A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə43/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   39   40   41   42   43   44   45   46   ...   68
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
97 
 
TELEFONLA İŞGÜZAR ÜNSİYYƏT MƏDƏNİYYƏTİ
Telefonla söhbət işgüzar ünsiyyətin növlərindən biridir. Bu 
müasir həyatda ünsiyyət qurmağın ən tez yoludur. Bu bir çox 
problemləri həll etməyə, əlaqə qurmağa imkan verir. Telefonla 
əlaqə mədəniyyəti xüsusi bir ünsiyyət mədəniyyəti sayılır. 
Telefon sayəsində bir çox sual və problemlərin səmərəliliyi bir 
neçə dəfə artır. Başqa bir şəhərə məktub, teleqram göndərmək 
və yaxudda sualı dəqiqləşdirmək üçün hansısa bir təşkilata, 
şəhərə getməyə ehtiyac yoxdur. Telefonla çox iş görmək olar. 
Danışıqlar aparmaq, sifariş vermək, sorğu göndərmək, müqavi- 
lə razılaşması və s. Lakin telefonla rəsmi adamları və az tanıdı- 
ğımız adamları təbrik etmək olmaz. Kədərli hadisə ilə bağlı te- 
lefonla başsağlığı vermək olmaz. Bu şəxsən yazılı şəkildə hə- 
yata keçirilir. Telefonda məsələlərlə bağlı xahiş etmirlər. Bu 
yalnız yaxın tanışlıq zamanı mümkündür. Telefonla söhbət mə- 
safədən asılı olmayaraq iki istiqamətdə davamlı əlaqəni təmin 
edir. Söhbətin işgüzar olması üçün ona yaxşı hazırlaşırlar. Bu- 
rada əsas qısa şəkildə öz düşüncələrini ifadə etməkdir. Əks təq- 
dirdə amerikalı menecer A.Makkenzinin fikrincə iş vaxtının 
20-30% itirilir. İş vaxtının itirilməsinin on beş əsas səbəbində 
birinci yer telefon danışıqlarına verilir. Söhbətin 30-40% la- 
zımsız fasilə, artıq sözlər və ifadələrin təkrarlanmasıdır. Te- 
lefonla danışıq qısa və nəzakətli olmalıdır. Bu kimdir, hara 
düşmüşəm, kim zəng edir və s. ilə söhbətə başlamaq qəbul 
edilməzdir. Telefon zənglərinə cavab verməyi bacarmaq lazım- 
dır. Deyl Korneqi məsləhət görürdü ki, “Sizə telefonla zəng 
edən zaman alo ifadəsi elə tonda işlənməlidir ki, bu danışıqdan 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
98 
 
sizin şad olduğunuz aydın olsun.” Zəngin səbəbini soruşmaq 
qəbul olunmur. Telefona gələn adam əgər olmayan adamı əvəz 
edərsə o zaman ona kömək edə bilərmi və yaxudda kimin zəng 
elədiyini ona deyə bilərmi sualını verə bilər. Bu suala yox ca- 
vabı vermək çox çətindir. Psixoloqlar qeyd edirlər ki,telefon 
söhbətlərinin davamlılığı onların emosional rəngindən asılıdır. 
Həddindən artıq emosionallıq ifadənin qeyri-dəqiqliyinə, dü- 
şüncənin olmamasına, qeyri-işgüzar ifadələrə, ünsiyyətin mə- 
nasının itirlməsinə gətirib çıxarır. Tərəfdaşla əsasız narazılıq 
qıcıqlanmaya gətirib çıxara bilər. Ona görə bu münaqişənin 
qarşısını almaq üçün vaxtında onunla işgüzar əlaqələri qurmaq 
lazımdır. Uzun telefon danışıqları bir iş adamının nüfuzuna mənfi 
təsir göstərə bilər, onun biznes təkliflərinə marağı azaldar. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin