A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə45/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   41   42   43   44   45   46   47   48   ...   68
 
Şəkil 12
İŞGÜZAR YAZI ETİKETİ
Məktub yazma qabiliyyəti bir iş adamının xarakterik xüsu- 
siyyətidir. Yazılanların hamısı etiketin ümumi prinsiplərinə uy- 
ğun olmalıdır: başqalarına maraq göstərmək, dildən düzgün 
istifadə edilməsi, sənədlərin vaxtında tərtib edilməsi və. s. Hər 
bir işgüzar məktub ciddi və fərdi olmalıdır. Məktub yazmaq - 
bu incəsənətdir. Onu öyrənmək lazımdır. İşgüzar mətnin key- 
fiyyətlərini aşağıdakılar təşkil edir: 
Düşüncə, savadlılıq, nəzakətlilik, yığcamlılıq, fikir məktu- 
bun, sənədin məzmunudur. Onu aydın şəkildə tərtib edirlər ki, 
başa düşülən olsun. Fikirlər mütləq sadə olmalıdır k, işin ma- 
hiyyətini əks etdirsin. Savadlılıq səhvsiz yazmağı bacarmaqdı. 
Məktubun danışıq stilindən istifadə etmək lazımdır. Çox mü- 
rəkkəb başa düşülməyən söz və ifadələrdən qaçmaq lazımdır. 
Ehtiyac olarsa lüğətdən, qrammatikadan və redaktorların kö- 
məyindən istifadə etmək olar. Nəzakətlilik, ton, məktubun stili, 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
102 
 
tərzi alıcının statusuna uyğun olmalıdır. Ton, seçilmiş sözlər 
rəsmi və qeyri-rəsmi stillərlə müəyyən edilir. Lakoniklik qısa və 
yığcam, qəti və qısa şəkildə düşüncələrin və fikirlərin ifadəsidir. 
Yığcam sözlər, fikirlər, abzaslar yazmaq məsləhətdir. Mək- 
tubun həcmi 1,5 çap səhifəsindən artıq olmamalıdır. Lakonik 
(yığcam) məktublar müəllifləri ünsiyyət sənətini bilən yaxşı 
həmsöhbət kimi xarakterizə edilir. Məktubda buraxılımış ifadə 
və abzaslar məktubu alan adamda onu göndərən adamın ağlına 
şübhə oya-dır. İmza əvəzinə hərf və ya nöqtə qoymaq etik 
deyil. Hər hansı bir məktubda göndərənin adını və tarixini 
qoymalısınız. Sözlərdəki ən kiçik yanlışlıq, ifadələrdə diqqət- 
sizlik şirkətin işinə mənfi təsir göstərə bilər. Müştərinin şirkət 
haqqında narazılığı daha tez yayılır, nəinki onun haqqında 
yaxşı söz. Ağıllı biznes yazışmaları şirkətin dövriyyəsini artırır, 
müxtəlif xidmətlərin qarşılıqlı əlaqəsini təkmilləşdirir, ixtisası- 
nı artırmağa və tərəfdaşla və müştərilərlə güclü əlaqələrin qu- 
rulmasına kömək edir. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin