01 yanvar 1994-cü il – 5-ci tabor (komandir: Gəray Əsədov,
tağım komandiri İbad Vəliyev) düşmən arxasına-Meydançaya
endirildikdən sonra 1-ci tabor (komandir: kapitan Zeynalov
Nəriman, müavinlər: kapitan Qurbanov Qurban, kapitan
Hüseynov Zamin) “Güzgü” və Ömər aşırımından hücuma keçdi.
Erməni mövqeləri darmadağın edilərək ələ keçirildi, qaçan
düşmənin qarşısı pusquda durmuş İbad Vəliyevin tağımı
tərəfindən Meydançayda kəsildi. Düşmən 31 nəfər canlı qüvvə
itirdi. Bu döyüşdə Aydınov Rəfi və Novruzov Nizami həlak
oldular. Döyüşlərdə fərqləndiklərinə görə Qəribov Məhəbbətə,
Vəliyev İbada və Tağıyev Yaşara kiçik leytenant hərbi rütbəsi
verildi, Novruzov Nizami (ölümündən sonra) və Əliyev Əbülfəz
Azərbaycan Bayrağı ordeni ilə təltif olundular.
211
Cəsurlar ölümü bir dəfə dadarlar. L a L o n d a s i n a