A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə121/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   117   118   119   120   121   122   123   124   ...   197
Həyat Ģirindir, can Ģirindir. onlardan da Ģirin Ģey var: o Vətəndir. 
M ü ə l l i f 
güclü döyüş getdiyini gördük. Əvvəlcə nə baş verdiyini başa düşmədik. 
Kim  idi  oradakılar?  Qarlı  zirvədə  iki  nəfər  dağın  zirvəsindən  qaçaraq 
özlərini  qarlı  dərəyə  atdıqlarını  və  onlardan  bir  qədər  sonra  15-20 
silahlının  onların  arxasınca  qaçdıqlarının  şahidi  olduq.  Sonra    həmin 
əsgərlərin  qayıdaraq  dağın  zirvəsində  oturduqlarını  müşahidə  etdik. 
Onların  düşmən  olduqlarını  yəqin  etdim.  Bir  neçə  saniyə  ərzində  baş 
verən  bu  döyüşü  uzaqdan  izləyirdik.  Düşmən  keçdiyimiz  yolun  200 
metrliyində,  arxa  tərəfimizdə  mövqe  tutmuşdu.  Orada  düşmən 
mövqelərinin  olmasını  isə  bizim  kəşfiyyatçılar  aşkar  edə  bilməmişdilər. 
Deməli  biz  gecənin  qaranlığında  dağın  yamacı  ilə  düşmənin  iki  yüz 
metrliyindən  keçmişdik.  Məsafə  uzaq  olduğundan  avtomat  güllələri 
səmərəsiz  idi.  Birdən  düşmənin  mövqe  tutduğu  zirvədən  xeyli  aşağıdan 
dərədən  baş  leytenant  Hicran  Abbasovun  məni  və  Xalidi  çağırdığını 
eşitdik.  O,  düşmənin  arxadan  gəldiyini  bizə  bildirdi  və  qarlı  dərədə 
görünməz  oldu.  Hər  şey  aydın  oldu.  Sən  demə,  artilleriya  zabiti  baş 
leytenant  Hicran  Abbasov  iki  əsgərlə-Qurban  və  Aqil  Heydərovla  dağa 
qalxarkən  qəfildən  ermənilərlə  qarşılaşmışdı.  Döyüşə-döyüşə  geriyə 
çəkilərkən  rabitəçi  Aqil  düşmən  gülləsinə  tuş  gəlmiş  və  həlak  olmuş, 
H.Abbasovla Qurban isə özlərini qarla dolu dərəyə ataraq xeyli aşağılara 
yumalanmış və labüd ölümdən xilas olmuşlar.  
Mən  minatanı  arxa  tərəfə-həmin  Susuzluq  dağındakı  ermənilərə 
tərəf-tuşlamağı  əmr  etdim.  Dalbadal  atılan  mərmilərdən  bir  neçəsi 
düşmən  mövqelərinə  düşərək  onları  pərən-pərən  saldı.  Düşmən  ölən  və 
yaralananları  qoyaraq  qaçdı  və  dağın  o  biri  üzünə  aşaraq  görünməz 
oldular.  Lakin  ermənilər  dağın  yüksəkliyini  hələ  də  əllərində 
saxlayırdılar.  Ratsiyada  komandir  bizi  çağırırdı:  “Göyçə-2,  mən  Göyçə 
birəm,  qəbul”.  Biz  cavab  verdik,  komandir  minaatanı  kəndə  gətirməyi 
əmr  etdi.  Biz  arxa  tərəfimizin-dağın  zirvəsinin  ermənilər  tərəfndən 
tutulduğunu  komandirə  bildirdik.  Komandir  yenə  əmr  etdi  ki,  biz 
minaatanı  söküb  kəndə  gətirək.  Biz  minaatanı  cəld  söküb  kəndə  tərəf 
endik  və  yenidən  minaatanı  quraraq  düşmənin  qaçıb  uzaqlaşan  döyüş 
maşınına atəş açdıq...  
Bozlu,  Babaşlar  və  Təkəqayası  kəndləri  20  dəqiqəlik  döyüş 
zamanı  düşməndən  azad  edildi.  Düşmən  30  nəfər  itki  verərək  qaçdı. 
Döyüşdə  Telman  Abutalıbov,  Qalib  Məmmədov,  Nadir  Əkbərov,    Əziz 
Abbasov,  Vidadi  Allahverdiyev,  Nemət  Şükürov,  Qənimət  Süleymanov, 
Mürşüd Məmmədov, Mikayıl Rzayev daha çox qoçaqlıq göstərdilər. Iki 
əsgərimiz-Yusiflə,  Vüqar  yaralandı.  Kəndin  yüksəkliklərində  mövqe 


 
202 
tutmuşduq. Biz-zabitlər bir-birimizi qələbə münasibəti ilə təbrik edirdik. 
Ac  və  yorğun  idik.  Dincəlmək  əmri  verildi.  Mən  komandirin  yanına 
gələrək  qələbə  münasibəti  ilə  onu  təbrik  etdim.  Təpəlikdə  oturduq. 
Leytenant Z.Hüseynov mənə dedi ki, əmin oğlu Habil də burdadır. Əsgər 
Kamalov  Habili  çağırıb  görüşdüm.  O,  bildirdi  ki,  hospitaldan  qayıdaraq 
birbaşa döyüşə gəlib.  
Əsgər  və  zabitlər  çantalarında  olan  axırıncı  tikələrini  çıxarıb 
bölüşdürdülər.  Bu  çox  az  idi:  hərəyə  bir  tikə  düşdü.  Ermənilərdən  az 
miqdarda  yağ  və  şəkər  əldə  etmişdik.  Çörək  yox  idi.  Bundan  da  vacib 
olan  isə  güllələrimizin  azalması  idi.  Yuxarı  komandanlıqla  ilə  əlaqə 
saxladıq; tapşırığın yerinə yetirildiyini və hücumu davam etdirmək üçün 
çörək və patron lazım olduğunu bildirdik...  
Taborun  qərərgah  rəisi  Fehruz  Alışovla  və  onun    dəstəsi  ilə  heç 
bir  əlaqə  yarada  bilməmişdik.  Onlar  Alaxançallı  istiqamətindən 
Murovdağ silsiləsini aşaraq İlyaslar və Lev kəndinə hücum etməli idilər. 
Onlar  nə  ratsiya  ilə  çağırışlara  cavab  verir,  nə  də  İlyaslar  kəndi 
istiqamətində görünürdülər.  
Axşamüstü  ermənilər  4  ədəd  zirehli  texnika  və  500  nəfərədək 
ehtiyatda  olan  canlı  qüvvə  ilə  hücuma  keçdilər;  onlar  itirilmiş 
mövqelərini geri qaytarmaq istəyirdilər. Lakin yüksəklik bizdə olduğuna 
görə  düşməni  yaxına  buraxmır,  itkilərə  məruz  qoyurduq.  Minaatanın 
mərmisi  və  güllələrimiz  azalmışdı.  Yalnız  pulemyotlardan  atəş  açırdıq. 
Düşmən artıq toplarla  və minaatanla mövqelərimizi vururdu. Biz yuxarı 
komandanlıqdan  patron  və  kömək  istədik.  Briqada  qərərgahından  bizə 
heç  bir  köməyin  gəlməyəcəyini  və  sursatın  göndərilməsinin  qeyri-
mümkün  olduğunu    bildirdilər.  Biz  vertalyotla  yaxınlığa  patron 
gətirilməsini  xahiş  etdik.  Lakin  vertalyotlarla  da  bizə  patron 
göndərmədilər.  Biz  mühasirədə  döyüş  apardığımızı  və  vəziyyətin 
çıxılmaz  olduğunu,  bizə  çörək  yox,  patron  lazım  olduğunu  bir  daha 
bildirdik.  Bu  vaxt  ermənilər  yenidən  əks-hücuma  keçdi.  Düşmən 
minaatanla atəş açırdı. Mən kəndin içərisində bir evin qarşısına toplaşmış 
zabit  və  əsgərləri  evin  arxasına  çəkilmələri  üçün  komanda  verdim.  Biz 
evdən  bir  qədər  uzaqlaşmışdıq  ki,  düşmən  mərmisi  bayaq  bizim 
dayandığımız yerə düşdü. Hər tərəf tüstü və toz içində qaldı. Tüstü  
çəkiləndə biz bir qədər yuxarı qalxmışdıq. Heç kim yaralanmamışdı, itki 
yox idi. Leytenant Əziz Abbasova minaatanı yuxarı təpəliyə çıxarmağı və 
düşmən  mövqelərinə  və  yola  atəş  açmağı  tapşırdım.  Elə  bu  vaxt 
ermənilərin  Bozdu  kəndinin  aşağısından  dərə  ilə  irəlilədiyini  gördüm. 
Düşmənin qarşısını kəsmək üçün Bozlu kəndinin quzey tərəfində dərənin 
kənarında qarlı meşədə mövqe tutmaq üçün dörd əsgərə-Vidadi, Nemət 


 
203 
 Bu torpağı qoruya bilmirsənsə, deməli öz ailəni də  qoruya bilmirsən. 
                                                                                          M ü ə l l i f 
və daha iki əsgərə tapşırıq verdim və özüm də onlarla qarlı dərəyə endim. 
Buradan    kəndin  aşağı  tərəfi  aydın  görünürdü.    Oradan  arxa  tərəfimizə 
keçmək  istəyən  erməniləri  atəşə  tutduq.  Ermənilər  pulemyotla  bizə  atəş 
açdılar.  Tozağacına  söykənib  atəş  açırdım.  Düşmən  bizim  atəşimizlə 
dayandırıldı  və  yüksəklikdən  istifadə  edərək  sağ  cinahda  nəzarəti  öz 
əlimizə  aldıq.  Bizim  durduğumuz  yerdən  bizimkilər  görünmürdü,  lakin 
atəş  səslərindən  məlum  olurdu  ki,  sol  cinahımızda-kənddə  güclü  döyüş 
gedir.  Bir  azdan  batareyanın  əsgərləri  minaatanla  da  atəş  açmağa 
başladılar. Ermənilər yaxınlaşmağa cürət etmədilər. 
Bir  neçə  dəqiqədən  sonra  atəş  səsləri  kəsildi  və  Bozlu  və 
Təkəqaya  dərəsinə  sükut  çökdü.  Əsgərlərdən  birini  göndərib  komandirə 
məlumat vermək istədim. Meşənin yuxarısına qədər qara bata-bata çıxmış 
əsgər  oradan  bizi  çağırdı  ki,  tabor  geriyə  çəkilir,  tez  yuxarı  çıxın.  Biz 
qarlı  meşə  ilə  ağac  və  kol  budaqlarından  tutaraq  yuxarı  qalxdıq.  Bozlu 
kəndini  məcburi  olaraq  tərk  etmiş  tabor  artıq  dağ  cığırı  ilə  Murovdağın 
ətəklərinə qalxırdı. Tabora əlavə qüvvə və sursat verilmədiyindən geriyə 
çəkilməyə  məcbur  idi.  Biz  də  onların  arxasınca  Murov  dağına  tərəf  üz 
tutduq. Geriyə çəkilməyi biz heç vaxt ağlımıza gətirməzdik. Çünki əzab-
əziyyətlə,  60-70  km  məsafədə  qarlı  dağları  aşaraq  bir  neçə  kəndi 
düşməndən  azad  etmişdik.  Döyüşü  davam  etdirmək  üçün  bizə  sursat 
lazım  idi.  Hərbi  sursatı  göndərmək  üçün  yuxarı  komandanlıq  heç  bir  iş 
görmədi. Ələ keçirdiyimiz mövqeləri tərk etmək bizim üçün çox çətin idi. 
Mühasirə  vəziyyətindən  çıxmaq  və  bundan  başqa  ac,  yorğun,  yuxusuz, 
şaxtada,  qarın  içərisində  təzədən  amansız  Murov  dağına  qalxmaq-ölüm 
demək  idi.  Əfsanəvi  bir  yürüş  edib,  döyüşərək  azad  etdiyimiz 
mövqelərdən  geriyə-Murova  doğru  çəkilirdik.  Mərmisi  qurtarmış 
minaatanı  götürməyə  taqətimiz  qalmadığı  üçün  onu  Bozlu  kəndinin  üst 
tərəfində  qarın  içərisində  gizlətdik.  Susuzluq  dağının  yamacı  ilə  gedir, 
dağın  zirvəsində  mövqe  tutmuş  ermənilərlə  hər  an  qarşılaşacağımızı 
fikirləşirdik.  Başqa  yolumuz  yox  idi.  Aşağı  uçurum,  qarla  dolmuş 
keçilməz  dərə  idi.  Döyüşə-döyüşə  dağ  yamacını  keçməli  idik.  Düşmən 
mövqelərinə 5-6 yüz metr qalmışdı. Bu zaman  qar çovğunu başladı. Hər 
tərəfi  qar-boran  bürüdü.  5-6  metr  məsafə  güclə  görünürdü.  Külək  qar 
dənələrini  üzümüzə  çırpır,  hərəkətimizə  maneçilik  törədirdi.  Lakin  bu 
çovğun  düşməndən  yayınmaq  üçün  bizə  tanrı  tərəfindən  verilmiş  bir 
fürsət idi. Biz ermənilərin mövqe tutduqları Susuzluq dağının zirvəsindən 
200 metr aşağıdan yarım saat ərzində keçdikdən sonra qar-boran dayandı. 
Yaylaq damlarının yanına çatanda artıq qaranlıq düşmüşdü. Düşmən bizi 


 
204 
top  atəşinə  tutmuşdu.  Ünvansız  olaraq  atılan  və  dağ  yamaclarında 
Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin