A k ġ f k a m a L


Qara Qayanın itirilməsi və



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə10/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   6   7   8   9   10   11   12   13   ...   197
21 noyabr 1991-ci il 
9 oktyabr 1991-ci il tarixdə Azərbaycan Müdafiə Nazirliyinin yaradılması 
barədə qərar verilib.  Bir neçə gün əvvəl general Dadaş Rzayev Kəlbəcərə 
gəldi  və  batalyonun  artıq  fəaliyyət  göstərdiyini  gördü.  Hərbi  komissarın 
təqdimatı  ilə  baş  leytenant  Asif  Yusif  oğlu  Süleymanovu-komandir,  baş 
leytenant  Tahir  Yusif  oğlu  Mehdiyevi-qərərgah  rəisi,  leytenant  Akif 
Haqverdi  oğlu  Kamalovu-(məni)  təchizat  üzrə  komandirin  müavini 
vəzifələrinə  təyin  etdi.  General  digər  zabitlərin  xidmətə  çağırılması, 
onların  vəzifələrə  təyin  edilməsi,  əsgərlərin  hazırlığı,  silah  və  sursatın 
əldə  olunması,  Kəlbəcər  ərazisinin  qorunması  işlərini  bizə  həvalə  edib 
getdi... 
Bir  aydan  artıq  dövr  ərzində  fəaliyyət  göstərən  batalyonla 
Kəlbəcərin müdafiəsini təşkil etməyə çalışırıq. Şəxsi heyətin sayı-zabitlər  
və  könüllü  döyüşçülərlə  birlikdə-250  nəfərdir.  Bunların  içərisində  rus 
ordusundan yarımçıq qayıdan əsgərlər də var. Bununla belə 300 nəfər 18 
yaşlı çağırışçı əsgər qəbul etməyə hazırlaşırıq. Bunu qeyd edim ki, 1991-
ci ildə Azərbaycanın heç bir bölgəsində əsgəri çağırış olmayıb. Lakin biz 
Ən uzun ömür sürən o kəslərdir ki, onlar, hətta ölümündən sonra 
da  insanların yaddaĢında uzun müddət yaĢaya bilir. M ü ə l l i f
 
könüllü döyüşçülərlə bərabər çağırış yaşında olan əsgərləri də şəxsi heyət 
sıralarına qəbul edəcəyik. 
Komandir,  qərərgah  rəisi  və  mən  birlikdə  məsləhətləşərək  26 
nəfər zabiti vəzifələrdə yerləşdirmişik. Mənim iş yoldaşlarımdan heç kim 
batalyonda xidmət etmək üçün qalmadı...  
Biz  hər  gün  könüllü  döyüşçülərlə  təlimlər  keçir,  silahlardan 
istifadə  qaydalarını  öyrənir  və  öyrədirik.  Batalyon  komandiri  baş 
leytenant  Asif  Süleymanov  zabit  və  əsgərlərin  siyahısını-ştat  cədvəlini- 
təsdiq  edilməsi  üçün  Bakıya  Müdafiə  Nazirliyinə  aparıb,  lakin  əmr  hələ 
gəlməyib.  Batalyona  117  ədəd  kiçik  çaplı  TOZ-8  tüfəngi  gətirmişik, 
məktəblərdə olan təlim avtomatlarını toplayıb usta Dumana düzəltdiririk. 
Bundan başqa ruslardan 24 ədəd avtomat almışıq. 
Əsgər yeməkxanası qaydaya salınıb. Ərzaq və mətbəx sobalarının 
gətirilməsi  üçün  baş  leytenant  Üzeyir  Şahbazovu  Bakıya  göndərmişəm. 
50  nəfərin  eyni  vaxtda  yuyunması  üçün  yer  düzəltdirmişəm.  Zabitlər 
üçün  Gəncə  şəhərindən  15  dəst  hərbi  paltar  alıb  gətirmişəm,  10  dəst 
paltarı isə komandir Bakıdan gətirib. Batalyona 30 ədəd güclü yük maşını 


 
16 
götürmüşük.  Onların  sürücülərini  də  şəxsi  heyətin  siyahısına  daxil 
edəcəyik və onlara əmək haqqı veriləcək.  
Batalyonun əsas çətinliyi isə silah və sursat əldə etməkdir. Bunun 
üçün  əhalidən  xeyli  pul  toplanıb.  Gündəlik  yazmağa  isə  vaxt  yoxdur. 
Əsgər və zabitlərin döyüş hazırlığı təlimlərini təşkil edir, təchizat işləri ilə 
məşğul oluram. Başımı qaşımağa vaxtım olmur. Gecə-gündüz işləyirəm, 
bəzən elə batalyonda öz otağımda yuxulayıram.  
Hər hansı görülən iş insana zövq verir. 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin