Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu “FƏLSƏFƏ” fənninin proqrami bakı –2021



Yüklə 99 Kb.
səhifə1/9
tarix25.07.2023
ölçüsü99 Kb.
#137362
  1   2   3   4   5   6   7   8   9
AMEA FƏLSƏFƏ 2021



Azərbaycan Milli Elmlər Akademiyası
Fəlsəfə və Hüquq İnstitutu

FƏLSƏFƏ”


fənninin


P R O Q R A M I
Bakı –2021

FƏLSƏFƏ”


fənnindən


Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq


P R O Q R A M I


-------------------------------------
Bakı –2015
İZAHAT VƏRƏQİ
Bütün elmlərin mənbəyində dayanan fəlsəfə yarandığı gündən dünya haqqında biliklər sistemində xüsusi yerə malik olub. Bu ilk növbədə onunla izah olunur ki, hansısa filosofun mövqeyindən asılı olmayaraq fəlsəfənin nüvəsini insan və onun dünya ilə qarşılıqlı münasibətləri, insan və dünya, bu dünyada insanın rolu və yeri kimi problemlər təşkil edir. Fəlsəfə dünyagörüşünün nəzəri əsası qismində çıxış edərək bütövlükdə dünya və insan varlığının mahiyyəti haqqında biliklərin ümumiləşdirilmiş sistemini hazırlayır.
Məhz bu amillərə görə fəlsəfə həmişə insana müxtəlif həyati situasiyalarda düzgün istiqamətlənməsinə, həyatda öz mövqeyini seçməkdə kömək etmişdir. Fəlsəfənin öyrənilməsinin zəruriliyi də bununla izah olunur.
Gələcək mütəxəssisin dərin peşəkar hazırlığı onda vətəndaşlıq və insani keyfiyyətlərin təlim və tərbiyəsi olmadan baş tuta bilməz. İxtisasından asılı olmayaraq tələbənin fəlsəfi mədəniyyətə, fəlsəfi təfəkkürə yiyələnməsi onun dar peşə mütəxəssisindən geniş düşünə bilən yaradıcı insana doğru inkişafını təmin edə bilər.
Məlum olduğu kimi, hər bir peşəkar bilik fəlsəfi düşünülmə ilə tamamlanmalıdır. Hər hansı yarpağın mövcudluğunun dar mənasını dərk etmək üçün, bütün ağac, onun kökü, gövdəsi, budaqları idrakın “süzgəcindən” keçirilməlidir. Konkret biliklər də həmçinin, öz-özlüyündə mövcud olmur, intellektual mədəniyyətin təməl prinsiplərinə əsaslanır. Deməli, xüsusi biliyin məzmununa nüfuz etmək üçün insan təfəkkürünün ümumi strukturunu anlamaq zəruridir.
Bu gün heç zaman olmadığı kimi insandan həyata, ətraf gerçəkliyə zəkalı, düşünülmüş münasibət göstərmək tələb olunur. Lakin, belə münasibət heç də anadangəlmə olmur. Dünyaya, həyata zəkalı münasibətin göstərilməsi isə fəlsəfəni mənimsəməyi, fəlsəfi mədəniyyətə yiyələnməyi zəruri edir. Yazılmış proqram məhz bu məqsədin gerçəkləşdirilməsinə xidmət edir.



Yüklə 99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin