Komandir bəzən qələbə üçün deyil, öz əsgərlərini qorumaq
üçün döyüĢ aparır. M ü ə l l i f
açmağa başladıq. Çaylaqda mövqe tutmuş baş çavuş İlqar Məhərrəmov,
əsgər Etibar Abdullayev, baş leytenant Ramiz Əhmədov və digər əsgərlər
düşmən əsgərlərini elə ilk atəşlə məhv etdilər. Bu zaman Murovdağdan
enən düşmənin döyüş maşını bizi güclü atəşə tutdu. Qeyri-bərabər bir
döyüş başlamışdı. Döyüş maşını lap yaxınlıqda idi. Elə bu zaman arxa
tərəfimizdən də iki maşın düşmən əsgəri gətirilərək bizi mühasirəyə
almağa başladılar. Qeyri-bərabər və amansız döyüş gedirdi. Hamımızın
məhv olmaq təhlükəsini hiss edib sağ tərəfdəki yamacla dağa qalxmağı
lazım bildik. İlqar Məhərrəmov və Etibar Abdullayev əsl qəhrəmanlıq
göstərərək döyüşü davam etdirir, düşmən piyadalarının irəliləməsinin
qarşısını alırdılar. Məhz onların igidlikləri sayəsində biz döyüşə-döyüşə
həmin dağı aşmağa nail olduq. Həmin döyüşdə gizir İlqar Məhərrəmov,
çavuş Etibar Abdullayev, yaralı əsgər Şahin Kərimov, Əkbər Quluyev,
baş leytenant Ramiz Əhmədov və Zar kəndinin İcra nümayəndəsi
Bahadur Kamalov döyüş meydanına atılaraq digər döyüşçülərin
mühasirədən çıxmasına şərait yaratdılar, özləri isə qəhrəmancasına həlak
oldular. Bu döyüşdə ümumiyyətlə 17 nəfər əsgər və zabit həlak oldu. Biz
yalnız yaralıları döyüş meydanından çıxarmağa nail ola bildik. Biz bir
neçə gündən sonra Murovdağı aşaraq Xanlar ərazisinə gəlib çıxdıq”...
Leytenant Z.Tağıyevin dediklərindən: “Biz Meydançayda dağa
qalxmaqla mühasirədən çıxa bildik. Ardıc kollarının arxasında gizlənə-
gizlənə dağ yamacını aşa bildik. Iki dəfə əks-hücum təşkil etdik və hər
dəfə düşmənin döyüş maşınlarının güclü atəşi ilə qarşılaşdıq. Axşamüstü
bələdçi olmadan Murovdağ silsiləsinin şərqinə doğru yuxarı qalxmağa
başladıq. Ərzaq yox idi; acından, yorğunluqdan və yuxusuzluqdan yeriyə
bilmirdik. Gecə bir neçə əsgər dincəlmək istəmiş və dəstədən aralı
düşmüşdü. Biz bütün sutkanı qarlı aşırımlarla yol getdik və Kəpəz
dağının ətəklərinə çatdıq”.
Çavuş Ağalarov Sarvanın dediklərindən: “Biz Meydançay
döyüşündən sonra Murovdağa qalxanda artıq gecə idi. Hər tərəf qarla
örtülmüşdü. Yuxarılara qalxdıqca qarın qalınlığı da artırdı. Aclıq və
yuxusuzluq bizi əldən salmışdı. Beş dəqiqə dincəlmək istədikdə
yuxulayırdıq. Murovdağda yatmaq isə donmaq deməkdir. Ona görə də biz
bir-birimizə və geriyə qalanlara kömək edirdik. Nadirxanov Şahvələdlə
mən dəstənin lap axırında gedirdik. Gecə bir qayalığa söykənib dincimizi
alarkən yuxuya gedərik. Ayılanda səhər açılmışdı. Şahvələdlə ikimiz artıq
şaxtadan donmaq üzrə idik. Yaxınlıqda heç kəs yox idi, bütün izləri qar
örtmüşdü. Biz sürətlə yeriməyə və beləliklə isinməyə çalışırdıq. Bir saat
185
Adi bir palıd ağacı da Vətəndir. M ü ə l l i f
yol getdikdən sonra bir az isinmişdik, artıq donmaq təhlükəsi ötüşmüşdü.
Lakin, haraya getdiyimizi bilmirdik. Özümüzünküləri də itirmişdik.
Aclıqdan taqətimiz kəsilmişdi. Uzaqdan meşə görünürdü. Biz meşəyə
doğru gedir, orada nə isə tapıb yeməyə tələsirdik. Meşəyə çatanda artıq
axşam düşmüşdü. Meşədə yerə tökülmüş yarpaqların arasından alça, əzgil
və başqa meyvələr tapıb yeyirdik, amma haraya gedəcəyimizi bilmirdik.
Gecə dalda bir yerdə ocaq yandırıb ayaqqabılarımızı və paltarımızı
qurutduq. Gecə orada ocağın yanında növbə ilə yatdıq. Səhər açılanda
yenidən meşə ilə bir qədər də yol getdik. Yaxınlıqda bir kənd görünürdü.
Lakin həmin kəndin Ağdərə bölgəsinin bir kəndi olduğunu və orada
ermənilərin yaşadığını fikirləşərək, ora yaxınlaşmaq istəmirdik. Biz artıq
10 gün idi ki, meşədə qalmışdıq. Hara gedəcəyimizi bilmirdik. Zəyliyi isə
tərk etdiyimiz 14 gün idi. Burda meşədə meyvə, ot və ağac qabığı
yeyirdik. Hara gedəcəyimizi bilmirdik. Bir neçə dəfə kəndə yaxınlaşmış
və orada yanlış olaraq ermənilərin yaşadığını yəqin etmişdik. Artıq yeriyə
bilmirdik, taqətimiz tam tükənmək üzrə idi. Sonuncu- 14-cü gün biz bir
çobanla rastlaşdıq və onu düşmən bilərək tutduq. Lakin onun
azərbaycanlı olduğunu gördük. Sən demə ac-susuz ətrafında dolaşdığımız
kənddə özümüzünkülər yaşayırmış. Kənd camaatı iki gün bizi kənddə
saxladılar ki, özümüzə gələk. Çünki ayaqlarımız tutulmuşdu, yeriyə
bilmirdik...”
YanĢaq kəndi, 1994-cü ilin yanvar ayı
|