www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
76
qəbul edilməzdir. Onlar çox ucuz görünür və müvəffəqiyyətin
simvolu deyil. Fil sümüyü rəngində, boz,tünd boz rəngli ayaq-
qabılar daha məsləhətlidir. Tünd rəngli paltara, tünd rəngli ayaq-
qabı uyğundur. Rəngli, bəzəkli metal rəngli ayyaqqabılar iş mü-
hitində qəbuledilməzdir. Dabanlı və bağlı ayaqqabılar yalnız
şalvarla geyinilir. Lak ayaqqabıları isə gecə saatlarında geyin-
mək olar. Yay aylarında isə dabanı açıq, üstü örtülü yay ayaq-
qabılarına icazə verilir. Ayaqqabının rəngi corabın rəngi ilə uy-
ğun olmalıdır. Onların naxışları olmamalıdır. Qara rəngli ayaq-
qabı və corablar ayaqların görüntüsünü azaldır. Qadınların baş
örtüyü onların ifadə vasitəsidir. Şlyapanın üslubu mütləq
onunnümayişindən asılı olaraq yerinə uyğun olmalıdır. Şlyapa
qadın- lara böyük sevinc və ruh yüksəkliyi gətirir. Kim bu işə
istehza ilə yanaşırsa bu kiçik şeyin əhəmiyyəti haqqında heç bir
məlumatı yoxdur. Gecə tualeti ilə şlyapa geyinilmir. Ev
sahibəsinin gündüz və gecə qəbullarında şlyapa geyinməsi qəbul
edilmir. Üst geyimlərindən palto, plaş, mexli paltoya üstünlük
verilir. Şərf mütləq əldə toxunma deyil, fabrik istehsalı olmalıdır.
Müxtəlif idman stilli gödəkcələr istisna olunur.
Dostları ilə paylaş: