www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
80
SALON GEYİMİ Rəsmi ziyafətlər və dəbdəbəli qəbullar üçün salon geyim-
lərindən (frak, smokinq) istifadə olunur. Onların geyinilməsi
ciddi tənzimlənir. İşgüzar qəbulda hansı geyimdə olmağı ingilis
və ya fransız dəvətnaməsi göstərir. Məsələn dəvətnamədə qara
qalstuk yazılırsa bu zaman o qəbulda smokinqdə olmaq lazım-
dır. Əgər dəvətnamədə sözlə ağ qalstuk yazılıbsa o zaman qə-
bula frakda gəlmək lazımdır. Smokinqləri saat 17.00 qədər toylar,
təntənəli qəbullar istisna olmaqla geyinmirlər. Onda yalnız axşam
şənliklərinə, teatrlara gedirlər. Smokinqlə ağ köynək, qara jilet,
kəpənək qalstuk, qara laklı yarımçəkmələr qara corab geyinirlər.
Frak xüsusi təntənəli hadisələrlə bağlı geyinilir. Frakda yalnız
diplomatik aləmdə gecə qəbullarında olurlar. Frakla qara şalvar,
ağ parıltılı düymələrdən ibarət olan ağ jilet, kraxmallı köynək,
kəpənəkli ağ qalstuk, qara lak ayaqqabı və qara corab geyilir.
Frakla küçədə palto və plaşsız gəzmirlər. Gözəl geyim sahibinin
qaməti, davranışı, nitqi də gözəl olmalıdır. Bu xüsusiyyətlər ayrı-
ayrılıqda olmur. Bunlar bir-birilə sıx bağlıdır. İnsanın xarici görü-
nüş mədəniyyətinə aid etiket qaydalarının müxtəlifliyinə baxma-
yaraq onun əsas mahiyyəti eyni qalır. Sağlam düşüncə, gigiyena
hansı ki, bunu qədim yunanlar qeyd etmişdir. Geyimin stili onun
hansı dairəyə mənsub olduğunu nümayiş etdirir. İnsanda şəxsi
ləyaqət hissini və özünə güvəni artırır. Geyimlərin tipologiyası
sahəsində tədqiqatların nəticələrində Alman sahibkarları göstərir
ki, sizin bu günkü geyiminiz sabah tutacağınız vəzifəyə uyğun
olmalıdır. Geyim korporativ davranış faktorlarından biridir.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
81