A k ġ f k a m a L


Özünümüdafiə Batalyonu yaradılır



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə2/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   197
Müəllifdən  
Qarabağ  müharibəsi  rusların  18-ci  əsrdən  başlayan  300  illik 
işğalçılıq müharibələrinin davamıdır. Tarixə nəzər yetirsək görərik ki, bu 
müharibə, hələ 18-ci əsrdən-I Pyotrun dövründə başlayan rusların Qafqaz 
siyasətinin, yəni, Qafqazın işğal edilməsi planlarının biridir.  Bu planların 
içərisində  ermənilərdən  və  digər  millətlərdən  istifadə  etməklə  işğalçılıq 
məqsədlərinin  hayata  keçirilməsi  aydın  olaraq  göstərilmişdir.  Biz  tarixi 
əsərlərdən  və  I  Pyotrun  vəsiyyətlərindən  də  bu  bu  fikirləri  aydın  görə 
bilərik.  Bu  planlar  rusların,  heç  də  erməniləri  çox  istəməsindən  irəli 
gəlmirdi.  
Əlbəttə,  ərəb  ölkələrində,  İranda,  Türkiyədə  və  başqa  yerlərdə 
dağınıq  halda,  digər  millətlərin  kölgəsində  yaşamağa  adət  etmiş 
erməniləri  1828-ci  ildə  ruslarla  farslar  arasında  bağlanmış  Türkmənçay 
müqaviləsi əsasında gətirib Qafqazda yerləşdirməsi rusların onlara yazığı 
gəlməsi  demək  deyildi.  Çinki  həmin  dövrdə  rusların  özlərinin  Qafqazda 
yerləşmələri  və  ya  möhkəmlənmələri  şübhə  altında  idi.  Çünki  imperiya 
torpaqlarının hamısını əllərində saxlamaları ruslara xəyal kimi gəlirdi.  
Dayaqsız  və  gələcəyə  ümidsizlik  ermənilərin  Qafqaza 
köçürülmələri üçün ruslara lazım idi. Çünki ermənilər həm xristian idilər, 
həm  də  Qafqaz  xalqlarına  düşmən  münasibət  bəsləyirdilər.  Ruslara  isə 
sərfəli idi ki,  imperiyanın sərhədlərində xaçlıların sayını artırsınlar. Digər 
tərəfdən,  ermənilərin  saylarının  az  olması,  gələcəkdə  ruslara  qarşı  ziyan 
törətməzdilər. Buna görə də əvvəllər az olduqları üçün ermənilər türklərə 
qarşı düşmənçiliklərini büruzə verməyə qorxurdular.  
Köçürüləndən  sonra  azərbaycan  xanlıqlarının  torpaqlarında 
məskunlaşdırılan  ermənilər,  yararsız  torpaqlarda  yerləşdirilirdilər.  Çünki 
torpaq  sahibləri  onlara  xoşluqla  torpaq  vermək  istəmirdilər.  Hal-
hazıradək  ermənilərin  məskunlaşdıqları  və  ya  saldıqları  kəndlərin 
əksəriyyətinin  qayalıqlarda,  dar  dərələrdə,    əkinə  yararsız  torpaqlarda 
olması  bu  fikirlərimizin  sübutudur.  Ermənilər  məskunlaşdıqları  yerlərdə 
yerli türklərə düşmən münasibət bəsləsə də azlıqda olmaları,  onların əl-
qollarının açılmasına imkan vermirdi. Ruslar onlara nə qədər dayaq dursa 


 

