Fənn: İslam Fəlsəfəsi Tələbə: Ömər Süleymanlı Kurs



Yüklə 319,44 Kb.
səhifə1/9
tarix06.11.2022
ölçüsü319,44 Kb.
#67605
  1   2   3   4   5   6   7   8   9
Fəlsəfə sərbəst iş






Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi
Azərbaycan İlahiyyat İnstitutu

Fənn: İslam Fəlsəfəsi
Tələbə: Ömər Süleymanlı
Kurs: 4
Qrup: D-1903
Mövzu: Fərabinin Fəlsəfəsi və pedeqoji görüşləri
Müəllim: Anar Qafarov


BAKI- 2022

Mövzununun Planı
Giriş


  1. Pedeqoji görüşləri


İnsanın təbiəti və fərdi fərqlilikləri
Təhsilin məqsədləri
Müəllimin xüsusiyyətləri



  1. Ümumi fəlsəfəsi




  1. Psixoloji görüşləri

  2. Əxlaq Fəlsəfəsi

  3. Fərabinin fəlsəfəsindən qaynaqlanan filosoflar


Nəticə


Ədəbiyyat siyahısı

Giriş
Orta əsr mənbələrində tam adı Məhəmməd bin Məhəmməd bin Tarxan Uzluğ Əbunəsr əl - Fərabi ət-Türki kimi göstərilən bu ünlü Tükr filosofu 870-ci ildə Fərab yaxınlığındakı bir kənddə anadan olmuşdur. Ərəbcə öyrəndikdən sonra o dövrün tanınmış müəllimlərindən riyaziyyat, məntiq və fəlsəfə dərsləri almışdır. Şərq aləmində adını ilk filosof kimi tanıdan Fərabi Aristotel məntiqi və metafizikasının böyük şərhçisi, xüsusilə orijinal bir düşünür olduğu üçün "birinci müəllim" Aristoteldən sonra ona "ikinci müəllim" adı verilmişdir.
Fərabi istər şəxsi həyatında, istərsə də təfəkkür aləmində bir filosof olaraq yaşamışdır. Yunan fəlsəfəsi İslam aləmində ilk həqiqi təmsilçisi olaraq Fərabini bulmuşdur. Tədqiqatçılar göstərirlər ki, "Fərabi antik fəlsəfənin bir toplayıcısı olsa və bu işlə yetinsəydi belə yenə də insanlığın minnət və şükran duyğusuna sahib olmağa layiq olardı. Halbuki, o son dərəcə orijinal bir düşünür olub, özünəməxsus bir fəlsəfi sistem yaratmışdır. Fərabinin yaratdığı bu fəlsəfi sistem İbn Sina tərəfindən ciddi şəkildə təqib edilmiş, Qəzzali tərəfindən isə şiddətli tənqid edilmişdir. Orta əsrlərdə fəlsəfə yalnız Fərabi və İbn Sinanın sayəsində ciddi bir elm sahəsinə çevrilmişdi. Məşhur tarixçi İbn Xəlliqan Fərabidən bəhs edərkən yazmışdır ki, "Fərabi müsəlmanların yetişdirdiyi ən böyük filosofdur. O, məntiq, musiqi və digər mövzularda bir çox əsərlər yazmışdır. Fəlsəfədə onun çatdığı mərtəbəyə kimsə çata bilmədi. Yalnız bu ünlü filosofun əsərləri sayəsində İbn Sina yetərli bir səviyyəyə çataraq əsərlərini yararlı hala gətirmişdi.
Fərabi dövrün fəlsəfəsinin demək olar ki, bütün sahələrində, xüsusilə məntiq, metafizika, rasional psixologiya, əxlaq və siyasət sahələrində yüksək bir mövqeyə çatmışdı. Fərabinin sayəsində fəlsəfə dünyanın müxtəlif bölgələrini gəzib dolaşmış, əsərləri Avropa filosoflarının bir çoxunun stolüstü kitabı olmuş, fəqət çox təəssüflər olsun ki, filosof doğma yurdunda öz həyatını davam etdirə bilməmişdi. Fərabi Aristotel və Plotonda olmayan "Tanrının gələcəyə aid mümkünləri bilməsi", "Determinizm", "İlahi sifətlərin məntiqi statusu", "Doğru bilginin əldə edilməsi üçün induktiv və deduktiv metodların birlikdə işlədilməsi" kimi fəlsəfi mövzuları önə sürmüşdü.
Fərabinin nəzəri fəlsəfəsinin əsasını "Varlıq" problemi təşkil edir. Ümumiyyətlə, Fərabinin fəlsəfəyə etdiyi ən önəmli xidmət metafizika sahəsində olmuşdur. Bu sahədə Platon və Aristotelin görüşlərindən yola çıxan Fərabi bu görüşlər arasında bir eynilik görmüş və bu eyniliyi sübut etmək üçün "Platon və Aristotelin görüşlərinin birlikdə ələ alınması" başlıqlı müstəqil bir əsər yazmış və ilk dəfə din ilə fəlsəfə, başqa sözlə vəhy ilə ağıl arasında bir uzlaşma olduğunu irəli sürmüş və göstərmişdi ki, peyğəmbərlərdə həm ağıl, həm də təxəyyül gücü vardır. Ona görə də peyğəmbər vəhy yolu ilə aldığı məlumatları xəyal gücü ilə qavrana bilən hala gətirmək qabiliyyətinə malikdir ki, bu baxımdan peyğəmbərin mövqeyi vəhydən məhrum filosofun mövqeyindən üstündür.
Farabinin həyat və yaradıcılığına dair istər orta əsrlərdə, istərsə də son dövrlərdə çoxlu əsərlər yazılmış, bu böyük dahinin dünya fəlsəfə, məntiq və psixologiya elminə gətirdiyi yeniliklər göstərilmiş, dünya elmi onu yenidən tanımağa, öyrənməyə başlamışdır.
Səksən il yaşayan Farabi ailə həyatı qurmamış, bütün mənalı həyatını elmə sərf etmiş, Yaxın Şərq ölkələrindəki bilik ocaqlarını gəzib öyrənmiş, öyrəndiklərini öyrətməyə çalışmışdır. Farabi doğma Türk dilindən başqa 70 dil bilmiş, Aristoteldən sonra dünyanın ikinci böyük filosofu sayılmışdır. Farabi Aristoteli Şərqdə "Ərəstu" etmiş, XII-XVII əsr Avropasının qabaqcıl ictimai-fəlsəfi fikrinin mənbəyi olmuşdur.


Yüklə 319,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin