yanaşmaq və s. Təvəzökar adam heç vaxt özünü düşün-
mür, özünü görkəmli şəxsiyyət, başqalarından daha ağıllı, özü
üçün heç bir güzəşt tələb etmir. Deyl Karnegi deyirdi ki, ”Yalnız
özü haqqında danışan bir şəxs özü haqqında düşünür, və insan
əgər özü haqqında düşünürsə demək o etibarsız və mədəniyyət-
sizdir. O necə təhsilli olursa olsun mədəniyyətsizdir”;
Nəzakətli olmaq – baçqasını çətinlikdən, narahatçılıqdan
birinci xilas etmək cəhdi. Nəzakətli adam nəqliyyatda birinci
olaraq əlilə, qocaya yer təklif edəcək. Nəqliyyatdan düşəndə
onların xahişini gözləmədən yolu keçməyə kömək edəcək. Ün-
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
56