www.kitabxana.net – Milli
Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
117
QƏBULLARIN HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ
Beynəlxalq etiketdə işgüzar qəbulların təşkili, keçirilməsi və
vaxtı tənzimlənir. Hər bir qəbulu yaxşı hazırlamaq lazımdır.
Bunun üçün qəbulun növü seçilir. Yığıncağın vaxtı müəyyən
edilir. Nəzərə alınır ki, işgüzar qəbulları qeyri-iş
günlərində, eyni
zamanda dini bayramlar günü (Milad bayramı, Pasxa, Ramazan
və s.) və milli matəm günlərində keçirmək olmaz.
Qəbula dəvət
edilməsi planlaşdırılan qonaqların ümumi sayı müəyyənləşdirilir.
Qəbulda iştirak edənlərin siyahısı qəbulu təşkil edən təşkilatın
rəhbəri tərəfindən müəyyənləşdirilir və imzalanır. Kəskin, əks
baxışları və mövqeyi olan insanların dəvət edilməsi məsləhət
görülmür. Siyahıya uyğun olaraq dəvətnamə göndərilir.
Vəzifəli
şəxsi təxmini olaraq şifahi şəkildə dəvət edirlər,
qəbul olunsa
bundan sonra xüsusi hazırlanmış formada dəvətnamə göndərilir.
Dəvətnamələr qəbuldan 1-2 həftə qabaq göndərilməlidir. Əvvəl-
dən menyu tərtib edilir. Bununla yanaşı qonaqların zövqü, milli,
dini ənənələri nəzərə alınır və s. Masanın serviz edilməsinə xüsusi
diqqət göstərilir.
Banket stolunu təcrübəli, serviz incəsənətini
yaxşı bilən adam bəzəməlidir. Yüksək ixtisaslı xidmət personalı
seçilməlidir. Rəsmi şəkildə təşkil olunmuş qəbullarda sağlıqlar da
deyilir. Bu desertdən və hamıya şampan töküləndən sonra edilir.
İlk sağlıq ev sahibinə məxsus olur. Ayaqüstə olan görüşdə, sağlıq-
lar qəbulun başlanmasından 10 və ya 15 dəqiqə sonra elan edilir.
Sağlıqlar həmsöhbətlərin, tərəfdaşların mümkün suallarına cavab-
lar əvvəlcədən hazırlanır. Qəbul planı
əvvəlcədən düşünülür ki,
hər şey aydın və düzgün olsun.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
118
Dostları ilə paylaş: