A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə46/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   42   43   44   45   46   47   48   49   ...   68
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
103 
 
İCTİMAİ YERLƏRDƏ DAVRANIŞ QAYDALARI
Davranış qaydalarını bilmədən və ona riayət etmədən cə- 
miyyətdə, ailədə, iş yerində, ictimai yerlərdə müasir iş adamı- 
nın öz nüfuzunu qoruyub saxlaması çox çətindir. Buna baxma- 
yaraq ictimai yerlərdə (küçədə, nəqliyyatda, təyyarədə, teatrda) 
iş adamına ünsiyyət qurmaq lazım gəlir. Bu zaman tanımadığı 
adamla qısa müddətdə qarşılıqlı əlaqədə olsa belə bu müasir 
etika qaydaları ilə tənzimlənməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
104 
 
KÜÇƏDƏ ÖZÜNÜ APARMAQ QAYDASI
Küçədə olarkən iş adamı yol hərəkəti qaydalarına, eyni za- 
manda davranış qaydaları əsasında yazılmış və yazılmamış 
qaydalara riayət etməlidir. İşgüzar insan dik gedir, əyilmir, əl- 
lərini çalışır ki, cibində tutmasın. Heçnə yemir və siqaret çək- 
mir. Bir qadını ötürərkən kişi nəinki siqaret çəkməməli,hətta 
bununla bağlı qadından icazə almaq nəzakətsizlik hesab olunur. 
İctimai nəqliyyatda nə kişi nə də qadın siqaret çəkməməlidir. 
Səkidə gedərkən insan axınına qarşı gedilməz. Dar və adamla 
dolu səkidə iki adamdan artıq getmək olmaz. Qadın kişinin sağ 
tərəfində getməlidir. Səkidə gedənlərin sayı maksimum üç 
nəfər olmalıdır. Bu vəziyyətdə kişinin yanında yaşlı qadın, 
onunla yanaşı ən kiçiyi olmalıdır. Əl-ələ gəzmək köhnə hesab 
edilir. Bu insanlar olan küçələrdə hərəkəti çətinləşdirir. Küçədə 
öz tanışınla rastlaşarkən birinci qadınlar kişilərə, kiçiklər bö- 
yüyə, müdirlər öz tabeçiliyində olanlara müraciət edirlər. Kişi 
küçədə qadınla yanaşı gedərkən öz tanışı ilə görüşərkən hansı 
ki, onunla danışmalıdır yoldaşından icazə istəyərək dayanır, 
onu dostuna təqdim edir, onun yanında öz tanışı ilə danışır. 
Dostunuz əgər tələsirsə onu saxlamaq düz deyil. Tanışınla rast- 
laşarkən kənara çəkilmək lazımdır ki, gedib gələnlərə mane ol- 
mayasan. Belə həm də memarlıq abidələri ilə tanış olmaq istə- 
yəndə də edillər. Kişi həmişə qadına yol verməlidir. Buna üs- 
tünlük verilir. Əvvəl kişi qadınla pilləkəni çıxarkən mütləq 
ondan qabaqda gedərdi. İndiki vaxtda bir sıra başqa qaydalar 
müəyyənləşdirilib. Kişi o zaman qabaqda gedə bilər ki, pillə- 
kən qaranlıq və ya dikdir. Əgər vəziyyət əksinədirsə qadın qa- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
105 
 
baqda gedir. Pilləkənlə düşərkən kişi qabaqda, qadın isə arxada 
gedirki lazım olanda ondan tutub dayana bilsin. Küçədə tanışı- 
nı çağırmaq, qışqırığa və arxaya dönüb baxmaq qəbul edilmir. 
Yağış vaxtı kişi və qadın eyni çətirin altında gedirlər. Çətiri ki- 
şi tutur. Yağmur yoxdursa çətiri bağlayıb dik saxlayırlar. Yol- 
dan keçənlərə mane olmamaq üçün çantanı, portfeli, paketi sağ 
əldə gəzdirirlər. Yaxşı tərbiyə olunmuş insan küçə davranışı 
qaydaları ilə bağlı yazılmış və yazılmamış qaydalara riayət 
etməklə yanaşı eyni zamanda ehtiyacı olanlara da kömək edir. 
Küçəni keçməyə, dik və sürüşkən pilləkənlə yoldaşına, həmçi- 
nin əlliliyi olan yaşlı adama kömək edir. Qapıdan çıxarkən ön- 
cə kişi qadını qabağa buraxır, sonra isə özü çıxır. İnsanların 
ictimai yerlərdə bir-birinə həssas nəzakətli münasibəti öz ləya- 
qətinin aşağı düşməməsi, eyni zamanda başqalarınında ləyaqə- 
tini təhqir etməmək üçün vacibdir. Başqalarına qarşı nəzakətli, 
xeyirxah münasibət göstərirsənsə, o zaman onların da hörmə- 
tinə etibar edirsən. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin