A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə51/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
 
TEATRDA DAVRANIŞ
Teatrın foyesinə daxil olarkən, kişi başlığını çıxarır, çıxarkən 
isə qapıya yaxınlaşır və onu geyinir. Qarderobda isə öz həyat 
yoldaşının üst paltarını çıxartmağa kömək edir və yalnız ondan 
sonra öz paltosunu çıxarır. Əgər qadın qarderobda güzgü qarşı- 
sında öz tualetini düzəldirsə kişi ciddi şəkildə kənarda gözləyir. 
Bu vaxt o proqramı əldə edə bilər. Foyedə kişi qadına getmək 
üçün yol verir, zala isə birinci özü daxil olur. Sıranı və seçdiyi 
yerə öncə özü keçir, ya da nəzərə alaraq ki, qadın kişinin sağında 
oturmalıdır, qadına getmək üçün yol verir. Sıranın kənar yerində 
qadın oturmur. İnsanların sıranın arası ilə keçməyi mümkün olma- 
dıqda, oturan kəslərin ayağa durmağı vacib hesab edilir. Çünki bu 
vəziyyətdə oturmaq qeyri-etik hesab edilir. Kişi yoldaşının rahat 
oturması üçün kreslonun oturacağını tutur. Sonra isə özü oturur. 
Hər bir tamaşaçı yalnız bir qolunu kreslonun qoltuğuna qoya 
bilər. Bu zaman oturacağın arxasını əllərinizlə və ya ayaqlarınızla 
uzadıb oturmayın. Drubindən yalnız tamaşa zamanı səhnəyə 
baxmaq üçün istifadə edilə bilər. Drubin zalda oturan tamaşaçılar 
və foyedə gəzən adamlara baxmaq üçün deyil. Tamaşa zamanı 
drubini və proqramı dizi üstə saxlayırlar. Əgər teatra iki cütlük 
gəlirsə o zaman tamaşa zalına kişi, onun arxasınca qadın, axırda 
ikinci kişi daxil olur. Bu cür ardıcıllıqla onlar öz yerlərinə keçirlər. 
Bu zaman kişilər qadınlar üçün qatlama kürsüsünü aşağı salmağı 
unutmurlar. Qadınlar mərkəzdə otururlar, kişilər isə hər iki tərəf- 
də. Adətən kişilər kənar yerləri tuturlar. Lojada qabaqda qadınlar, 
arxada isə kişilər oturur. Foyedə və tamaşa zalında yemək düzgün 
deyildir. Bu adətən fasilə zamanı bufetdə edilir. Teatrda alqışla- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
113 
 
maq hər hansı bir akt başa çatdıqdan sonra, parlaq bir səhnənin 
sonunda, xüsusilə məşhur aktyorlar səhnəyə çıxdıqda edirlər. 
Konsert zalında drijor və solist görünərkən, vokal musiqiyə qulaq 
asılarsa axrıncı musiqi qurtarandan sonra alqışlayırlar. Təqdimat 
zamanı zalı tərk eləmək düzgün deyil. Zaldan yalnız fasilədə və 
ya tədbir qurtardıqdan sonra gedirlər. Eyni zamanda pərdənin 
bağlanmasını və aktyorların tamaşaçılar qarşısına çıxmasını göz- 
ləyirlər. Davamlı alqışlardan sonra tamaşaçılar sakitliklə zalı tərk 
edirlər. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin