www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
111
MAĞAZADA DAVRANIŞ
Mağazada satıcının və alıcının işgüzar ünsiyyəti salam-
laşmaqla başlanır. Satıcıya müraciət zamanı buyurun, çox sağolun
deməyi unutmayın. Satıcının alıcıya qarşı münasibətində diq-
qətlilik, nəzakətlilik, xeyirxahlıq etikanın tələblərindəndir. Qərbdə
tanınmış ticarət jurnalının təcrübəsi göstərir ki, onlara məhz uğur
gətirən alıcıyla ünsiyyətdir. (peşəkar, mənəvi, məsuliyyət) və s.
Çünki, onların işçiləri inanır ki, normal şərtlərdə müştəridən başqa
heç kim istehsalatda onların xərcini ödəmiyəcək və gəlirini təmin
etməyəcək. Peşəkar satıcı alıcının demoqrafik xüsusiyyətlərini
(cinsi, yaşı) nəzərə almağa,onun psixoloji xüsusiyyətlərini müəy-
yənləşdirməyə və bu xüsusiyyətlərlə ünsiyyət qurmağa çalışır.
Satıcının xidməti və mənəvi vəzifəsi alıcıya keyfiyyətli və mədəni
cavab verilməsidir. Bir çox satıcıların satılan mallar haqqında
təsəvvürləri qeyri-müəyyəndir. Menecerlər tərəfindən satıcıların
fəaliyyətinə tələb çox aşağıdır, onların peşə təlimləri pis təşkil
olunur. Satıcıların peşə etikası bütün alıcılara hörmət tələb edir.
Satıcı mallarını mütləq reklam etməli, onların faydaları haqqında
düzgün məlumat verməlidir. Keyfiyyətli təbliğat və uğurlu alış-
veriş təsadüfi alıcını daimi müştəriyə çevirir. Satıcının yüksək
peşəkarlığı onun etik tərbiyəsi ilə güclənir. Bu onun danışığında,
mimikasında, jestlərində özünü göstərir. Satıcı tərbiyəsi olmayan,
aqressiv adamla da təmkinli olmağı bacarmalıdır. Öz növbəsində
alıcıda satıcılarla nəzakətli və mədəni olmalıdır. Alıcının elədiyi
bazarlığa görə satıcı təşəkkür edir. Bu zaman o mütləq deməlidir.
”Şanslısınız, bu çox nadir məhsuldur”və s. Satıcının laqeyidliliyi
alıcıda onun səmimiliyinə və seçdiyi mala şübhə yarada bilər.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
112
Dostları ilə paylaş: |