▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 3 aprel 1993-cü il il– Briqadanın taborlarından biri olan “Bərdə
batalyonu” Laçın bölgəsindən geri çəkilərkən Kəlbəcərin
Çaykənd kəndi yaxınlığında, Tərtərçay sahilində mühasirəyə
düşür. Taborun əsgər və zabitləri son güllələri qalanadək
qəhrəmancasına döyüşürlər. Bu qeyri-bərabər döyüşdə düşmənin
xeyli sayda canlı qüvvəsini məhv etsələr də tabor komandiri baş
leytenant Cəfərov Tahir və onun qəhrəman silahdaşlarından bir
çoxu həlak olurlar.
5 aprel 1993-cü il il- Zəylik kəndində mühəsirədə qalan 3-cü
taborun 1-ci bölüyünün iki tağımı (tağım komandirləri gizir
Nizami Məhərrəmov, leytenant İsa Hüseynov, bölüyün baş
çavuşu İlqar Məhərrəmov) və Taxta məntəqəsindəki iki tağım
(leytenant Ziyafət Tağıyev, baş leytenant Ramiz Əhmədov) cəmi
80 nəfərədək əsgər və zabit mühasirədən çıxmaq üçün
Murovdağa doğru hərəkət edərkən Qasımbinə kəndində
düşmənlə qeyri-bərabər döyüşə girir və düşməni çoxlu sayda
canlı qüvvəsini məhv edir, əsgər Kərimov Şahin yaralanır.