10
kilometr məsafəni qət etmək lazım gəlir. Saysız-hesabsız əlçatmaz dağlar,
dərin dərələr, keçilməz meşələr, sərin yaylaqlar, sərt qayalar, aşırımlar-
hamısı təbiət səngərləridir.
Hərbi baxımdan çox əlverişli mövqeyi olan Kəlbəcər bölgəsini
işğal etdikdən sonra, ermənilər qüvvələrini bir yerə toplayaraq, asanlıqla
Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan bölgələrini zəbt edə
bilərdilər. Kəlbəcərin düşmən tərəfindən zəbt edilə biləcəyini heç
ağlımıza gətirmirdik; düşünürdük ki, hər dağda, hər təpədə bircə erməni
quldurunu öldürə bilsək, bütün erməni ordusunu Kəlbəcər bölgəsində
məhv edə bilərik. Hələ 20-ci əsrin əvvəllərində ermənilər dəfələrlə
Kəlbəcərə hücum etsələr də hər daşı, qayası bir səngər olan bu torpaqlara
girə bilməmişlər. O, zaman Kəlbəcər igidlərinə başçılıq edən Məşədi
Cəmil laçınlı Sultan bəylə və Xosrov bəylə əlaqə saxlayaraq əhalini
silahlandırıb düşməni bu torpaqlara buraxmamış, qorumuşdu bu
torpaqları. 1905-1918-ci illərdə erməniləri Kəlbəcərə buraxmayan
babalarımız-Məşədi Cəmil, Məşədi Kamal, Məşədi İsmayıl qardaşlarının
nəvə-nəticələrindən çoxlu əsgər və zabit silah götürərərək vətəni
müdafiəyə qalxdılar. Həmin döyüşçülərdən: Akif, Habil (şəhid olub),
Sənani və İlqar Kamalovları, Vidadi Cəmilovu, Ramiz Əhmədovu, Vahib
və Vidadi Allahverdiyevləri, Nəriman və Həsən Məmmədov
qardaşlarını, Qalib Mustafayevi, Vahid İbrahimovu (şəhid olub), Elman
DüĢmən çox olsa, qorxma, düĢmənin birliyindən qorx.
Salmanovu, Sərdar və Əli Cəfərovları, Kamil Mehdiyevi və onlarla
başqalarını göstərə bilərik. Lakin, “Sən saydığını say, gör fələk nə sayır”.
Bəs necə oldu ki, biz – Məşədi Cəmilin, Məşədi Kamalın, Məşədi
İsmayılın, Qaçaq Mehdinin, Qaçaq Əmiraslanın nəvələri - qoruya
bilmədik gözəl Kəlbəcərimizi, bilmədik onun qədir-qiymətini...
O,
mənim Kərbəlam, o,
mənim Kəbəm,
İmanım Kəlbəcər, dinim Kəlbəcər!
Qəlbim onu,
dilim onu haraylar,
Səsim Kəlbəcərdi, ünüm Kəlbəcər!
Ayrılıq
atəşi sinəmi deşir,
Buz bulaq, gur bulaq yadıma düşür.
Bir günə dözməzdim,
illər ötüşür,
Ayım Kəlbəcərdi, günüm Kəlbəcər!
1988-ci ilin fevralından başlayan ermənilərin torpaq iddiaları və
terrorçuluq hərəkətləri artıq Qarabağın hüdudlarından kənara çıxmışdı.
Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirilməsini
tələb edən ermənilər Kəlbəcərə gedən yeganə avtomobil yolunu
11
bağlamağa çalışırdı. Bu vaxtlar Kəlbəcəri milis dəstələri qoruyurdu.
Həmçinin Kəlbəcərə rus ordusu da gətirilmişdi. Onlara isə etibar yox idi.
Çünki həm Ermənistanda, həm də Azərbaycanda sərhəddə yerləşdirilmiş
rus ordusunun bölmələri vahid komandanlıqdan idarə edilir, onların
iştirakı ilə ermənilərə hər cür yardımlar göstərilir, türk əhaliyə hədə-
qorxu gəlirdilər. 1988-ci ilin payızinda ermənilər rus
zabit və əsgərlərinin
təzyiqi ilə Qərbi Azərbaycandan-Göyçədən, Zəngəzurdan, Dərələyəzdən,
Vedidən, Ağbabadan soydaşlarımız qovdular. Həmin torpaqlarda bir
nəfər də olsun türk qalmadı. Əli yalın, silahsız əhali neyləyə bilərdi? Bu
köçürmələrdə rus hərbçiləri biləvasitə ermənilərə kömək etdilər.
1988-ci ilin payızında Göyçə mahalının ermənilər tərəfindən
işğalı Kəlbəcərin də vəziyyətini ağırlaşdırdı. Kəlbəcərin Azərbaycanın
digər bölgələri ilə əlaqəsi yalnız Kəlbəcər-Ağdərə-Tərtər yolu idi ki, artıq
1989-cu ildən Ağdərədən keçən bu yolu da erməni və rus hərbçiləri
bağladılar. 1988-1989-cu illərdə ziyalılardan Təhməz Cəfərovun təklifi
və rəhbərliyi ilə Murov dağının Ömər aşırımından yeni yol açıldı.
Kəlbəcəri Gəncə ilə birləşdirən 100 km-lik bu yolu haqlı olaraq
kəlbəcərlilər “Həyat yolu” adlandırırdılar. Murov dağının insan ayağı
dəyməyən yamaclarına traktorla çıxaraq, quşqonmaz qayaları, daşları
söküb insan ağlına gəlməyən yamaclara traktor çıxaran traktorçular əsl
qəhrəmanlıq göstərdilər. Xüsusən də traktorçu
Nəsirəddin və onun
Dostları ilə paylaş: