2 aprel 1993-cü il saat 14.00 - 3-cü taborun döyüşçüləri
düşmənin qat-qat üstün qüvvələrinin çoxsaylı hücumlarını bir
neçə saat dəf edirlər. Lakin qeyri-bərabər döyüşdə məcbur olub
Kəlbəcər şəhərini tərk edirlər. Onlar Ayrım çayı ilə Tərtərin
qovuşduğu yerdə yenidən müdafə qururlar.Kəlbəcər şəhəri
erməni və rus hərbi birləşmələri tərəfindən işğal edilir.
2 aprel 1993-cü il saat 16.00- Dinc əhalini aeroportdan çıxaran
3-cü taborun 16 nəfərlik dəstəsi (komandir: polkovnik-leytenant
E.Həsənov, qərərgah rəisi kapitan B.Nəsibov, bölük komandiri
baş leytenant A.Kamalov, tağım komandiri N.Atayev) Çaykənd
yaxınlığında iki zirehli maşın və yüzə qədər canlı qüvvə ilə
hücumu davam etdirən düşmənlə yenidən döyüşə atılır.
Düşmənin 12 əsgəri məhv edilsə də düşmən hücumunun qarşısını
almaq mümkün olmur. Bu döyüşdə 4 əsgər və Atayev Namiq
qəhrəmancasına həlak oldular.
178
Qisas-heç də mənfi məfhum deyildir. DüĢməndən mütləq qisas alınmalıdır. M ü ə l l i f