FƏLSƏFƏ – İMTAHAN SUAL VƏ CAVABLARI
1.
Fəlsəfənin predmeti və funksiyaları.
fəlsəfi dünyagörüşü sistemində «dünya-insan münasibətləri» aparıcıdır..Fəlsəfə “dünya-insan” münasibətlərinin ən ümumi tərəfləri, prinsipləri və qanunauyğunluqları
haqqında elmdir.
Maddi ilə mənəvinin, materiya ilə şüurun münasibəti məsələsi fəlsəfədə həmişə əsas yer tutur. Buna münasibətdə isə, fəlsəfə tarixində iki istiqamət(materializm və
idealizm) mövcuddur.
Materiyanı müəyyənedici, ilkin hesab edənlər materializm cərəyanına;varlığı,ideyaları ilkin əsas, başlanğıc kimi götürənlər isə idealizmə mənsub olmuşlar.Hər iki
fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən izahıdır, insan idrakının məhsuludur. Fəlsəfə - bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca
nümunələrindən biridir. Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcək haqqında mükəmməl ideya və prinsiplər müəyyən etməyəimkan verir.