Ümumi qəbul edilmiş beynəlxalq stan-dartlara uyğun olaraq vizit
kartları işgüzar ünsiyyətə şərait yaradır.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
65
İŞGÜZAR HƏDİYYƏLƏR VƏ SUVENİRLƏR
Hədiyyə etmək incəsənətdir. İnsanın daxili mədəniyyəti-
nin təzahürüdür. Hədiyyə bir insana yaxşı münasibətin ifadəsi
hesab olunur. Bir şəhəri, şirkəti, evi ziyarət edərkən qonaqlara
müxtəlif əşyalar, bədii sənət əsərləri, suvenirlər təqdim olunur.
Adətən onlarda şirkətin emblemi, işarəsi olur. Birinci görüşdə
hədiyyələri qonaq deyil, ev sahibi verir. Ona görə də xaricdən
gələn qonağı fəxri müştəri hesab edərək uzun müddətli işgüzar
münasibətlər qurulması nəzərdə tutulur. Sonrakı görüşlərdə hə-
diyyələrin mübadiləsi zərurətə çevrilir. Hədiyyələr ciddi olaraq
mövqeyə görə verilməlidir. Asiya ölkələri subordinasiyanın
pozulmasına qarşı çox həssasdır. Eyni hədiyyənin təkrar veril-
məsi etiket qaydalarının ciddi şəkildə pozulmasıdır. Ən məş-
hur hədiyyə çiçəklərdir. Ancaq Hindistanda güllər hədiyyə ola-
raq qəbul edilmir. Göndəriləcək buket və ya çiçək səbətinə vi-
zit kartı əlavə olunur. Yubiley istisna olmaqla kişilərə gül veril-
mir. Evli bir kişi bir qıza çiçək vermir, qadın isə kişiyə. Alma-
niyada ağ və sarı güllər bağışlamırlar. Yaponiyada xrizantema
gülü imerator tarixinin simvolu hesab edilir. Onu yalnız impe-
rator ailəsinin üzvüləri verə bilər. Fransada xrizantema matəm
gülü hesab edilir. Norveçdə bərabər sayda çiçək vermək adət-
dir. Yaponlar üçün 4 rəqəmi ölümcül, təhlükəli sayılır, ona gö-
rə onlara 4 dənədən ibarət olan heçnə verilmir. Heç yerdə və
heç kimə ikonalar, mirvari, burun dəsmalı, saat, güzgü, bıçaq ve-
rilməsi məsləhət görülmür. Samavarların, kuklaların verilməsi də
məqbul hesab edilmir. Ona görə ki, o bütün xarici qonaqlarda var.
Demək olar ki, hər bir xarici qonaqda o var. Fransada qadınlara
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
66
ətir bağışlanması qəbul edilmir. Hindistanda inək müqəddəs hey-
van sayıldığı üçün ordan gələn qonaqlara iribuynuzlu heyvanın
dərisindən hazırlanmış hədiyyə verilmir. Kişiyə qalstuk bağışla-
maq qəbul olunmur. Onu kişi özü özünə seçir. Hədiyyələri qəbul
edərkən həssas olmaq lazımdır. Hədiyyələri aldıqdan sonra gözəl
qablaşdırma üçün təşəkkür etmək lazımdır. Sonra hədiyyəni al-
dıqdan sonra bir daha təkrar təşəkkür etməlisiniz.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
67
Dostları ilə paylaş: |