132
Xalqımızın qəhrəmanlıq ənənələri Qarabağ müharibəsi gedən
bütün bölgələrdə, o cümlədən, Murovdağın qarlı zirvələrində
sınaqdan çıxıb. M ü ə l l i f
düşmənin hücum edəcəyi təqdirdə, onun əsas zərbələrini öz üzərimizə
yönəltmək və düşməni çayın sağ sahilinə çəkərək onları məhv etməyi
düşünürdük. Tərtərçayın sol sahilində-yolun kənarında isə 4 ədəd PDM-2
və 4 ədəd zenit pulemyotları yerləşdirilmişdi. 1993-cü il mart ayının 21-
dən 22-nə keçən gecə düşmən bizim mövqelərə hücuma keçdi. Bu döyüş
gözlənilməz olduğundan, əvvəlcə kor-koranə atəş açır, düşmənin
məqsədini müəyyən etməyə çalışırdıq. Lakin döyüşçü yoldaşların-
Məmmədov Nəriman, Salmanov İsa, Şahverdiyev Uğurlu, Elman İsmayıl
oğlu, polis Ədalət İsmayıl oğlu, Başlıbel kəndindən olan Vaqif və
digərlərinin qoçaqlığı nəticəsində 3 düşmən əsgəri öldürüldü və ermənilər
səhərəyaxın geri çəkildilər.
27 mart 1993-cü il tarixdə səhər saat 5-də düşmən daha böyük
qüvvə ilə 3 tərəfdən Çərəkdar kəndinə hücum etdi. Amansız bir döyüş
başladı. Əvvəlcə kənd güclü top atəşinə məruz qaldı, sonra isə erməni və
rus hərbi qüvvələri, həm Qozdu körpü, həm Ağqaya, həm də Ağdaban
kəndi istiqamətindən hücuma keçdilər. Tərtərçayın bu tayından erməni və
rus əsgərlərini asanlıqla ayırd etmək mümkün idi. Biz kəndin şərqindəki
əvvəlki mövqelərimizdə idik. Düşmənin əvvəlcə 10 ədəd tank və
zirehlisini, sonra isə köməyə gələn daha 11 ədəd zirehli texnikasını
saydım. Onların məqsədi kəndi mühasirəyə almaq və mövqelərimizi ələ
keçirmək idi. Düşmənin 4 ədəd vertalyotu mövqelərimizi bombaladı.
Lakin zenitçilər vertalyotların geri qayıtmasına imkan vermədilər;
düşmən vertalyotlarından 2-si vuruldu və digər ikisi isə qaça bildi. Yol ilə
irəliləyən düşmən tanklarından birincisi minaya düşdü və elə bu anda
ikinci tank qumbaraatanlarımız tərəfindən vuruldu. Tərtərçayın solundakı
yüksəkliklərdə mövqe tutmuş 1-ci taborun əsgərləri əsl qəhrəmanlıq
göstərir, düşmənin canlı qüvvələrini yaxına buraxaraq məhv edirdilər.
Onlar demək olar ki, mühasirə vəziyyətində döyüşür, ölən və yaralıları
Kəlbəcər istiqamətində geriyə daşıyır, irəliləyən düşmən əsgərlərini bir-
bir yerə sərirdilər. Beş saat idi ki, döyüş başlamışdı, lakin nə 1-ci tabor,
nə də bizim döyüşçülər bir addım da geriyə çəkilməmişdik. Lakin
qüvvələr qeyri-bərabər idi.
Bu vaxt Tərtərçayın sağ sahilinə keçən düşmən tankları və
zirehliləri bizim mövqeləri atəşə tutaraq irəliləməyə başladı. Biz möhkəm
durmuşduq. Bir gün ərzində bir neçə dəfə onların geri çəkilməsinə nail
olduq. Axşamüstü ermənilər Ağdaban kəndini işğal edərək qüvvələrini
bizim istiqamətə-Çərəkdar istiqamətinə cəmləyə bildi. 1-ci taborun