8
məruz qalacaqdır. Biz indidən ayağa qalxıb erməniləri torpaqlarımızdan
qovmasaq, erməni və rus işğalçılarına öz gücümüzü göstərməsək,
torpaqlarımız yenidən bölünəcək və ya “güzəştə” gediləcək,
Azərbaycanın xəritəsi beləliklə bir əsrdən, bəlkə də bir neçə ildən sonra
“Azərbaycan” adlı ölkə dünya xəritəsindən silinəcəkdir!..
BaĢında Ģir duran qoyun ordusu, baĢında qoyun
duran Ģir ordusuna qalib gələr. X a b r i
Lakin, mən xalqımın qəhrəmanlıq ənənələrinə və qeyrətinə
inanıram. Biz heç vaxt vətənimizi erməni əlində qoymayacağıq, mütləq
itirilmiş torpaqlarımızı düşmən tapdağından azad edəcək, Göyçədən,
Dərələyəzdən,
Vedidən,
Ağbabadan, Zəngəzurdan, Kəlbəcərdən,
Laçından, Qubadlıdan, Zəngilandan, Cəbrayıldan, Fizulidən, Ağdamdan,
Şuşadan, Dağlıq Qarabağ mahalından qovulmuş soydaşlarımızı öz doğma
yurdlarına qaytaracağıq!
Qoy ermənilər bilsinlər ki, tarixin gerçəkliyi olaraq, ya bizə qarşı
torpaq iddialarından əl çəkərək, verdiyimiz torpaqlarda yaşayaraq,
bizimlə qonşuluq etməlidirlər, ya da Qafqazda-qədim türk torpaqlarında-
onlara yer qalmayacaq!
Qarabağ müharibəsində Kəlbəcər Batalyonunun və eləcə də,
Əfsanəvi Alayın erməni işğalçılarına qarşı apardığı çoxsaylı döyüş
əməliyyatlarının hamısı, əlbəttə ki, bir kitaba sığmaz. Bunlar üçün cild-
cild kitablar yazılmalıdır.
Bu kitabda bəzi döyüşlər və döyüşçülər barədə məlumatın az
olması və ya olmaması üçün döyüş yoldaşlarımdan üzr istəyirəm.