A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə124/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   120   121   122   123   124   125   126   127   ...   197
“Murovdağ” əməliyyatı 
 
1994-cü il yanvar ayının əvvəlləri idi. 701-ci hərbi hissənin digər 
taborlarının  apardığı  uğurlu  döyüşlər  nəticəsində  ermənilər  Güzgü, 
Koroğlu və Ömər aşırımlarından qovulmuş, Meydançay ətrafında düşmən 
darmadağın  edilmişdi.  Bu  döyüşlərdə  5-ci  tabor  gizli  düşmən  arxasına 
keçərək Meydançayda pusqu düzəltmiş, Murovdağdan qaçan düşməni və 
Murova  doğru  köməyə  gələn  düşmən  qüvvələrini  məhv  etmişlər.  Bu 
döyüşdə Aydınov Rəfi igidlik göstərərək qəhrəmancasına həlak olmuşdu.  
Kəlbəcərin Yanşaq və Susuzluq kəndləri uğrunda döyüşlər davam 
etdirilirdi.  Güzgü  aşırımı  və  Meydançay  dərəsində  düşmən  əsgərlərinin 
saysız  meyidləri  səpələnmişdi.  Bu  döyüşlər  nəticəsində  düşmən 
Murovdağdan  qovulmuş,  döyüşlər  Kəlbəcərin  Murovdağ  ətəklərindəki 
kəndləri  uğrunda  davam  etdirilirdi.  3-cü  tabor  (tabor  komandiri  baş 
leytenant  F.Alışov),  5-ci  tabor  (komandir-baş  leytenant  Gəray  Əsədov) 
Meydançay və Şişqaya yüksəklikləri uğrunda, 2-ci və 4-cü tabor(Xanlar 
batalyonu)    1-ci  taborla  Meydançayın  sağ  tərəfi  yüksəklikləri  boyunca 
irəliləyirdi...  
2-ci  taborun  baş  çavuşu  Nəriman  Məmmədovun  dediklərindən: 
“Biz  yavaş-yavaş  Meydançay  dərəsi  ilə  irəliləyir,  yüksəklikdə  mövqe 
tutmuş düşmən  əsgərlərinə görünməməyə çalışır, dağı dolanaraq onların 
arxasına  keçməyə  çalışırdıq.  Kəşfiyyatın  verdiyi  məlumata  əsasən  sağ 
tərəfdəki yüksəklikdə düşmən mövqe tutmamışdı. Ona görə dağın cənub 
yamacı ilə səssiz gedir, mümkün qədər səs salmamağa və qarın üzərində 
sürüşməməyə  çalışırdıq.  Lap  az  qalmışdı  ki,  düşmən  mövqelərinin 
arxasına keçək, birdən sağ və sol yüksəkliklərdən bizi qəfil atəşə tutdular. 
Əvvəlcə açılan atəşin təsadüfi olduğunu yəqin etdik. Lakin, hər tərəfdən 
yağış  kimi  yağan  güllələrdən  bir  neçə  əsgərimiz  yaralandıqdan  sonra 
pusquya  düşdüyümüzü  dərk  etdik.  Əsgərlər  özlərini  itirmiş,  nə  etmək 
lazım olduğunu bilmirdilər. Biz düşmənə atəş açmaq əmri verdim. Lakin 
düşmən  bütün  yüksəklikləri  ələ  keçirmişdi.  Başqa  yolumuz 
qalmadığından məcbur olub geri çəkilməyə başladıq.  Amansız bir döyüş 
gedirdi.  Biz  dağın  yamacında  tam  açıqlıqda  idik.  Hər  yerdən  güllə 
yağırdı. Mən həm sağ tərəfdəki yüksəklikdə mövqe tutmuş düşmənə atəş 
açır,  həm  də  əsgərlərə  yaralıları  götürməkdə  kömək  edirdim.  Yaralanan 
və  ölənlər  var  idi.  Bir  saat  çəkən  döyüşdə  biz  12  nəfər  şəhid  verdik,  18 
yaralını götürərək dağın arxasına çəkildik. Yaralılara kömək edərkən 


 
209 
Qoy bizim ana və bacılarımız öz övladlarına xalqımızın 
qəhrəmanlıq ə nənələrini öyrətsinlər, onları doğma  
 torpaqların müdafiəçiləri kimi böyütsünlər!   M ü ə l l i f 
əsgərlərdən  birinin  pulemyotu  döyüş  meydanında  qalmışdı.  Mən  həmin 
əsgəri  pulemyotunu  götürməyə  göndərdim  və  düşmən  mövqelərini  atəş 
altında  saxlamağa  başladıq.  Bir  neçə  dəqiqədən  sonra  həmin  əsgər 
pulemyotu götürərək geri qayıtdı”.   
3-cü taborun əsgər və zabitləri “Bozdu” əməliyyatından bir həftə 
sonra  öz  qüvvələrimizi  cəmləyərək  yenidən  Murovdağa  qalxdı.  Murov 
dağından Meydançay dərəsinə  enərkən maşınları işıqsız sürürdük. Çünki 
düşmən  yolu  uzaqdan  topla  nəzarətdə  saxlayırdı.  Bir  gün  əvvəl  həmin 
yolda minaatan mərmisi ilə düşmən bizim Kamaz markalı maşını vurmuş, 
Mehdiyev  Sabir  və  bir  neçə  əsgər  yaralanmışdı.  Tabor  komandiri 
hospitalda olduğu üçün onu baş leytenant Fehruz Alışov əvəz edirdi. Mən 
üçüncü  bölüyə  komandir  təyin  edilmişdim.  Taborun  qərərgahı 
Meydançayın  sol  sahilində  bir  dərədə  çadırlarda  yerləşirdi.  Bizdən  bir 
qədər qabaqda döyüş gedirdi. Biz həlilik ehtiyatda olan tabor idik. Yalnız 
ön  mövqedə  Əziz  Abbasovun  komandirlik  etdiyi  minaatan  batareyası 
yerləşdirilmişdi. Mən və baş leytenant Əhəd İsmayılov bir saat olardı ki, 
Murovdağdan  bura  enmişdik.  Yolda  Kəlbəcər  rayon  yol  idarəsinin 
işçiləri-Şəmsi  və  Fikrətlə  görüşdük.  Onlar  bizə  və  40  nəfərədək  əsgərə 
xeyli şirniyyat verdilər. 
Gecə  zabitlər  hamımız  soba  yandıraraq  bir  çadıra  toplaşdıq.  Bir 
azdan  briqadanın  qərərgah  rəisi  polkovnik-leytenant  Eldar  Həsənov  da 
yanımıza gəldi. Çay qaynatmışdıq. Mən çantamdan şokalad çıxarıb zabit 
yoldaşlara və əsgərlərə payladım ki, çay içək. Elə bu zaman qəfil atılan 
iki  top  mərmisi  çadırımızın  lap  yaxınlığına  düşdü.  Qonşu  çadırda  iki 
əsgər  həlak  oldu.  Ermənilərdən  götürdüyümyüz  iki  at  da  öldü.  Mən 
komanda  verərək  əsgərləri dərənin  yuxarı  hissəsinə-təhlükəsiz  yerə tərəf 
apardım. Bir saata qədər düşmən bizim çadırları və Murov yolunu topla 
atəşə  tutdu.    Gecə  saat  üçdə  3-cü  taborun  Murovdağdakı  Yol  evinə 
qalxması  barədə  əmr  aldıq.  Gecənin  zülmət  qaranlığında  silah  və 
sursatımızı  götürərək  piyada  Yol  evinə  qalxdıq.  Ağır  sursatları  və 
yüklərimizi isə maşına yüklədik və sürücüyə maşının işığını yandırmadan 
sürməyi  tapşırdıq.  Yol  evində-qərərgahda  yuxarı  komandanlıqdan  bizə 
xüsusi  tapşırıq  verildi:  birinci  taborla  bərabər  düşmənin  mövqe  tutduğu 
Susuzluq dağına qalxmalı, oradakı düşmən mövqelərini ələ keçirməyi  və 
həmin  yüksəklikdən  Susuzluq  və  Yanşaq  kəndlərinə  hücum  etməli  idik. 
Bununla da bizim tabor ikinci dəfə düşmən arxasına göndərilirdi.  


 
210 
   
Ġnsan üçün ən müqəddəs varlıq anadır. Ondan da müqəddəs 
bir  məfhum var; o-torpaqdır. Çünki müqəddəs olan ananın 
özü də  torpaqdan yaranmıĢdır. M ü ə l l i f 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin