A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə61/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
Almaniya 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
141 
Almanlar, fransızlar kimi ehtiyatlı və səliqəli, daha etibar- 
lı, dəqiq, lakin yumor və səmimiyyət baxımından fransızlardan 
üstündürlər. Azad düşüncə və böyük vətəndaş cəsarəti ilə sə- 
ciyyələnirlər. Onlar ciddiliyi, lakonikliyi və təmkinliyi ilə fərq- 
lənir. Almanlar peşəkarlığı yüksək qiymətləndirirlər. İş adam- 
ları ünsiyyətcil, əylənməyi sevirlər. Tələsgənlik onlarda narazı- 
lığa səbəb olur. Bütün görüşlər əvvəlcədən almanlar tərəfindən 
planlaşdırılır. Danışıqlar səhər 10-a qədər və axşam 4-dən son- 
ra aparılmır. Bu danışıqlardan əvvəl ümumi məsələlər haqqında
söhbət edirlər. Alman iş adamları vaxt itirməyi sevmirlər. Biznes 
haqqında danışanda dərhal işə keçirlər. Danışıqlarda hamıya siz 
deyə müraciət edirlər, hətta gündəlik həyatda sən deyilən adam- 
lara da. Almaniyada qərarlar şirkətin üst rəhbərliyi tərəfindən qə- 
bul edilir. Almanlar tez-tez vəkilin köməyinə müraciət edirlər. 
Rəhbərlik stili avtoritar və iyerarxiyalıdır. Liderlik zirvəsinə uzun 
bir yol qət etməlisən. Rəhbər vəzifələrdə çoxlu yaşlı adamlar var. 
Onlarda iş ortaqlarını evə dəvət etmək qəbul edilmir. Ancaq sizi 
bir alman evinə dəvət edərlərsə, qızılgüllər istisna olmaqla bir 
buket çiçək apara bilərsiz. Çünki qızılgülü hədiyyə vermək qona- 
ğın sahibinə aşiq olmaq deməkdir. Ev sahibinə şərab hədiyyə et- 
mək üçün onun dadını bilmək lazımdır. Bu səbəbdən şərab 
verilməməlidir. Çiçəklər evə və yubileylərə ilk ziyarət zamanı təq- 
dim olunur. Almanlarla tanışılıq zamanı rütbə və titullar vacibdir. 
Titullara Almaniyada böyük əhəmiyyət verilir. Evli qadına ərinin 
titulu verilir. Danışıqlara başla-mazdan əvvəl nümayəndə heyəti- 
nin hər bir üzvünün tituluna aydınlıq gətirilir. Almaniyada danı- 
şıqlarda hər kəsin titulunu çağırmaq adətdir. Danışıqlara diqqətlə 
hazırlaşırlar. Danışıqlara yalnız qərarların həlli imkanlarına əmin 
olduqda başlayırlar. İşgüzar ünsiyyətdə hədiyyə qəbul edilmir, 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
142 
hərçənd ki, rus biznesmenləri hədiyyə ilə gəlirlər. İş ortaqlarını 
ziyarət edərkən onlara kiçik bir suvenir verə bilərsiniz. Çox vaxt 
hədiyyələr Milad və ya yubleylərdə verilir. İş münasibətləri qurar- 
kən hədiyyələr verilmir, şəxsi hədiyyələr qəbul edilmir. Almanlar 
ciddi geyinirlər. Kişilərdən mütləq tünd kostyum tələb olunur. Qa- 
dınlar üçün şalvar qəbul olunur. Ənənəvi olaraq qara rəngə üs- 
tünlük verilir. Kostyum yenədə işgüzar görüşlər üçün ən uyğun 
geyimdir. Eyni zamanda rahat geyimlə bağlı dəyişikliklərdə 
müşahidə olunur. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin