www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
92
dərəcəsi ev sahibindən qonaq məsafəsinə görə azalır. Buna gö-
rə ev sahibinin qarşı tərəfində əksinə oturmiş həmsöhbət
müdafiə mövqeyində olur və daha çox narahatlıq yaradır. Pro-
tokola uyğun olaraq iştirakçılar müzakirə masasında otururlar.
Masa arxasında oturmağın bir neçə qaydası var.Nümayəndə
heyətinin başçıları masanın başında otururlar, yan tərəfdə tər-
cüməçilər, sonra isə nümayəndə heyətinin digər ranqlı üzvüləri.
Nümayəndə heyətinin başçıları masanın mərkəzində bir birinə
əks tərəfdə əyləşirlər. Onlarla yanaşı tərcüməçilər, sonra nüma-
yəndə heyətinin üzvləri, əgər danışıqlarda üç və ya daha çox
tərəf iştirak edirsə o zaman nümayəndə heyətinin başçıları də-
yirmi və düzbucaqlı masa ətrafında saat əqrəbi istiqamətində
əlifba şəklində otururlar. Sədirlik əlifba sırası ilə edilir və ya ilk
iclası ev sahibi idarə edir. Sonra digər nümayəndə heyətinin
başçıları əlifba sırası ilə başçılıq edirlər. Müzakirələr sakit ton-
da aparılmalıdır. Heç bir kobudluq, qıcıqlanma olmamalıdır. Tə-
rəfdaşa mane olmadan diqqətlə dinləmək lazımdır. Danışıq üzv-
ləri bir-birinə baxaraq söhbət əsnasında heç nəyi qaçırmamağa
çalışırlar. Protokola görə danışıqlara başladıqdan beş, yeddi də-
qiqə sonra çay, kofe verilir. Bir saatdan sonra ikinci dəfə çay,
kofe təklif olunur. Tərəfdaşlarla işgüzar danışıqlar ümumi prob-
lemlərin müzakirəsi və qarşılıqlı faydalı qərarlar qəbul etmək
üçün lazımdır. Bunun üçün danışıq texnikasını bilmək vacibdir.
Dostları ilə paylaş: