A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə64/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   60   61   62   63   64   65   66   67   68
 
Kanada 
Kanada yüksək inkişaf etmiş bir sənaye və kənd təsərrüfatı 
ölkəsidir. Burada anqlo-kanadalılar, fransız-kanadalılar, yerli 
əhali hindular və eskimoslar məskunlaşmışdılar. Rəsmi dil 
fransız və ingilis dilidir. Dini etiqadları protestantlıq və 
katolikdir. Kanada 10 əyalət və 3 ərazinin federasiyasıdır. Biz- 
nes mühiti Avropada olduğu kimidir. Kanadanın şərqində ilk 
növbədə fransız dilli, Kvebekdə xüsusilə insan ləyaqətinin dərk 
edilməsinə əsaslanan fransız mədəniyyəti özünü büruzə verir. 
Cənubda Amerika mədəniyyəti əsas rol oynayır. Qərbində isə 
işgüzar həyatdan başqa digər dəyərləri tanıyan beynəlxalq və 
açıq bir mədəniyyət qəbul edilmişdi. Görüşlər təyin olunmuş 
vaxtda başlayır.İdarəçilik iki üslubda həyata keçirilir. Tək 
adamın qərarı ilə və ya qrup şəklində həyata keçirmək. 
Qadınlar yüksək vəzifələr tutur.Son zamanlar qadınların rolu 
daha da artıb. Kanadalılar əcnəbilərin onların siyasətini və ak- 
tual məsələlələrini bilməyini yüksək qiymətləndirir, lakin xari- 
cilər ingilis və fransız dillərindəki ziddiyyətlər haqqında danı- 
şanda xoş qarşılamırlar. Bir tərəfə və ya digər tərəfə rəğbət ifa- 
də etmək yersizdir. 1 iyul Kanadada müstəqillik günüdür. Söh- 
bət üçün ən yaxşı mövzu idmandır. Əsas idman növləri xokkey 
və beysboldur. Təqdimat tədbirləri əsasən restoranlarda keçiri- 
lir. Bu iclaslar nahar vaxtı da keçirilə bilər. Təqdimat tədbirləri 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
146 
gecə evdə təşkil edilir. Nahar zamanı siqaret çəkmirlər. Ən çox 
yeməkdə şərab və pivə içirlər. Kanadada köhnə anqlo-avropa 
masa etiketi müşahidə olunur. Zifayət zamanı çiçəklər qəbul 
edilir. Onu çox vaxt ziyarətdən əvvəl və ya sonra dəvətnamə və 
qonaqpərvərliyə görə təşəkkür əlaməti olaraq göndərirlər. Ev 
sahibəsi üçün bir buket çiçək mütləqdir. Dəvətə görə təşəkkür 
etmək qəbul edilmir. Təşəkkür qonaqpərvərliyə görə edilir. Ka-
nadalılarla hər mövzuda danışmaq olar. Amma ABŞ və Kana- 
danı bir-biri ilə müqayisə etmək olmaz. Tanımadığın adamla söh- 
bət öz-özünə baş verir və adi hal hesab edilir.Dərhal sənə keçirlər. 
Yaxşı dostlar yaxşı biznes edirlər. İşgüzar həyatda sən deyə müra- 
ciət edilməsi öz tərəfdaşına hörmət əlaməti hesab edilir. Yaxşı 
geyim uğurlu bir iş adamının imicinin bir hissəsidir. Biznesdə tünd 
kostyum,boş vaxtlarda zərif paltar geymək qəbul edilir. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin