214
DüĢmən çox olsa, qorxma, düĢmənin birliyindən qorx.
____________________________________________M ü ə l l i f
Briqadanın kəşfiyyatçıları (Sahib Aslanov, göyçaylı Rafael,
laçınlı Rövşən Bəxtiyarov, Rza və başqaları) üç gün idi ki, Yanşaq
kəndində idilər. Onlar gecə gizli olaraq kəndə enmiş, ermənilərin
qərərgahı yerləşən məktəb binasının yaxınlığında tövlədə gizlənərək bizi
məlimatlandırırdılar. Yanvarın 20-də səhərəyaxın onlar ratsiya ilə
düşmənin kənddən qaçdığını bizə bildirdilər. Artıq qar və şaxta ilə
mübarizənin çətinləşdiyini görüb bir daha vəziyyəti götür-qoy etdik.
Nəhayət əmr aldıq: birinci tabor Yanşaq kəndini, 3-cü tabor-biz isə
Susuzluq kəndini hücumla azad etməliydi. Səhər açıldı.
Biz əsgərlərə
son tapşırıqlar verdik və dağ yamacları ilə uzun zəncirvarı sıralarla
yavaş-
yavaş aşağı enməyə başladıq. Dağın qarla örtülü donmuş yamacı o qədər
sərt eniş idi ki, sürüşüb 1000-1200 metr aşağı yuvarlanmaq təhlükəsi
yaranırdı. Biz düşmən mövqelərinə avtomat və pulemyotlarla
atəş aça-aça
ehtiyatla enirdik. Ermənilər uzaqdan bizə top atırdı. Lakin onlar böyük
bir qoşunla gəldiyimizi görüb vahimə içərisində kəndlərdən və tutduqları
mövqelərindən qaçıb çıxırdılar. Düşmənin uzaqdan atılan topları isə bizi
qorxutmurdu. Bizim əsgərlərin dağların yamacı ilə, say çoxluğu ilə,
qələbəyə inam hissi ilə düşmən üzərinə hücum etməyini ermənilər
uzaqdan görüb vahimə içərisində qaçırdılar. Bu həm də düşmən üzərində
mənəvi üstünlük idi.
Günortaya yaxın bölüklə Susuzluq kəndi ilə Yanşaq kəndinin
arasındakı yüksəkliyə endik və əsgərlərə təpəlikdə mövqe tutmağı əmr
etdim. Digər bölüklər sağ cinahda Bozdu kəndi ilə Susuzluq kəndinin
arasındakı aşırımlarda və yüksəkliklərdə yerləşdirildi. Sol cinahda-
Yanşaq kəndində isə 1-ci tabor mövqe tutmuşdu. Tank və döyüş
maşınları olmadan tutduğumuz mövqeləri əldə saxlamaq çətin idi.
Düşmən əks-hücuma keçə bilərdi. Buna görə əvvəlcə yollar Meydan çayı
boyunca minadan təmizlənməli, sonra texnika gətirilməli idi. Bunun üçün
artıq minaaxtaranlar işə başlamış və Meydan çayı boyunca çoxlu düşmən
minasını zərərsizləşdirmişdilər.
Ermənilər Kəlbəcər bölgəsindəki bütün kəndləri qarət etdikdən
sonra yandırılmışdılar. Susuzluq kəndində bir neçə yanmamış tövlə
Yanşaq kəndində isə təkcə məktəb binası və onun yaxınlığında bir ev
salamat qalmışdı. Hər tərəfdə əzilmiş, qırılmış, dağıdılmış ev əşyaları
gözə dəyirdi. Alma ağaclarının altında yarpaqlar arasında alma tapıb
yeyirdik. Ərzağımız tükənmişdi. Yollar minalardan təmizləndikdən sonra
bizə sursat və ərzaq gətiriləcəkdi.