da ermənilər 1905-ci ilədək türklərə qarşı ciddi heç bir iş görə bilmədilər. 
Ermənilər  yerli  türklərin  qapılarında  nökərçilik,  pinəçilik,  nalbəndlik, 
dəlləklik etmiş, bizimkilərin süfrəsinin qalıqları ilə dolanmışlar. Onlar öz 
çirkin  məqsədlərinə  çatmaq  üçün  çox  uzun  bir  zaman  gözləmişlər.  Bu 
zaman ərzində ermənilər ruslara yaltaqlanır, onlardan vəzifə alır, yerli 
Ġnsanı düĢmənlə döyüĢməyə vadar edən – vətən, torpaq sevgisidir.                                                                                                                                                       
_________________________________________M ü ə l l i f 
əhalinin  sıxışdırılmasına,  həbs  olunmasına,  sürgün  olunmasına, 
repressiyalara məruz qalmasına  nail olurdular. Bu çirkin yolda ermənilər, 
hətta, öz arvadlarından və qızlarından da istifadə etmişlər. 
Beləliklə,  ruslar  1828-ci  ildən  Azərbaycanın  Qarabağ,  İrəvan, 
Naxçıvan  adlanan  torpaqlarında  erməniləri  yerləşdirdilər.  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  ruslar  Azərbaycanda  təkcə  erməniləri  deyil,  hələ 
onlardan  bir  az  əvvəl  almanları,  malakan  ruslarını  və  digər  millətləri  də 
Şimali Azərbaycan torpaqlarına köçürmüşlər. Bununla da bu torpaqlarda 
yerli  əhaliyə  qarşı  dəfələrlə  ermənilərin  törətdiyi  soyqırımlara  ruslar 
şərait  yaratdılar,  kömək  etdilər  və  ya  göz  yumdular.  Tarixlər  boyu  öz 
dövlətləri  olmayan  ermənilər  məhz  rusların  atalıq  qayğıları  ilə  bu 
xülyalara  düşdülər.  Ruslar  isə  həm  ermənilərdən  istifadə  etmiş,  həm  də 
yüz illərlə ermənilərin özlərinin dövlət yaratmalarına razı olmamışlar.  
Sovetlər  imperiyası  çar  imperiyasının  davamı  idi.  1920-ci  ildə 
ermənilər-müstəqil  olmasa  da-tarixdə  ilk  dəfə  özlərinə  dövlət  yaratdılar. 
Bu  rusların  tarix  qarşısında  bağışlanmaz  səhvlərindən  biri  idi.  Çünki 
ermənilər  etibarsız,  ikiüzlü  və  ayağı  sürüşkən  olduqları  üçün  gələcəkdə 
rusların özlərindən də üz çevirə bilərlər. Beləliklə, sovetlər dövründə də 
ermənilər  dinc  durmadılar.  Belə  ki,  sərhəd  bölgələrindəki  Azərbaycar 
Respublikasının  bəzi  ərazilərinin  hissə-hissə  qoparılıb  Ermənistana 
birləşdirilməsinə nail ola bildilər. 1918-ci ildə ərazisi 10 min kv. km kimi 
nəzərdə  tutulan  Ermənistan  respublikası,    sovetlər  dövründə  onlara 
veriləcək ərazini Azərbaycan torpaqları hesabına üç dəfə genişləndirərək 
28 min kv. km-ə çatdırdı. İndi isə onun ərazisi 44 min kv. km-dir. 1991-ci 
ildə Sovetlər imperiyası dağılan kimi, ermənilər yeni-yeni torpaqlar zəbt 
etməyi  qarşılarına  məqsəd  qoydular,  daha  doğrusu,  çirkin  məqsədlərinin 
həyata keçirilməsi üçün məqamın yetişdiyini yəqin etdilər.  
Qarabağ  müharibəsinin  başlanmasına  biləvasitə  ruslar  rəhbərlik 
edirdilər.  İmperiya  dağıldıqdan  sonra  ruslar  Bakı  neftini  və  digər 
sərvətləri birbaşa daşıyıb apara bilməyəcəklərini başa düşdülər və həmin 
sərvətləri  dolayı  yollarla  daşımaq  qərarına  gəldilər.  Bunun  üçün  ən 
əlverişli yol müharibə idi. Belə ki, müharibə yolu ilə həm ermənilər, həm 


 

də biz zəifləyə bilərdik. Bundan başqa ruslar silah-sursat, döyüş texnikası 
satmaqla hər iki tərəfdən qazanc götürə bilərdi.  
Ruslar erməniləri ona görə əllərində saxlamağa çalışdılar ki, əgər 
onlar  ermənilərə  arxa  durmasalar  bölgəyə  Amerika,  İngiltərə  və  s.  gələ 
bilər  və  ermənilərin  yeni  arxası  ola  bilərdi.  Bunun  isə  yolverilməz 
olduğunu bilən ruslar bizə qarşı növbəti nankorluq etdilər...  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin