A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə38/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
 
NƏZAKƏTLİ ZİYARƏT
Ziyarətin məqsədi təşrif buyuran nümayəndə heyətinin proq- 
ramını aydınlaşdırmaqdır. Gəlmiş qonaqları ofisin sədri və ya 
meneceri qarşılayır. Xüsusi hallarda qonaqları qəbul edən şəx- 
sin rəhbərliyi qarşılaya bilər. Qonaqları qaydaya uyğun olaraq 
rəhbərliyin otağına yola salırlar. Rəhbər qonaqları qəbul edər- 
kən masanın arxasında və ya başında oturmamalıdır. Ofisdə 
protokol tələblərinə uyğun olaraq otaqda divan, kreslo olmalı- 
dır. Ev sahibi qonağı ən fəxri yer olan masanın ətrafında divana 
oturmağı təklif edir. Lakin özü birinci divandan solda olan 
kresloya əyləşir. Tərcüməçi özbaşına yer seçir. Tərəflərin bəra- 
bərliyini aradan qaldırmaq üçün qonaqlar günəş tərəfə baxan 
pəncərələr qarşısında oturmurlar. Bu qonaqlara hörmətsizlik 
sayılır. Beş, yeddi dəqiqədən sonra qonaqlara çay, qəhvə, kon- 
fet, çərəzlər, meyvə təqdim edilir. Alkoqollu içkilər verilmir. 
Səfərin müddəti 20-30 dəqiqədir. Söhbətin aparılması təşəb- 
büsü evin sahibindədir. Uzun fasilə söhbətin sonu deməkdir. 
Getmək təşəbbüsü qonaqlara bağlıdır. Qonaqları dəhlizə qədər, 
pilləkənə, meydançaya və ya liftə qədər ötürürlər. 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
88 
 
İŞGÜZAR DANIŞIQLARIN ETİKASI VƏ ETİKETİ
Vaxtıilə qədim Misirlilər və başqa şərq xalqları danışıqları 
öz ara-larında yazılı və şifahi şəkildə aparırdılar. Arxeoloji qa- 
zıntılara əsasən məlum olmuşdur ki, ilk yazılı müqavilələr Mi- 
sir fironu II Ramzeslə Hettlərin kralı Hattushil arasında III əsr- 
də 1278- ci ildə bizim eradan qabaq bağlanmışdır. Hələ o dövr- 
də bu danışıqların iki nüsxəsini hazırlayırdılar və mübadilə edir- 
dilər. Bu ənənə hal hazırda indiki dövrdə də mövcuddur. O 
beynəlxalq gündəlik ünsiyyət təcrübəsinə daxil olub. İşgüzar mü- 
nasibətlərin etika və etiketinə, eyni zamanda sahibkarlığa qədim 
yunan filosofu Aristoteldə müraciət etmişdir. O, özünün “Niko- 
max etikası” əsərində gəlirin, sələmçilik mənfəətinin mənəvi əsas- 
ları haqqında yazmışdı. Onun qiymətə dair ədalətli əsaslandır- 
ması sahibkarlar üçün bir növ təlim kimi qəbul edilə bilər. 
Danışıqlarda mühüm hissə işgüzar ünsiyyətdi. Bu qarşılıqlı 
faydalı bir nəticə əldə etmək məqsədilə aparılan ünsiyyətdir. 
İşgüzar danışıqlar həm obyektiv həm də psixoloji, hərtəfli ha- 
zırlıq tələb edir. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin