1. Fəlsəfənin predmeti və funksiyaları


 Orta  əsr Azərbaycan fəlsəfəsi



Yüklə 444,16 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix12.03.2022
ölçüsü444,16 Kb.
#53649
1   2   3   4   5   6   7   8   9   ...   27
null (1)

5. Orta 

əsr Azərbaycan fəlsəfəsi 


 

“Kitabi-Dədə  Qorqud”  on  iki  boydan  (dastandan)  ibarətdir.  Bunlardan  hər  birioğuz  elinin  həyatınınmühüm  cəhətlərini  işıqlandıran  bədii  salnamədir.Buabidə 

Azərbaycan xalqının etnoqrafiyasını, tarixi coğrafiyasını, dilini, düşüncə tərzini, dünyagörüşünü, sosial-siyasi və əxlaqi baxışlarını, bir sözlə, zəngin mənəviyyatını, 

mədəniyyətiniəksetdirən misilsiz qaynaqdır.“Kİtabi-DədəQorqud”da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir.  

.Böyükalim,görkəmli filosof  NəsirəddinTusi (1201-1274) zəngin həyat yolu keçmiş, dəyərli əsərlər yazmışdır. Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Nəsirəddin 

Tusinin fəlsəfi sistemində bir-biri iləbağlıdır. 

XII  əsrdəən  böyük  sənətkar  NizamiGəncəvi  (1141-1209)  mükəmməl  təhsil  görmüş,  ciddi  mütaliə  etməklə,  xalq  müdriklərinin  söhbətlərini  dinləməklə  biliyini 

artırmağa səy göstərmişdir. Nizami saraylarda yaşamaqdan boyun qaçırmış, yoxsul həyat sürmüşdür. 

Hürufiliyin  meydana  çıxması  XIV  əsrə  təsadüf  edir.  Onun  banisi  FəzlullahNəimi  (1339-1394)  papaqçılıqla  məşğul  olmuş,  öz  təlimini  geniş  şəkildə  yaymağa 

başlamışdır. O, Hürufi ideyalarına görə 1394-cü ildə Şirvanda həbsə alınmış və “Cavidannamə” əsərinioradayazmışdır. XIII-XIV əsrlərdə Azərbaycanda ədəbiyyat 

ərəb və fars dilləri ilə yanaşı doğma dildə də yaranır. Hürufilik təlimi Nəimidən sonra Nəsimi və başqaları tərəfindən təbliğ olunmuşdur.  

Nəsimi(1369-1417) uşaqlıq və gənclik illərini doğma Şamaxı şəhərində keçirmiş, dövrün dini və dünyəvi elmlərinə də burada yiyələnmişdir. Nəsimi din, fəlsəfə və 

onların  tarixini  dərindən  bilmiş,  elmlərə  möhkəm  yiyələndikdən  sonra  ədəbi  fəaliyyətə  başlamışdır.Nəsimi  vətəndən  didərgin  düşmüş,-İraq,  Türkiyə  və  Suriyada 

yaşamağa məcbur olmuşdur. O, hürufilik təlimi əsasında irəli sürdüyüideyaları üstündə Hələb şəhərində edam edilmişdir. İmadəddin Nəsimi üç dildə - Azərbaycan 

(türk), fars və ərəb dillərində yazıb-yaratmışdır. 

.Məhəmməd Füzuli mədəniyyət tarixində misilsiz lirik şair kimi məşhurdur. Füzulinin fəlsəfəyə (varlığa və idraka) dair baxışlarının araşdırılmasında “Sağlamlıq və 

xəstəlik”, “Tiryək və Şərab”, “Kefcil və Zahid”, “Leyli və Məcnun” və b.əsərlərininöz yeri vardır.Füzulinin ədəbi yaradıcılığı, xüsusən qəzəllərigeniş məna tutumuna 

malikdir. 

XVII-

XVIII  əsrlərdə Azərbaycan  ədəbiyyatının  şifahi və  yazılı  qolları inkişafedirdi.  “Koroğlu”  qəhrəmanlıq  eposu,  “Əsli və  Kərəm”, Aşıq  Qərib”  kimidastanlar xalqın 



mənəviyyatını,  etik-əxlaqi  keyfiyyətlərini  əks  etdirən  əsərlərdir.  Aşıq  ədəbiyyatı  güclənmiş,  Sarı  Aşıq,  Abbas  Tufarqanlı,  Xəstə  Qasım və  başqa  el  sənətkarlarının 

şeirləri dillər əzbəri olmuşdur. 

Orta əsrlər müsəlman Şərqində, o cümlədən Azərbaycandaöz intibah dövrünə qədəm qoymuşdur.Şərq mütəfəkkirləri tibb, riyaziyyat, astronomiya, musiqi, məntiq və 

fəlsəfəyə dair möhtəşəm orijinal əsərlər yaratmışlar. 




Yüklə 444,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin