A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə55/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   51   52   53   54   55   56   57   58   ...   68
 
 
 
 
 
 
 
 
 
MASA ARXASINDA DAVRANIŞ QAYDALARI


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
125 
Masa arxasında davranış mədəniyyəti insanın və bütövlük- 
də cəmiyyətin inkişaf səviyyəsini göstərir. Dünya praktikasında 
işgüzar qəbullar zamanı rəsmi şəxslər üçün bir sıra davranış 
qaydaları hazırlanmışdır. Dəvət olunmuş qonaqlar zalda ya da 
qonaq otağına yığışırlar. Zala daxil olarkən ev sahibi ilə sa- 
lamlaşır və ya qonaq qəbul edən şəxslə daha sonra baş əyərək 
hamını salamlayır. Ev sahibini söhbətə tutmaq, onu saxlamaq 
olmaz. Tanışını görərək ona yaxınlaşır, salamlayır və söhbət 
edirlər. Sonra isə masanın qonaqları ilə tanış olur. Yanında kişi 
oturubsa, ondan sağda tanış olmayan qadın oturursa o mütləq 
vasitəçi ilə onunla tanış olmalıdır. Zalda qonaqlar 30 dəqiqədən 
çox olmurlar. Qəbula 5-10 dəqiqə, böyük qəbullara isə 10-15 
dəqiqə təyin edilmiş vaxtdan əvvəl gəlmək lazımdır. Gecikmək 
qəbul olunmur. Salondan qonaqlar banket zalına keçirlər. Tən- 
tənəli mərasimdə ev sahibi fəxri qonaqlara əl verir və qonaqlar 
banket zalına daxil olurlar. Ev sahibinin bu nümunəsinə əməl 
edən kişilərdə qadınlara sağ əlini verir. Ev sahibi fəxri 
qonaqlarla görüşməyi bitirir. Öz yerinə yaxınlaşır, öz stulunun 
arxa-sında dayanaraq hamını masa arxasında oturmağa dəvət 
edir. Bu zaman ilk olaraq özü oturur. Ona fəxri qonaq kömək 
edir. Kişilər də onun kimi edirlər. Onlar qadınların arxasındakı 
stulu götürür və onu düzəldib onlara oturmaq üçün təqdim 
edirlər. Qadınlar isə öz yerlərinə keçib gözləyirlər ki, onlara nə 
zaman stul veriləcək. Stulu təqdim etməklə kişilər “Xahiş edirik”, 
”Buyurun oturun” ifadələrindən istifadə edirlər. Sonra isə ki- 
şilər masaya oturur. Qonaqlar nimçədən parça salfetkanı götü- 
rüb dizlərinin üstünə sərirlər. Əgər dəniz məhsulları yeyilərsə 
salfetkanı yaxalarına qoyurlar. Parça salfetka ilə əli, barmaqları 
silmək etik deyil. Bunun üçün kağız salfetlər var. Yeməkdən 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
126 
sonra dodaqları və əlləri parça salfetlə silməyə icazə verilir. 
Sonra onu qatlayaraq pirojna qabına qoyullar. Masa arxasında 
düz əyilmədən gərgin olmadan otururlar. Dirsəyi masaya qoy- 
murlar. Əlləri yaxında oturana mane olmamaq üçün masaya 
qoymurlar, öz bədəninə sıxıb saxlayırlar. Yorğunluğu hiss et- 
məmək üçün yeməyə qədər və fasilədə əlləri dizləri üstünə ya 
da stulların dayaqlarına qoyurlar.Ayağı ayağın üstünə aşırmaq 
etik deyil. Masanın altında ayaqqabıları çıxartmırlar.Yemək 
səssiz yeyilməlidir. İsti yeməyi üfürmürlər. Salfetkanın yuxarı 
küncünü əyərək dizi üstə qoyurlar, hansı ki, yeməyin sonuna 
qədər orda qalır. Onunla dodaqalrı və əlləri silmək qəbul olun- 
mur. Bunun üçün kağız salfet var. Təsadüfən batmış əl və bar- 
maqları salfetkanın yuxarı hissəsi ilə silmək olar. Masa üzə- 
rində olan qab-qacaq dəstindən öz təyinatına uyğun istifadə et- 
mək lazımdır. Bütün qab-qacaq dəstləri sağ tərəfdə (bıçaq- 
qaşıq) yerləşdirilir. Bunları yalnız sağ əllə götürürlər, solda 
çəngəl olur. Bıçaqla əti və başqa ərzaqları kəsirlər. Çəngəli sol 
əldə tuturlar, dişini aşağı. Bıçağın köməyi ilə əti, toyuğu və 
başqa yeməkləri və eyni zamanda onun köməyi ilə çəngələ o 
yeməkləri qoyurlar ki, onu çəngəllə götürmək çox çətin olur. 
Qaşığı isə sağ əldə tuturlar. Çəngəl, bıçaq qaşığı yalnız əllə 
tuturlar. Hansı ki, bunların vasitəsilə qidalara toxunmaq olar. 
Yeməyin masanın üzərində sürüşməməsi üçün masa örtüyünün 
üstünə fərdi, kiçik bir salfetka qoyurlar. Yeməkləri verərkən ev 
sahibindən sağda oturan qadınlardan başlayırlar. Qonaqlara 
xidmət edən ofisiant onların hər birinə sağ əlini arxasında tu- 
taraq soldan yaxınlaşır. Şorbalar, salatlar, pendirlər və meyvə- 
lər istisna olmaqla, hər yeməklə bağlı ofisiant qonaqlara iki 
dəfə yaxınlaşır. Yeməyə o zaman başlamaq olar ki, artıq 5-6 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
127 
nəfərə xidmət olunub. Hamını gözləmək məcburi deyil. Etiketə 
görə kişilər qadınlardan əvvəl yeməyə başlamırlar. Öz nim- 
çəsinə yeməyi qoymaq üçün xüsusi qoyulmuş yemək dəstindən 
istifadə edirlər. Bıçaqla yemək təhlükəli və yaxşı deyil. Əgər 
bu və ya digər yeməyi necə yeyildiyini bilmirlərsə o zaman ev 
sahibinin onu necə etdiyinə baxır, ya da ondan soruşur. Bu za- 
man etiket pozulmayacaq. Hər hansı bir içkini içməmişdən 
qabaq, ağzında olanı udmaq və sonra içmək lazımdır. Yeməyi 
yeyə bilmirsizsə, ən azından onun dadına baxmalısınız.Ancaq 
xəstəliyinizə dair heçnə izah etməyin. Nimçəyə qoyulan gərək 
yeyilsin. Vaxt dəyişir,qaydalar yenilənir. Əvvəllər bu ayıb he- 
sab olunurdu. Yeməklərdəki hissələrdən ən yaxşısını seçmək 
nəzakətsizlikdir, o hissəni götürürlər ki, o qonağa yaxın yerdə 
yerləşir. Kimin nə qədər yediyini izləmək etik deyil. Nimçəni 
çörəklə sıyırmaq qəbul edilməzdir. Bir yeməklə içki içməzdən 
əvvəl dodaqları salfetlə silirlər. Yemək müddətində kişi özün- 
dən sağda oturmuş qadına qulluq edir. Qadınla razılaşaraq onun 
nə yediyini bildikdən sonra kişi sol əli ilə yeməyi götürür və 
qadının nimçəsinə aparır. Yeməyin kənarı onun nimçəsindən 
hündür olmalıdır, ondan sonra sağ əli ilə serviz dəstini götürə- 
rək yeməyi nimçəyə qoyur. Əgər xanım özü yemək qoymaq is- 
təyirsə solda oturan kişidən yeməyi verməyi xahiş edir. Sağ əli 
ilə xüsusi qoyulmuş dəsti götürür, özünə yemək qoyur, yenidən 
dəsti yerinə qaytarır. Əgər yemək ağırdırsa kişi sol əli ilə qadı- 
nın nimçəsini götürür, həmin yeməkdən qoyur və nimçəni səli- 
qəli şəkildə qadına təqdim edir. Özü üçün də bunu edir. Eyni 
zamanda nimçəyə əvvəl əsas qida məs.donuz əti, sonra qarnir 
qoyulur. Sousu isə əsasən qidaların üstünə tökürlər. Qab-qacaq 
dəstləri müxtəlifdir. Şorba yeyərkən qaşığı nimçədə qoyurlar. 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
128 
Yemək vaxtı və yeməkdən sonra istifadə olunan dəstlər süfrəyə 
toxunmamalıdır. Yeməyi bitirdikdən sonra qonaq çəngəl və bı- 
çağı nimçənin sağ tərəfinə bir-birinə paralel qoyur. Yalnız bu 
halda ofisiant çirkli qabları masnın üzərindən götürə bilər. Tən- 
tənəli banketdə xidmət edən ofisiantlar istifadə olunmuş nim- 
çələri təzəsi ilə dəyişirlər .Eyni zamanda çirkli qabları sağ əllə, 
təmiz qabları isə sol əllə qoyurlar. İçkidən imtina eləsən də ye- 
məkdən imtina eləmək qəbul edilmir. XVIII əsrin saray qayda- 
larını yada sala bilərik. Ziyafət zalında bu şirin və dadlı yemək- 
lərdən az yemək və az içmək lazımdır. Ən azından hər kəs qa- 
pıdan çıxanda öz ayaqlarını tapa bilsin. Demək olar ki, bütün 
içkiləri kiçik qurtumla içirlər. Araq və şampanı o saat axıra qə- 
dər içirlər. İçkini birbaşa içmirlər. Masaya dəvət olunana qədər 
susuzluğu yatırmaq lazımdır. Bakalı, rumkanı aşağı nazik ye- 
rindən, stəkan isə böyürdən götürmək vacibdir. Gənc kişi baka- 
lını xanım və yaşlı kişiyə nisbətən aşağə tutur, bununla da ona 
hörmətini bildirir. Bakalı yuxarı göyə qaldıraraq tanışlara hə- 
diyyə təqdim etdiyinə görə təşəkkür edirlər. Birinci tost ev sa- 
hibinə edilir. Rəsmi qəbullarda tostlar yalnız desert veriləndən, 
yeyiləndən və şampan töküləndən sonra elan edilir. Rəsmi qə- 
bullarda rumkaları bir-birinə vurmurlar. Kişilər tosta ayaq üstə 
qulaq asırlar. Qadnlar isə otura bilər. Etiket tost elan edildikdə 
rumkanı qaldırmağa, içmədən yerə qoymağa və dodağa toxun- 
durmağa imkan verir. Tost elan edildikdən sonra axıra qədər iç- 
mək xüsusi hallarda ola bilər. Qədim dövrlərdən içkiyə aludə 
olmaq pozğunluq sayılırdı. Müdriklər qeyd edirdilər ki, ilk fin- 
can susuzluğa aiddir, ikinci sevincdən, üçüncü həzzdən, dör- 
düncüsü isə dəlilikdən ibarətdir. Yaxşı dadın qaydalarına əsa- 
sən, bakalın üçdə iki hissəsini dolduran köhnə qayda artıq tət- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
129 
biq edilə bilməz. Qalın ayaqları olan geniş bakalların yalnız ya- 
rısını doldururlar. Dolu şüşədən ibarət olan çaxırı birinci ev sa- 
hibinin dadması qaydası köhnəlməyib. Buna görə özünə bir 
qurtum şərab tökür və onu dadır.Sonra qonaqların bakalını və 
axırda isə özününkünü qaldırır. Şərab tökərkən axırıncı damcı 
masa örtüyünə düşməsin deyə şüşəni tez döndərirlər. Şərab 
qrafində verilirsə o zaman ağzı bağlı şüşədən fərqli olaraq şə- 
rabın dadına baxmaq qəbul edilmir. Yenidən şərabı rumka boş 
olduqda və ev sahibinin razılığı olduqda tökülür. İçilməmiş 
bakala şərab tökmək qəbul edilmir. Masa arxasında əllərinizi 
rumkaya vurub qızdırmaq, iki əllə sıxmaq düz deyil. Başqal- 
larından əvvəl masadan qalxmaq nəzakətsizlikdir. Bunu ev 
sahibi bitirir. O salfetkanı masaya qoyaraq, masadan qalxır. Onun 
arxasınca qonaqlar qalxır. Kişilər xanımların kürsülərini kənara 
çəkərək onlara kömək edirlər . Bununla yanaşı həddən artıq ye- 
mək və içmək olmaz. Masadan qalxarkən kişilər stulları əvvəl- 
ki vəziyyətində qoyurlar. Yemək qəbulundan sonra ev sahibi 
ilə bir yerdə iştirak edən fəxri qonaqlar qəhvə, çay, konyak, li- 
kör verilən qonaq otağına keçirlər. Qonağ otağında kişilər ma- 
sada bir yerdə oturduğu qonşusuna qulluq etmək məcburiyyə- 
tində deyil. Kofeni ayaqüstə də içmək olar. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin