▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 30 dekabr 1993-cü il- briqadanın 3-cü taboru (komandir: kapitan
Balay Nəsibov, qərərgah rəisi baş leytenant Fehruz Alışov, bölük
və tağım komandirləri: kapitan Mürşüd Məmmədov, leytenant
Elşad, gizir Kamal Hacıyev, baş leytenant Akif Kamalov,
leytenant Əziz Abbasov, baş leytenant Xalid Hümbətov, Çıraq
Bayramov, Nizami Bayramov, Adil Nağızadə, Hicran Abbasov,
leytenantlar Zahid Hüseynov, Hüseyn Nəbiyev, Ziyafət Tağıyev,)
Daşkəsəndən iki istiqamətdə: Zivlən-Murovdağ-Bozlu və
Alaxançallı-Murovdağ-İlyaslar istiqamətlərində Murovdağın
qarla örtülü zirvələrini aşaraq düşmən arxasına əfsanəvi bir yürüş
etdi. Taborun minaatan batareyası minaatanla və onun 80 ədəd
mərmisi ilə Murovdağı aşmağa nail oldu.