www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
140
İşgüzar qəbullar kokteyl formasında səhər yeməyi, nahar
və ya şam yeməyi şəklində ola bilər. İş haqqında yalnız kofe
verildikdən sonra danışmaq olar. Fransızlar onları ən çox ma-
raqlandıran məsələni dərhal müzakirə etməyi xoşlamırlar. Neyt-
ral mövzularda uzun söhbət etdikdən sonra ona tədricən yaxın-
laşırlar. Din, siyasət, ailə vəziyyəti, xidmətdəki vəzifə, gəlir
xərcləri ilə bağlı problemlərə toxunmurlar. Onların müqavilələ-
ri konkret, yığcam, qəqiq olur. Fransız iş adamları mövqelərini
məharətlə müdafiə edirlər, ancaq bazarlıq etməyə meyilli deyil-
lər. Çox vaxt ehtiyat mövqe tuturlar. Danışıqlar zamanı dəyi-
şiklik etməyi sevmirlər.İşgüzar danışıqlar diqqətlə hazırlanır,
daxil olan təkliflərin bütün aspektlərini və nəticələrini hərtərəfli
öyrənirlər. İşgüzar danışıqlar ümumiyyətlə saat 11-də başlayır.
Bir saat yarımdan sonra danışıq aparanlara operativ səhər ye-
məyi təklif olunur. Fransızlarda iş ortağına ilk görüşdə suvenir,
hədiyyə etmək adət deyil. Yeməyə dəvətnamə qonaq üçün yük-
sək bir şərəfdir. Ona təyin olunmuş vaxtdan on beş dəqiqə son-
ra gəlməlisiniz. Bura hədiyyə olaraq çiçəklər (ağ və xrizante-
malar istisna olmaqla, onlar ölü güllər sayılır) və ya bahalı
markalardan olan şərab uyğundur. Sərt içkiləri fransızlar çox
nadir hallarda içirlər. Fransız restoranına gedərkən papaq və
paltonu soyunurlar. Yeməyin sonunda hesabı götürür, əgər çay
pulu ilə bir yerdədirsə, deyilsə o zaman hesaba 10% əlavə
olunur. Restoranlarda hesab nimçədə, salfetkanın altında veri-
lir. Pulu eyni salfetin altına qoyurlar.
Dostları ilə paylaş: