A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə66/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   60   61   62   63   64   65   66   67   68
Koreya (Cənubi Koreya) 
Koreyalılar çox çətin iş ortağıdırlar. Onlarla telefon və 
məktubla əlaqə qurmaq mümkün deyil. Şəxsi görüşün keçiril- 
məsi zəruridir. Bu görüşlər koreyalı iş adamını maraqlandıran 
şirkəti təmsil edən vasitəçilərin köməyi ilə təyin edilir. Əgər 
koreyalının görüş tələbinə qeyr-müəyyən cavab verilirsə o 
ofisə gələ bilər. Belə ki, qeyri-müəyyənlik koreyalıda danışıq- 
lara hazır olmaq təsürratı yarada bilər. Şəxsi əlaqə şəxsi ünsiy- 
yət olmadan Koreyada heç bir problem həll olunmur. Orada 
Konfutsi əxlaqı güclüdür. Buna görə şəxsiyyətlərarası münasi- 
bətlərdə digərlərinin hisslərini nəzərə almaq, hüquqlarına hör- 
mət etmək lazımdır. Bir koreyalıya müraciət edərkən, cənab və 
xanım həmişə soyaddan əvvəl deyilir. Koreyalılar nəzakətli, 
ünsiyyətcil, açıqdırlar. Bunu həmsöhbətlərindən də gözləyirlər. 
Qonaqpərvərdirlər və qonaqlar üçün qeyri-adi isti və həddindən 
artıq bahalı qəbullar təşkil edirlər. Onlar xarici iş adamı ilə da- 
ha yaxından tanış olmaq istəyirlər. Koreya respublikasının milli 
bayramı 15 avqustdur. Koreya pespublikasında evə yada resto- 
rana girərkən ayaqqabıları çıxardırlar. Vizit kartına böyük əhə- 
miyyət verirlər. Onu sağ əllə təqdim edir və alırlar. Koreyalılar 
hesab edirlər ki, vizit kartı yoxdursa deməli o insan da yoxdur. 
Koreyalıların soyadı adətən əvvəlcə yazılır, sonra adı. Bəzən əksi-
nə də olur. Ona görə də həmsöhbətinin soyadını o saat dəqiqləş- 
dirmək lazımdır. Danışıqlar zamanı Koreyalı iş adamları öz 
davranışlarında həmişə məntiqi ardıcıllıq və aydın münasibətlər 
üçün çalışırlar. Sadəliyə meyillidirlər və mücərrəd əsaslandırmağı 
sevmirlər. Onların təklifləri dəqiq ifadə olunur, konkret olaraq 
onlara müraciət etməyin yolları göstərilir. Onlar öz ortaqları ilə 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
149 
fikir ayrılığı barədə açıq danışmırlar və öz haqlı olduqlarını sübut 
etmirlər. Lakin Koreya tərəfi müsbət qərar verərsə, dərhal hərə- 
kətə keçməyə hazırdır. Tərəfdaşın bəzən məsuliyyətli qəraralar 
vemək üçün səlahiyyətinin olmaması xəyal qırıqlığının yaranma- 
sına səbəb ola bilər. Çox vaxt koreyalı iş adamı satın aldığı mal 
xoşuna gəlir, amma malı ona satan iş adamının şəxsən bəyənməsi 
də vacibdir. Cənubi Koreya məhsullarının keyfiyyəti demək olar 
ki, dünyada ən yaxşısıdır və qiyməti 20-30% aşağıdır. Koreyadakı 
əcnəbilərə qarşı qeyri-rəsmi münasibət qəbul edilmir.Yox sözü 
Koreyada istifadə olunmur. Müqavilə bağlamaq üçün qırmızı 
qələm istifadə etmək adət deyil. Cənubi Koreyda yüksək vəzifəli 
şəxslər arasında qohumlarının və dostlarının olması böyük əhə- 
miyyət daşıyır. Vəzifəcə və yaşca böyük olanların yanında siqaret 
çəkmək qəbul edilmir. Etiketi bilən qonaqları yüksək qiymətlən- 
dirirlər. Əcnəbilərlə qeyri-formal ünsiyyət qəbul edilmir. Protoko- 
la uyğun olaraq işgüzar kişilər üçün ciddi kostyum əsasən tünd, ağ 
köynək, qalstuk əsas hesab edilir. İşgüzar bir qadın üçün ofis işin- 
də şalvar istisna edilir. Koreyanın milli simvolu Koreya pələngidir. 
Çin 
Çin tərəfdaşları ilə danışıqlar təyin etməzdən əvvəl 3-4 
həftə ərzində bütün aspektləri hərtərəfli öyrənmək üçün öz tək- 
liflərinizi göndərməlisiniz, çünki vacib qərarlar kollektiv olaraq 
çox sayda səslə qəbul edilir. Komersiya danışıqlarının aparıl- 
masının Çin üslubu ayrı-ayrı mərhələlərin dəqiq müəyyənləş- 
dirilməsi ilə xarakterizə olunur: mövqelərin ilkin aydınlaşdırıl- 
ması, onların müzakirəsi və son mərhələ, işgüzar danışıqlarda 
vizit kartlarından istifadə edilməsi. Bu vəziyyətdə şirkət məlu- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
150 
matları vizit kartının arxasında Çin dilində göstərilməlidir. Çin- 
də salamlaşarkən əl sıxmaq lazımdır. Bu zaman əvvəlcə vəzi- 
fəcə yuxarı şəxsin əlini sıxırlar. Danışıqların ilkin mərhələsində 
tərəfdaşların görnüşünə və davranışlarına ciddi diqqət yetirilir. 
Bunun əsasında hər bir iştirakçının statusunu müəyyən etməyə 
cəhd edilir. Daha yüksək statuslu insanlara diqqət yetirilir. On- 
lar tərəfə rəğbəti olan insanları ayırır, hansı ki, sonradan on- 
ların vasitəsilə əks tərəfə təsir etmək mümkün olsun. Çin tərəfi 
bir qayda olaraq kommersiya baxımından yaxşı hazırlıqlı mü- 
təxəssislərə və təcrübəli kadrlara malikdir. Danışıqlarla bağlı 
onlar geniş informasiyaya malikdirlər və danışıqlar prosesində 
əvvəlcə özləri üçün sərfəli olan müqavilələrə isnad edirlər. 
Biznesdəki qadınlar kişilərlə bərabər hüquqlara malikdirlər. 
Çində ev sahibinə çiçək gətirmək adət deyil. Son qərarlar Çinli 
tərəfdaş tərəfindən danışıq masasında deyil, evdə və ya ən azı 
25 yeməyin veriləcəyi restoranda qəbul edilir. Qonaq az da olsa 
hamısından dadmalıdır. Nümayişkaranə şəkildə imtina etmək 
olmaz. Qonaq masadan birinci qalxır. Hədiyyələr ayrıca şəxsə 
deyil, bütün şəxsə verilməlidir. Bir oktyabr Çin inqilabının il- 
dönümüdür. Rəhbərlik tərəfindən müqavilələrin təsdiq edilməsi 
demək olar ki, vacibdir. Çin tərəfi əldə olunan razılaşmaların 
həyata keçirilməsinə böyük əhəmiyyət verir. Çinlilər qəbul edi- 
lən qərarı uzun müddət düşünürlər. Qərar qəbul edilərkən ka- 
ğızdakı müqavilə qədər etibarlı olur. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin