A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə129/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   125   126   127   128   129   130   131   132   ...   197
Yenidən düşmən arxasına 
17  yanvar  1994-cü  il  tarixdə  Yol  evində  əsgərlərin  silah  və 
sursatlarını  yoxladıq  və  ərzaq  götürüb  hərəkətə  başladıq.  Dağları 
dolanaraq  qarın  üstü  ilə  erməni  mövqelərindən  gizli  səkkiz  saata 
Susuzluq  dağına  qalxdıq.  Səhər  açılanda  dağın  yüksəkliklərində  sağ  və 
sol  tərəfimizdə  qayalıqlarda  erməni  mövqelərini  aşkar  etdik.  Düşmənin 
gözləmədiyi  bir  vaxtda  onları  atəşə  tutduq.  Bizim  mövqelərimiz  çox 
əlverişsiz idi. Bir bölük əsgərlə dar bir dərədə mövqe tutmağı komandir 
F.Alışov  mənə  tapşırdı.  Mən  bölüklə  Susuzluq  dağının  Meydançay 
istiqamətindəki  erməni  mövqelərini  atəş  altında  saxlamalı,  öz  yerimizi 
itirməməli  idim.  Əvvəlcə  dağın  yüksəkliyindəki  qayalıqda  yerləşən 
düşmən  mövqelərini  kəşfiyyat  atəşinə  tutdum  və  düşmən  mövqelərini 
aşkar  etdikdən  sonra  əsgərlərə  irəliləmək  əmri  verdim.  Dizdən  yuxarı 
qarın  içərisində,  dərə  və  çökəkliklə  dağ  yamacında  bir-biri  qoruyaraq 
irəliləyirdik.  Dərələrdə  qar  yığınları  2-3,  bəzən  5  metrə  çatırdı.  Düşmən 
güllələri  isə  ora-bura  çovuyurdu.  Artıq  düşmənin  mövqe  tutduğu 
qayalıqlara  çatanda  orada 8  düşmən  əsgəriniun  meyidi  qalmış,  qalanları 
isə  qaçmışdı. Mən  birinci  tağımı  oradan  bir qədər  də aşağı  endirib  kiçik 
qayalıqda mövqe yaratmaq istəyirdim. Birdən yaxınlıqdakı çox da böyük 
olmayan  qayanın  arxasında  bir  erməni  zabitinin  qabaqda  gedən  əsgəri 
nişan aldığını gördüm. Mən qışqırdım və eyni vaxtda düşmənə tərəf atəş 
açdım.  Erməni  zabiti  yumalanıb  qarlı  çökəyə  düşdü.  Bir  saat  ərzində 
düşməni  pərən-pərən  saldıq  və  yüksəkliklərin  bir  neçəsini  ələ  keçirdik. 
Digər  bölüklərimiz  də  sağ  cinahdakı  erməni  mövqelərini  darmadağın 
etdilər...  
Artıq  3  gün  idi  ki,  qarlı  zirvələrdə  döyüşürdük.  Üç  gün  dağın 
zirvəsindən  Yanşaq  kəndindəki  erməni  qüvvələrini  atəşə  tutduq.  1-ci 
taborun döyüşçüsü Tağıyev Məhədin iri çaplı pulemyotu (DŞK) düşmənə 
aman  vermirdi.    Pulemyotla  kənddə  düşmənin  bütün  hərəkətlərini 
dayandırdıq.  Onlar  hətta  döyüş  maşınından  düşüb  qaçdılar.  Düşmənin 
Meydançay ətrafındakı qüvvələri ilə Yanşaq kəndindəki qüvvələrini bir-
birindən ayırdıq. Düşmən ancaq gecələr hərəkət edir, bir-birləri ilə əlaqə 
yarada  bilirdilər.  Bu  döyüşlər  nəticəsində  ermənilər  hər  gün  xeyli  canlı 
qüvvə və texnika itirir, getdikcə qüvvələri tükənirdi.  
Dağın  zirvəsində  çovğun  və  şaxtadan  dayanmaq  qeyri-mümkün 
idi.  Bəzi  əsgərlər  qarı  deşib  özlərinə  mağara  düzəltmiş,  orada  külək  və 
şaxtadan 
daldalanırdılar. 
Mən 
zarafatla 
onların 
mağarasına 
“Ayımağarası” deyirdim. Çörək və konservlər tamamilə buza dönmüş, bir  


 
213 
Çörəksiz yaĢamaq olar, ümidsiz yox. 
                                                                                           M ü ə l l i f 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin