www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
79
rısı qaşla eyni səviyyədə olmalı, gözlər isə eynəyin ortasında
yerləşməlidir. Eynəyin çərçivəsi saçın, qaşın, geyimin rəngi ilə
uyğun olduqda harmoniya yaradır. Aksessuarlardan istifadə
edırkən öz sifətinin formasını korlamamaq üçün eynək çərçivə-
si sifətdən enli, yanaqlardan və ya burun pərlərindən aşağı ol-
mamalıdır. Tünd saçlar, tünd qaşlar üçün tünd çərçivə seçilir.
Amma bu zaman yadda saxlamaq lazımdır ki, tünd çərçivə
burnu iri göstərir. Sarışın saçlara metal və ya yumşaq rəngli
plastik çərçivə uyğundur. İşgüzar kişi və qadınların qamətləri
ilə yanaşı aksessuarlara da az diqqət yetirilmir. İsveçrə saatları
və zərif gözlüklərlə yanaşı yaxşı bir qələm, sahibinin əsl sosial
statusunun ortaya çıxara biləcək şeylər kateqoriyasına aiddir.
Qiymətli qələmlər istehsal edən nüfuzlu firmalar arasında
Parker, Sheatter, Mont Blanc və Cross daha məhşurdur.
Dostları ilə paylaş: