Şimali Amerikanın işgüzar mədəniyyəti
Amerika Birləşmiş Ştatları. ABŞ vətəndaşlarının milli mə-
dəniyyəti gəncdir. Lakin qeyd etmək olar ki, onun xüsusiyyət-
ləri amerikalıların milli xarakterinin xüsusiyyətlərinə bənzəyir.
Məsələn, insan münasibətlərində fərdiliyə istiqamətlənmə, prak-
tik fəaliyyətdə güclü bir şəxsiyyət və buna görədə tək qərar
vermək istəyi. Amerika biznesmenləri yüksək fəallığı ilə fərq-
lənir. Onların ən böyük dəyəri fərdi azadlıq, şəxsiyyət toxunul-
mazlığıdır. Amerikalılar zəhməti, qənaətliliyi, düşüncə tərzini,
praqmatizmi yüksək qiymətləndirir. Amerikalıların praqmatiz-
mi işgüzar danışıqlar və danışıqlar zamanı müzakirə ediləcək
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
144
məsələyə diqqət yetirmələri və həll yoluna nəinki ümumi ya-
naşmaları, həm də sazişlərin icrası ilə bağlı təfərrüatları müəy-
yənləşdirmək və müzakirə etməyə çalışmaqda özünü göstərir.
Amerikalılar hesab edirlər ki,onlar hər bir ölkənin biznesini
yaxşı bilirlər. Onlar tez-tez işgüzar ünsiyyət texnologiyasında
öz fikirlərindən başqa, digər fikri qəbul etmirlər və hesab edir-
lər ki, tərəfdaş onların qaydalarını rəhbər tutmalıdır. Onları yal-
nız real və konkret layihələr maraqlandırır. Onlar həmişə qarşı-
dakı danışıqların sualları ilə bağlı olaraq özünə inamlı əzimkar,
məlumatlı və bacarıqlıdırlar. Onlar üçün müstəqillik xarakte-
rikdir, hansı ki, qərar verməyi asandlaşdırır. Amerikalıların da-
nışıq aparma tərzi kifayət qədər peşəkarlıqla xarakterizə olu-
nur. Onlar danışıqlarda uzun gecikmələrə dözmürlər. Amerikalı
iş adamları danışıqlarda üç qaydaya riayət edir: təhlil, məsuliy-
yəti bölüşmək, vəzifələrin icrasını yoxlamaq. Amerikalı iş adam-
ları yüksək iş fəallığı, qazanc uğrunda mübarizədə böyük ba-
carıqları, üstünlüyünü iddia etmək istəyi, müstəsna özünə inam,
əzmkarlıq, yaşamaq, risk iştahı ilə fərqlənir. Müzakirələr fərdi
və kiçik qruplarda aparılır. Müqavilələrin bağlanmasında ame-
rikalılar ciddi inadkarlıq və aqressivlik nümayiş etdirirlər. On-
ların fikrincə gələcək tərəfdaşlarına nisbətən daha güclü bir
mövqe tuturlar. Amerika iş dünyasında uğur qazanmaq üçün
müəyyən qaydalara əməl etməli, amerika biznesinin bütün in-
cəliklərini öyrənməlisiniz. Onlar işgüzar ünsiyyət praktikasına
demokratizmi və praqmatizmi əhəmiyyətli bir element kimi tət-
biq etdilər. Amerikalılar iş ortağı olaraq verdiyi sözü tutmağa,
tərəfdaşın etimadının döğrultmağa, müdafiənin hüquqi forma-
larına müraciət etməyə, sənədləri çox diqqətlə tərtib etməyə,
peşəkarlığa, yüksək səriştəyə hörmətlə yanaşmaq, öhdəliklərə
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
145
riayət etmək, ilk növbədə prinsipial məsələləri həll etmək və
detalların tamamlanmasını icraçılara və vəkillərə həvalə etmə-
yə alışmışlar.
Dostları ilə paylaş: |