Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu “FƏLSƏFƏ” fənninin proqrami bakı –2021


Mövzu№ 1. Fəlsəfənin predmeti və funksiyaları. Fəlsəfi biliyin strukturu



Yüklə 99 Kb.
səhifə2/9
tarix25.07.2023
ölçüsü99 Kb.
#137362
1   2   3   4   5   6   7   8   9
AMEA FƏLSƏFƏ 2021

Mövzu№ 1. Fəlsəfənin predmeti və funksiyaları. Fəlsəfi biliyin strukturu.
Fəlsəfə insanın din və elmlə yanaşı dünyanı bilmək üsuludur. “Fəlsəfə” termininin yaranması və onun anlamı. Fəlsəfənin vəzifələri haqqında filosofların fərqli baxışları. Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və səviyyələri: psixoloji-emosional və yaxud dünyaduyumu; rasional və yaxud dünyaanlamı. Dünyagörüşünün formaları: mifoloji, dini və fəlsəfi. Mif, din və fəlsəfi dünyagörüşünün bir-birindən oxşar və fərqli cəhətləri. Fəlsəfənin predmeti. Fəlsəfənin funksiyaları: dünyagörüşü, metodoloji, proqnostik, tənqidi, aksioloji, sosial. Əsas fəlsəfi cərəyanlar. Materializm: Qədim Şərq və Qədim Yunan materializmi; Avropada Yeni dövrün mexaniki materializmi. İdealizm: obyektiv idealizm və subyektiv idealizm. Varlığın ilk əsası ilə bağlı yanaşmalar: monizm, dualizm, plüralizm. Rasionalizm və empirizm. Fəlsəfi biliyin strukturu: ontologiya, qnoseologiya, aksiologiya, məntiq, fəlsəfi antropologiya, sosial fəlsəfə, etika, estetika. Fəlsəfənin genezisi: mifogen, qnoseogen, və sintetik (mifogen-qnoseogen) konsepsiyalar.


Mövzu №2. Qədim Şərq fəlsəfəsi.
Qədim Hind fəlsəfəsinin ümumi səciyyəsi. Vedalar. Vedaların ən qədim hissəsini təşkil edən samhitlər: Riqveda, Yacurveda, Samaveda, Atharvaveda. Vedaların təfsiri və şərhi: Brahmanlar, Aranyaklar, Upanişadlar. Vedalarda əksini tapmış əsas fəlsəfi ideyalar: brahman, rita, karma, sansara, mokşa.
Vedalara olan münasibətinə görə hind fəlsəfi sistemlərinin iki böyük qrupu. Vedaların avtoritetini etiraf edən təlimlər: ortodoksal fəlsəfi sistemlər –astika; Vedaların avtoritetini etiraf etməyən qeyri-ortodoksal fəlsəfi təlimlər –nastika. Ortodoksal fəlsəfi sistemlər: nyaya, vayşeşika, sankhya, yoqa, mimansa, vedanta. Qeyri-ortodoksal fəlsəfi sistemlər: çarvak-lokoyata, caynizm, Buddizm.
Qədim Çin fəlsəfəsinin ümumi səciyyəsi. Çin fəlsəfəsinin nəzəri bazası kimi çıxış edən kanonik kitablar toplusu: “U tszin” (“Beş kanon” və yaxud “Beşkitab”). “U tszin”ə daxil olan kitablar: “Şi tszin” (“Mahnılar kitabı”), “Şu tszin” (“Tarix kitabı”), “İ tszin” (“Dəyişikliklər kitabı”), “Li tszin” (“Ayinlər kitabı”) və “Lyuy şi çun tsyu” (“Cənab Lyuyun bahar və payızları”).
Qədim Çin fəlsəfəsinin Sım Tan tərəfindən verilmiş təsnifatı –“Altı məktəb”: “in və yan” –naturfəlsəfə; konfusiçilik; moizm; “adlar məktəbi”; “qanunçular məktəbi” –legizm; “Yol və kəramət məktəbi” –daosizm.
Qədim dövrdə Azərbaycan fəlsəfəsi. Zərdüştlük və onun əsas ideyası. Zərdüştiliyin müqəddəs kitabı: “Avesta”. “Avesta”nın tərkibi: Vendidad, Yasna və Vispered.
Nəqqaş Mani və manilik. Manilik təliminin əsas ideyası: Nur və Zülmətin əbədi mübarizəsi, bu mübarizənin sosial mahiyyəti.
Məzdək və məzdəkizm. Məzdəkizmin manilikdən oxşar və fərqli cəhətləri. Məzdəkizmin əsas ideyası və onun sosial mahiyyəti.



Yüklə 99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin