A. A. Solonitsina


İŞGÜZAR SÖHBƏTLƏRİN GÖRÜŞLƏRİN



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə36/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   32   33   34   35   36   37   38   39   ...   68
 
İŞGÜZAR SÖHBƏTLƏRİN GÖRÜŞLƏRİN 
MÜZAKİRƏLƏRİN KEÇRİLMƏSİ QAYDALARI
İşgüzar söhbətlərin keçirilməsi. 
İşgüzar ünsiyyətdə, işgüzar protokol qaydalarına riayət 
edilməsi böyük əhəmiyyət kəsb edir. O danışıqların görüşlərin 
tədbirlərin keçrilməsini təşkil edir. Diplomatik dünyada 
“Protokol” sözü sənədlərin və arxivlərin saxlanmasını nəzərdə 
tutur. Sonradan bu terminin mənası dahada genişlənmişdir. Bura 
etiket və mərasim qaydaları da əlavə edildi ki, hansı ki, 
beynəlxalq əlaqələrdə də müşahidə edilir. Diplomatik protokol 
beynəlxalq ünsiyyətdə mü-şahidə olunan ümumi qəbul edilmiş 
qaydalar və ənənələrdir. Məs. (Dövlət başçılarının görüşləri, 
onların keçirilmə qaydaları) analoji olaraq iş protokolunda, 
işgüzar mühitdə müşa- hidə olunan qaydalar və ənənələri 
göstərmək olar. İşgüzar söh- bətlər bu və ya digər məsələ ilə bağlı 
fikir mübadiləsi təklif edir. Söhbətin məqsədi-informasiya 
mübadiləsidir. Formal olaraq işgü- zar söhbətləri bir neçə 
mərhələyə bölmək olar: 
- söhbətin başlanğıcı; 
- məlumatların ötürülməsi,arqument; 
- mübahisənin arqumentlərini dinləmək; 
- onların qəbul edilməsi və ya inkar edilməsi; 
Qərar qəbuletmə öz fikrini müdafiə etmək üçün qulaq as- 
maq deyil, həm də həmsöhbətini eşitmək vacibdir. İşgüzar söh- 
bətlərin etiketi üzrə mütəxəssis Predraqa Misiça deyirdi ki, 
“Həmsöhbətinə qulaq asmaq çox mürəkkəbdir, gərginlik tələb 
edir. Ona görə biz öz diqqətimizi öz həmsöhbətimizə yönəlt- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
82 
 
məliyik, baxmayaraq ki, bizim başımız bir çox problemlərlə 
məşğuldu, bundan başqa biz yorğun və sinirliyik”. Danışmaq 
özü haqqında daha şox bilmək və digər insanlarla qarşılıqlı 
əlaqələri yaxşılaşdırmağa imkan verir. İşgüzar ünsiyyətdə qay- 
dalara riayət etmək böyük əhəmiyyət daşıyır. Danışıq zamanı 
öz həmsöhbətinə və sizə nəyin maraqlı olduğun bilmək lazım- 
dır.Bu işgüzar söhbət üçün kiçik bir müqəddəmə ola bilər 
Ümumi suallarla başlayıb, fərdi suallarla bitirməliyik. Hər bir 
söz həmsöhbətinə aydın olmalıdır. Söhbətin monoloqa çevril-
məməsi çox vacibdir. Siseron bu haqda deyirdi “Kimsə bir baş- 
qasını xilas etmək hüququna malik olduğu bir söhbətə sahib 
olmamalı,əksinə çalışmaq lazımdır ki, başqa hər şeydə olduğu 
kimi, söhbətdə də hər kəsin öz növbəsi olsun ”Dağıstan yazıçısı 
E. Kapiyevin sözlərinə görə ”Dinləmək lazım olan zaman bi- 
rinci, danışmaq lazım olan zaman sonuncu olun”. Danışıq za- 
manı başqa tərəfə baxmaq, əldə nəyisə əymək, çiyinləri çək- 
mək, öz həmsöhbətinin çiyninə toxunmaq, böyük məsafədən 
danışmaq olmaz. Söhbət zamanı”belə”, ”yaxşı” bu kimi ara 
sözlərindən qaçmaq lazımdır. Atmacalı sözlər işlətmək, həm- 
söhbətinin sözünü kəsmək, düzəliş etmək, kömək etmək qəbul 
edilmir. Söhbətə müdaxilə etmirlər. Yalnız istisna hallarda işti- 
rakçılardan üzr istəməklə birinə sual və ya təcili bir istək ilə 
müraciət edirlər. İşgüzar əməkdaşlığın başlanmasına ümid edə- 
rək siyasi, din, qadın bərabərliyi, gəlir, nəyinsə qiyməti bu kimi 
sürüşkən mövzulara toxunmurlar. İşgüzar söhbətədə öz həm- 
söhbətinə hörmətsizlik qəbul edilmir. Əksinə ona öz diqqətini- 
zi, səmimi maraqlarınızı və hörmətinizi göstərməlisiniz. F. Çes- 
terfild deyirdi ki, “Heç vaxt öz həmsöhbətinizə ağıllı və savadlı 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
83 
 
olduğunuzu göstərməyə çalışmayın”. Hər hansı bir işin müvəf- 
fəqiyyəti əlaqə qurma qabiliyyətindən, problemlərinizi düzgün 
ifadə etməkdən, sübuta yetirərək mübahisə etməkdən ibarətdir. 
Bu zaman ən mühüm arqumentlər məntiq və sübutlardır. İşgü- 
zar mü-bahisədə yalnız nəzakətli davranışa yol verilir. Məsələn 
”Siz bunu başa düşməlisiniz” ifadəsinin əvəzinə “Düşünmürsü- 
nüz ki ” desəz yaxşıdır. Yaxudda “Mən hesab edirəm” yerinə 
“Sizə elə gəlmir ki,” və s. İşgüzar söhbətdə mən sizin yanlış ol- 
duğunuza əminəm kimi ifadəsini istifadə etmək və yaxuda bu 
söhbəti başlamağa və ona vaxt sərf etməyə dəyməzdi sözləri 
istifadə etmək düz deyil. Belə sözlərdən sonra hər kəsin həm- 
söhbətlə ünsiyyət qurması xoşagəlməz haldır. Başqasının fikri- 
nə hörmət etməyi bütün həyatın boyu öyrənməlisən. Öz fik- 
rinizi sakit şəkildə ifadə edin. Belə ki, həmsöhbətinlə fikir mü- 
badiləsi, qınama, lağ etmək və ya aşağılamağa gətirib çıxarma- 
malıdır. Söhbətin başlanğıc mərhələsi çox uzun olmamalıdır. 
Bu iştirakçıların işgüzar münasibətlərinin qorunmasına kömək 
etməlidir. Bu zaman söhbətin bütün mümkün nəticələrinə nail 
olmaq mümkündür. Məsləhət üçün, cavab üçün, vaxt gecikmə- 
si üçün təşəkkür etmək faydalıdır. Hətta söhbətin nəticələrin- 
dən narazı olsalar belə bunu göstərmirlər və nəzakətli qaydada 
sağollaşırlar. Söhbətin uğurlu keçirilməsi onu əhatə edənlərin 
gözündə qiymətli, müsbət keyfiyyətlərdir. Bazarın hərtərəfli 
araşdırılması imkan verir ki, öz gələcək tərəfdaşların haqqında 
hərtərəfli məlumat əldə edəsən. 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
84 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin