Dədə-babalarımızın min illərlə qoruduqları torpaqları- biz də canımızla, qanımızla qorumalıyıq. M ü ə l l i f geyimində qalmışdım. Qış gödəkcəsi də qaçmağıma mane olurdu.
Düşməndən yüz-yüz əlli metr aralanmışdım. Arxamca gələn olmadığını
yəqin etdikdən sonra ayağıma geyindiyim mühafizə çəkmələrini və qış
gödəkçəsini tez soyunub atdım və Murov dağlarına tərəf üz tutdum. 12
saat ərzində dayanmadan qarlı Murov dağını corabla aşaraq Daşkəsənin
Zivlən kəndinə gəlib çıxdım... ”
Bozlu kəndində isə ermənilər tərəfindən əsir götürülmüş bölük
komandiri Hüseynov Sahib və bölüyün baş çavuş isə ağır işgəncələrə
məruz qalmış və başları kəsilmişdi. Sonralar Bozlu kəndini azad edərkən
onların meyidlərini oradan tapdıq.
Bu əməliyyatda batalyonun bütün əsgər və zabitlərinin, o
cümlədən; zabitlərdən Balay Nəsibov, Hüseyn Nəbiyev, Hicran Abbasov,
Xalid Hümbətov, Çıraq Bayramov, Ziyafət Tağıyev, Əziz Abbasov,
Elşad Nəbiyev, Adil Nağızadə, Fehruz Alışov, Kamal Hacıyev, Nizami
Bayramov, Telman Abutalıbov, əsgərlərdən Natiq İbrahimov, Ələddin
Salmanov, Yaşar Abdullayev, Fərrux Abbasov, Vidadi Allahverdiyev,
İlqar Həsənov, Vidadi Cəmilov, Habil Kamalov, İlqar Əliyev, Qənimət
Süleymanov, Nemət Şükürov, Famil Atayev, Ələmdar Həsənov, Mirzəli
Mehdiyev, Fazil Abbasov, Nadir Əkbərov, Mikayıl Rzayev, Kəlbəcər
polislərindən Ayaz, Arzuman, Xəyyam, İlqar, Elman, İlham, Əliyəddin,
Qalib, Vaqif, bizə bələdçilik etmiş Sabir Mehdiyev (mülki şəxs idi) və
digərlərinin qoçaqlıqlarını qeyd etmək istərdim.
Bu əməliyyatdan sonra briqada komandiri V.Rəfiyev vəzifədən
azad edildi və onun yerinə mayor S.İlyasov təyin edildi. 3-cü tabor
komandiri B.Nəsibov isə yaralanaraq hospitala getdi.
Qış fəslində Murovdağın 3700 metrlik qarlı zirvələrini piyada
aşaraq, çiyinlərində minaatan və onun mərmilərini daşıyaraq 60-70
kilometr məsafəni qət edib düşmən üzərinə hücum etmək-dünya hərb
tarixində nadir hadisələrdəndir. Əfsanəyə çevrilmiş bu yürüş, məhz,
Kəlbəcər Batalyonuna məxsusdur.
208
Bizim dünya xalqları qarĢısında deməyə sözümüz onda olar ki, hər bir müəllim öz tələbəsindən, yalnız ədəb, elm, bilik tələb etməsin, onlar həm də vətəni qorumağı tələb etsinlər! M ü ə l l i f