www.kitabxana.net – Milli
Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
135
kanın əsasını təkcə ənənələr deyil həm də milli xarakterik xü-
susiyyətlər təşkil edir. İşgüzar ünsiyyətin milli xüsusiyyətlə-
rini bilməmək danışıqlar prosesində tərəfdaşlar arasında xoşa-
gəlməz təssüratlar yaradır və müştərək
layihənin həyata keçiril-
məsinə maneçilik törədir: Biznes iqtisadi və etik əsaslarla hə-
yata keçirilir. Ticarətdə ümumi qəbul edilmiş kommersiya, biz-
nes maraqlarını pozmaq yolverilməzdir. Ləyaqətli olmaq sahib-
karın vizit kartıdır. Sahibkarın ən
mühüm səmərəli göstəricisi
praktiki nəticələrdir. Mənfəətin əldə olunması, peşə məmun-
luğu, cəmiyyətdə müsbət nüfuzun təsdiqlənməsi, tərəfdaşlar
arsında müəssisə və şirkətin gücünə
görə pul fondunun yaran-
ması və s. Biznes mühitində uğur qazanmaq üçün İsveçli iş
adamları bir çox xarici dilləri, xüsusilə ingilis və alman dilləri-
ni öyrənirlər. Xaricə gedərkən ən azı ziyarət edilən ölkənin
milli
adət ənənləri ilə, onun səciyyəvi xüsusiyyətləri ilə tanış
olmaq lazımdır. Məsələn İtalyanlarla təşkil olunmuş danışıq-
larda iş etikasının əsas qaydalarına riayət edilməsi olduqca va-
cibdir çünki İtalyanlar bu məsələyə olduqca həssas yanaşırlar.
Kuveytdə gecə klubları yoxdur. Məs. Amerikalılar iş otaqları-
nın açıq qapılarını normal, almanlar isə qarışıqlığın ən yüksək
dərəcəsi kimi başa düşürlər. Amerikalılar, yaponlar hər şeyin
göründüyü geniş otaqlarda
işləməyə adət etsələrdə, almanlar
isə əksinə bağlı qapılar arxasında otururlar. Ucadan danışmaq
amerkan və italyan üçün qəbul edilsədə, ingilis üçün bu pis
davranışın təzahürü hesab edilir. İsveçdə
özü təklif etməyənə
qədər tərəfdaşı adı ilə çağırmaq qəbul edilmir. İtaliyada və
Anqolada vizit kartlarından az istifadə olunur. Kolumbiyada
onu hətta qapıçıyada təqdim edirlər. İsraildə isə işgüzar adam-
ları nahara dəvət edirlər. İsraillilər iş mövzularını masada, ma-
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
136
carlar isə ofisdə müzakirə edirlər.
Macar nümayəndələri demək
olar ki, özünü zadəgan sayır və kiçik sövdələşmələr apar-
maqan utanır. Finnlər bir çox iş məsələlərini restoranda və ya
saunada həll edirlər. Norveçdə fəxri qonaq qəbulda ev sahibin-
dən sağda oturur və yeməyi birinci dadır. İşgüzar dairələrin
nümayəndələri yalnız etiket qaydalarını yaxşı
bilməli deyil,
həm də öz əməli fəaliyyətində onlara əməl etməlidir.
Dostları ilə paylaş: